Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1076/2023 05.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə Qazax şəhərində ev şəraitində qız uşaqları doğması faktının müəyyən olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, X4 ilə 2009-cu ildə faktiki evlənməklə, xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə evliliklərindən 6 uşaqları dünyaya gəlmişdir. xx.xx.2013-cü il tarixdə anadan olmuş Zeynəb və xx.xx.2014-cü il tarixdə anadan olmuş Zəhra adlı uşaqlara doğum şəhadətnaməsi almamışdır. Belə ki, qızları ev şəraitində doğulmuşdur. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Lakin uşaqlarına doğum haqqında şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Hazırda həmin uşaqlara doğum haqqında şəhadətnamə almaq istəyir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxsin müraciətini nəzərə alaraq, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi ünvanladığı 3-16-5/8-70- 307,308/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, doğumun qeydə alınması tibbi şəhadətnamə ilə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1997-ci il tarixdə doğulmuşdur. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.2013-cü il tarixdə cinsi qız övladının barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.2014-cü il tarixdə cinsi qız övladının barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. Nikah haqqında arayışdan görünür ki, X4 ilə Ərizəçi nikahı 27 sentyabr 2017-ci il tarixdə Maraqlı şəxsndə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 335 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Mərdaliazi soyadı verilmişdir. Azərbaycan Respublikası İTS üzrə Dövlət Agentliyi TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 09 iyun 2023-cü il tarixli 131 saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.2013-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə Qazax RMX PHŞ-nə heç bir müraciət etməmişdir. Vətəndaşa aid arxiv bölməsində heç bir sənəd aşkar edilməmişdir. TƏBİB Qazax RMX PHŞ-in verdiyi xx.xx.2022-ci il tarixli 548/3 saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.2013-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə doğduğu qızlar sağ-salamatdır. Həkim müayinəsindən keçib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, xx.xx.1980-ci ildə doğulmuşdur. Ərizəçi yaxın qohumudur. Ərizəçi xx.xx.2013-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə sağlam qız uşaqları dünyaya gəlmişdir. Uşaqlar onun yanında doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, xx.xx.1982-ci ildə doğulmuşdur. Ərizəçi yaxın qohumudur. Ərizəçi xx.xx.2013-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə sağlam qız uşaqları dünyaya gəlmişdir. Uşaqlar onun yanında doğulmuşdur. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və digər iş materialları ilə Ərizəçi xx.xx.2013-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə Qazax şəhərində ev şəraitində qız uşaqları doğulması faktı tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğumun qeydə alınması üçün lazım olan sənədlər təqdim olunmadığına görə doğumun qeydə alınmasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2013-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə Qazax şəhərində ev şəraitində qız uşaqları doğması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin həmin uşağın doğumunun qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi xx.xx.2013-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə ev şəraitində doğulmuş qız uşaqlarının doğumunun qeydə alınmasından və doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi xx.xx.2013-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə Qazax şəhərində ev şəraitində qız uşaqları doğması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin həmin uşağın doğumunun qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi uşaqlarına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, Ərizəçi xx.xx.2013-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə Qazax şəhərində ev şəraitində qız uşaqları doğması faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2013-cü il tarixdə və xx.xx.2014-cü il tarixdə Qazax şəhərində ev şəraitində qız uşaqları doğması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1076/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1076/2023
05.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver