Məhkəmə qərarları › İş №2(023)-11/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-11/2024

30.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-11/2024 30.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində payların naturada ayrılaraq sərhədlərin müəyyən edilməsi tələbinə dair mülki işə 30 yanvar 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2021 -ci il qeydiyyat tarixli, **********49-10301 reyestr nömrəsi ilə qeydə alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan, Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsində iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 aid (onlara münasibətdə) eyni giriş-çıxış yolu verilmək şərti ilə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən İddiaçı1 payına düşən hissəsi (naturada ayrılmış) nəzərə alınmaqla paylarının naturada ayrılması, habelə ayrılmış paylara uyğun sərhədlərin müəyyən edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il qeydiyyat tarixli, **********49-10301 reyestr nömrəsi ilə qeydə alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan, Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz (özbaşına) tikililərin cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli, **********49-10301 reyestr nömrəsi ilə qeydə alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu Yuxarı Salahlı kəndindəki 0,10 ha həyətyanı torpaq sahəsi iddiaçıların və cavabdehin ümumi birgə mülkiyyəti, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 268.9 kvm olan X1 ½ hissəsi İddiaçı1, digər ½ hissəsi isə cavabdehin mülkiyyəti kimi qeydə alınmışdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-38/2023 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı1 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddiası təmin edilrək, Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşən, ümumi sahəsi 268.9 kvm olan, ½ hissəsi Cavabdeh, 1/2 hissəsi İddiaçı1 mülkiyyətində olan yaşayış evinin (bölgü qaydası ekspert rəyinə əlavə olunmuş sxemə əsasən) naturada bölünməsi qət edilmişdir. Qeyd olunan mülki işə baxılarkən iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki espertizası əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 29.11,2022-ci il tarixli, 10/5416 nömrəli ekspert rəyindən müəyyən olunur ki, “fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan X1 1-ci mərtəbəsində yerləşən anbar tikilisinin və həmin tikilinin qarşısında yerləşən açıq sahənin mərkəzindən xarici divara perpendikulyar şəkildə hasarı çəkilməli, eyni zamanda X1 2-ci mərtəbəsində yerləşən pasportda 2 saylı tikili kimi qeyd olunan dəhliz tikilisinin və 2-ci mərtəbədə açıq eyvan tikilisinin mərkəzindən xarici divara perpendikulyar şəkildə sərhəd tikilməlidir. Bu zaman X1 1-ci mərtəbəsində yerləşən anbar qarşısında olan açıq sahənin sol tərəfdən xarici divarına bitişik pilləkən inşa olunmalıdır. Nəticədə ekpsert belə qənaətə gəlmişdir ki, yuxarıda göstərilən qaydada Cavabdeh Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən fərdi yaşayış evindən mövcud olan ½ naturada ayrılmasının məhkəmə tikinti-texniki ekspertizasının həllinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Cavabdeh ½ payına uyğun bölgü qaydası rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Göründüyü kimi, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-38/2023 saylı qətnaməsi ilə mübahisəli X1 naturada bölünməsi qaydası ekspert rəyinə əlavə olunmuş sxemə əsasən müəyyən edilmişdir. Ekspert rəyində isə həmin X1 1ci mərtəbəsində yerləşən anbar qarşısında olan açıq sahənin sol tərəfdən xarici divarına bitişik pilləkənin inşa olunması konkret olaraq nəzərdə tutulmuşdur. Buna baxmayaraq, cavabdeh hal-hazırda məhkəmə qətnaməsində nəzərdə tutulmuş X1 1-ci mərtəbəsində yerləşən anbar qarşısında olan açıq sahənin sol tərəfdən xarici divarına bitişik yerdən pilləkən inşa etdirmək əvəzinə, qanunsuz olaraq onların ümumi birgə mülkiyyətində olan torpaq sahəsində özbaşına pilləkən inşa etdirir. Cavabdehin bu hərəkətləri isə onların Qazax rayonu Yuxarı Salahlı kəndindəki 0,10 ha həyətyanı torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırma istəyirik ki, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində mülkiyyətlərində olan torpaq sahəsindən sərbəst şəkildə istifadə edə bilmirlər, cavabdeh də onlara hüquqlarını həyata keçirməyə imkan vermir. Bundan əlavə cavabdeh həmin torpaq sahəsinin aralarında bölgü sxemi əsasında bölünməsi barədə razılığın əldə olunmasını istəmir. Onlar mübahisəli torpaq sahəsinə dair paylarının naturada ayrılmasını və adlarına rəsmiləşdirilməsini istəyirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi, Vəkil iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək, iddia tələbinin torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz (özbaşına) tikililərin cavabdehin hesabına sökülməsinə dair hissəsindən imtina etdiklərini, iddianın ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarının naturada ayrılması, habelə ayrılmış paylara uyğun sərhədlərin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsini səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, isə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçıların nümayəndəsinin izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş JN–544A nömrəli KOD 50100108 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli 04 nömrəli qərarı ilə 0,10 ha həyətyanı torpaq sahəsi Cavabdeh, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş X1 Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə 501-108/377 inventar nömrə ilə ½ hissə Cavabdeh və ½ hissə İddiaçı1 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən 268,9 kv.m ibarət fərdi yaşayış evi və 0,1 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə fərdi yaşayış evi ½ hissə, torpaq sahəsi ümumi birgə Cavabdeh, fərdi yaşayış evi ½ hissə, torpaq sahəsi ümumi birgə İddiaçı1 və ümumi birgə torpaq sahəsi İddiaçı3 və İddiaçı2 adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Qazax rayon məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(023)-38/2023 saylı qətnaməsinin surətindən görünür ki, Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşən, ümumi sahəsi 268,9 kvm olan, ½ hissəsi Cavabdeh, ½ hissəsi cavabdeh İddiaçı1 mülkiyyətində olan yaşayış evi (bölgü qaydası ekspert rəyinə əlavə olunmuş sxemə əsasən) naturada bölünməsi qət edilmişdir. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5328 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi 01.11.21-ci il qeydiyyat tarixli, **********49-10301 reyestr ilə qeydə alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən arışa əsasən tərəflərin ümümi birgə mülkiyyətində olan, Qazax rayon Yuxarı Salahlı kndində yerləşən 0,1 ha həyətyanı torpaq sahəsinin ümümi mülkiyyətdə olan torpaq sahəsi iki hissəyə bölünərək iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 aid (onların ümümi istifadəsi üçün) eyni giriş-çıxış yolu verilməklə və sonuncuların paylarına düşən 750,0m2 və Cavabdeh düşən 250,0 m2 sahənin bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün Cavabdeh 26,85m enində 9,60m uzunluğunda sərhəd hasarı çəkilməklə torpaq sahəsi ayrılmalı (ümümi sahəsi 250 m2), qalan 750,0m2 torpaq sahəsinə küçə tərəfdən 3,50 m enində giriş-çıxış yolu açılmaqla torpaq sahəsi iddiaçılara ayrılmalıdır. İş materiallarında olan məhkəmə-tikinti-texniki ekspertizasının 06 noyabr 2023-cü il tarixli 10/5328 nömrəli rəyindən görünür ki, Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən 0,1 ha həyətyanı torpaq sahəsinin ümümi mülkiyyətdə olan torpaq sahəsi iki hissəyə bölünərək iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 aid (onların ümümi istifadəsi üçün) eyni giriş-çıxış yolu verilməklə və sonuncuların paylarına düşən 750,0m2 və Cavabdeh payına düşən 250,0 m2 sahənin bölünməsi texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh məxsusdur. Tərəflər ümümi birgə mülkiyyətdə olan paylarının ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmirlər. İş üzrə aparılmış məhkəmə-tikinti-texniki eksprtizasının nəticələrinə görə mübahisəli torpaq sahəsinin mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada bölünməsi mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi tərəflərin paylarına uyğun olaraq naturada bölünməlidir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Qazax rayonu, Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Hazırda tərəflər ümumi birgə mülkiyyətdə olan payların ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmirlər. İş üzrə aparılmış tikinti-texniki ekspertizasının nəticələrinə görə torpaq sahəsinin tərəflərin paylarına müvafiq olaraq, naturada bölünməsi mümkündür. Belə ki, ekspertiza rəyi ilə müəyyən olunur ki, Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən 0,1 ha həyətyanı torpaq sahəsinin ümümi mülkiyyətdə olan torpaq sahəsi iki hissəyə bölünərək iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 aid (onların ümümi istifadəsi üçün) eyni giriş-çıxış yolu verilməklə və sonuncuların paylarına düşən 750,0m2 və Cavabdeh payına düşən 250,0 m2 sahənin bölünməsi texniki cəhətdən mümkündür. Ona görə də məhkəmə hesab edir ki, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi ekspertiza rəyinə uyğun olaraq paylara mütənasib şəkildə naturada bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyidinən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşən, 0,1 ha həyətyanı torpaq sahəsinin ümümi mülkiyyətdə olan torpaq sahəsi iki hissəyə bölünərək İddiaçı1, İddiaçı2 və İddiaçı3 aid (onların ümümi istifadəsi üçün) eyni giriş-çıxış yolu verilməklə və sonuncuların paylarına düşən 750,0m2 və Cavabdeh payına düşən 250,0 m2 sahə (bölgü qaydası ekspert rəyinə əlavə olunmuş sxemə əsasən) naturada bölünsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar