Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1175/2024 18.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdehnnin 01 sentyabr 2023-cü il tarixli, 77 nömrəli “işdən kənar edildiyi” barədə əmrin ləğv edilməsi, işə bərpa edilməyi və məcburi iş buraxmaya görə əməkhaqqının tam olaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təxminən 2004-cü il tarixdən müddətsiz əmək müqaviləsi əsasında Qazax rayon Gigiyena və Epidimalogiya Mərkəzinin həkim laborant vəzifəsində çalışırdı. İşlədiyi müddətdə ərzində heç bir əmək və icra intizamının pozulmasına məsuliyyətinə cəlb edilməmişdir. Məlumatı olmadan barəsində cinayət işi başlanılmış və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Barəsində xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulma qərarı qəbul edilmişdir. Lakin 11 avqust 2023-cü il tarixdə işdə olmuş və nahar fasiləsində onu tutmuşlar. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdən sonra yenidən şə gedib öz işlərinin icrasını davam etmiş. Lakin bir neçə gündən sonra ona bildirdilər ki, o işə çıxa bilməzsən və biz səni işdən kənarlaşdırmışıq. İşçilərin davamiyyət kitabına həbsdən çıxandan sonra təxminən 10 iş günü imza etmiş və daimi işdə olmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə dəqiqləşmə ərizəsi göndərək, iddia ərizəsinin həcmini azaldılmasını xahiş etmşdir. Belə ki, yalnız 01 sentyabr 2023-cü il tarixli, 77 nömrəli “işdən kənar edildiyi” barədə əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 bildirdi ki, İddiaçı barəsdində cinayət işi olmuş və ona görə də, barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən kənarlaşdırılma əmri verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmişCavabdeh direktorunun 01 sentyabr 2023-cü il tarixli, 77 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı AR ƏM-nin 62-ci maddəsi rəhbər tutularaq xx.xx.2023-cü il tarixdən həkim laborant vəzifəsindən kənarlaşdırılmışdır. İş materiallarında olan 151156 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı 1-ci qrup əlildir. Mülki işin bütün faktiki hallarını araşdıraraq məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşçinin işdən kənar edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsində aşağıdakılar göstərilmişdir. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.
2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.
3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.
4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.
5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair 12 yanvar 2022-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər. Qeyd olunan qanunvericilik normalarının tələbindən açıq aydın görünür ki, işəgötürən tərəfindən işçinin işdən kənar edilməsi o halda mümkündür ki, işçi tərəfindən törədilən cinayət və ya inzibati xəta tərkibli əməl bilavasitə iş yerində və iş vaxtı ərzində törədilsin. Lakin hazırki iş materialında İddiaçı təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini bilavasitə iş yerində və ya iş vaxtı ərzində törətməsi ilə bağlı hər hansı sübut mövcud deyildir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1 və 234-cü, 357-362-ci maddələrini rəhbər tutaraq,
qətetdi:
İddia təmin edilsin. İddiaçı tutduğu vəzifənin icrasından kənarlaşdırılmasına dairCavabdeh 01 sentyabr 2023-cü il tarixli, 77 nömrəli əmri ləğv edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Elçin Mansırov