Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1152/2024 03.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Ərizəçi və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi “qohumluq faktının müəyyən edilməsinə” dair ərizəsinə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi «qohumluq faktının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 avqust 2008-ci il tarixdə Qazax rayonu, Ürkməzli kəndində ölmüş X2 onun əri olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 01 avqust 2008-ci il tarixdə Qazax rayonu Ürkməzli kəndində vəfat etmiş X3 onun əridir. X3 ilə aralarında nikah şəhadətnaməsi olmadığından aralarındakı nikah münasibətini müəyyən etmək mümkün olmamışdır. Belə ki, onlar 03 mart 1967-ci evlənmişlər və birgə nikahlarından övladları olmuşdur. Əri ilə o, birgə təsəruffat apardıqlarından mülkiyəti birgə qeydə alınmış Pirvəli Haqverdiyev 01 avqust 2008ci il tarixdə Qazax rayonu, Ürkməzli kəndində yaşadığı evdə vəfat etmiş, ondan miras qalmış əmlakı faktiki olaraq qəbul edərək onu idarə edir. Lakin qohumluq əlaqələri müəyyən edilmədiyindən ondan miras əmlak qalmış əmlakı vərəsəlik qaydasında mülkiyyətinə keçirdə bilməyib. X1 ilə onun arasında olan nikah münasibətlərini müəyyən etmək mümkün olmadığından Maraqlı şəxsnə müraciət edib və bu barədə 04 iyun 2024-cü i! tarixli imtina məktubu verilərək məhkəməyə müraciət etməli olmağı bildirilmişdir. Ona görə də, məcbur qalıb məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək mülki işə baxılmasına etiraz etmədiyini və onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsini dinləyib, ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 1.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mubahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizǝyə mülki məhkəmə icraatı qaydasinda ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid is səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə MPM-nin 261.0 251.0 1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında umumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmek hüququ izah olunmalıdır. Həmin qərarın 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 noyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisi Mülki Prosessual Məcəllənin 307.2.4-cü maddəsinə dair müvafiq qərar qəbul edənədək məhkəmələr nəzərə almalıdırlar ki, faktiki nikah münasibətlərindən irəli gələn hüquqi nəticələr qanunvericiliklə tanınmadığından, 1944-cü il 8 iyul tarixindən sonra başlanmış faktiki nikah münasibətlərində olma faktı onlar tərəfindən müəyyən edilə bilməz. Beləliklə, hazırki iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilən arayışdan görünür ki, X5 ilə X7 03 mart 1967-ci il tarixdə Qazax Rayon Dəmirçilər kənd İƏD tərəfindən 02 saylı nikahın bağlanması haqqında akt qeydi tərtib edilmişdir. Lakin Ərizəçi ərizəsində nikah akt qeydində yazılan X4 deyil, onun ərinin məhz X3 olması faktınının təsdiq edilməsini istəmişdir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Sadalanan qanunvericilik normalarna asasan məhkəmə hesab edir ki, hazırkı ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1152/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1152/2024
03.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver