Məhkəmə qərarları › İş №2(023)-1176/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1176/2024

07.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1176/2024 07.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1932-cı il təvəllüdlü X10 X6 qızı (övladı) olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qazax şəhəri, H.Əliyev( Azadlıq) küçəsi, ev.9-da yerləşən 77.4 kv.m fərdi yaşayış evi mərhum anası X6 və 0.0781 həyətyanı torpaq sahəsinin 10/18 hissəsi mərhum anası X6 və 1/18 hissəsi mərhum bacısı X10, 1/18 hissəsi X20, 1/18 hissəsi Abışov Safələddin oğlunun, 1/18 hissəsi X15, 1/18 hissəsi mərhum qardaşı X9, 1/18 hissəsi X21, 1/18 hissəsi X7 və 1/18 hissəsi isə X8 mülkiyyətinə verilmişdir. Mərhum anası X11 xx.xx.2000-ci ildə vəfat etmişdir. Mərhum bacısı X28 isə 19 mart 2015-ci ildə ölmüşdür. Bacısının dəfnini o təşkil etmiş, qəbirüstü abidəsini o götürmüşdür.O hazırda yaşadığı evi vərəsəlik qaydasında mülkiyyətinə keçirmək istəyir. Bununla bağlı Qazax rayon Notariat Ofisində vərəslik işləri açılmışdır, ancaq mərhum bacısı X10 doğum haqqında şəhadətnaməsini itirdiyindən və həmin akt qeydi isə Maraqlı şəxsndə saxlanılmadığından o vərəsəlik işini başa çatdıra bilmir və notarius isə həmin iş üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni verə bilmir.Mərhum bacısı X10 da övladı olmamışdır. Həmin vərəsəlik işi üzrə bacısı doğum haqqında şəhadətnaməsini, həmin şəhadətnamə üzrə məlumatı X10 X6 qızı (övladı) olması faktını ondan tələb etmişdirlər. Ona görə də, xx.xx.1932-cı il təvəllüdlü X10 X6 qızı (övladı) olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinın nümayəndəsi Nümayəndə iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək, 1932-ci il təvəllüdlü X10 X6 qızı (övadı) olması faktı müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X29 verdiyi ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. X28 onun qonşusu olub və xatırlamadığı tarixdə vəfat etmişdir. X5 Safaləddin Mustafa oğlunun bacısı olmuşdur. X10 övladı olmamışdır. X10 anası X11 olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X36 verdiyi ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. X5 Safaləddin Mustafa oğlunun bacısı olmuşdur. X28 vəfat etmişdir. X10 övladı olmamışdır. X16 anası X11 olmasını təsdiq edir. Belə ki, iş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X28 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X17 aid xx.xx.2024cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X10 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X41, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin arayışından görünür ki, Qazax şəhəri Azadlıq küçəsi ev 9-da 0.0781 ha torpaq sahəsi və 77.4 kvadrat metrə olan fərdi yaşayış evi 10/18 hissəsi X6, 1/18 hissəsi X10, 1/18 hissəsi X20, 1/18 hissəsi Abışov Safələddin oğlunun, 1/18 hissəsi X15, 1/18 hissəsi X9, 1/18 hissəsi X21, 1/18 hissəsi X7 və 1/18 hissəsi isə X8 mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X13 xx.xx.1949-cu il tarixdə ölmüşdür İş materiallarında olan fərdi uçot kartoçkasının surətindən görünür ki, X10 şəxsiyyət vəsiqəsinin seriyası AZE 05149336 nömrəli olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X10 ölüm haqqında şəhadətnaməsinin verilməsinə əsas götürülmüş sənədlər Maraqlı şəxs arxivində saxlanılmır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X14 xx.xx.1949-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X6 ünvan 1 ünvanında oğlu Ərizəçi, gəlini X30, Nəvələri Nümayəndə, X23 və nəticəsi X37 ailə tərkibi vardır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 1952-ci ildə anadan olmuşdur. Ata qrafasında X41, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, X24 Qazax rayon Dövlət arxivində 159-cu fondda mühafizə olunan Maraqlı şəxs 1941-1942-ci illərə aid doğum haqqında qeydiyyat kitabının 25-ci səhifəsində X24 xx.xx.1942-ci il tarixdə anadan olnası, ata qrafasında X41, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, X20 Qazax rayon Dövlət arxivində 159-cu fondda mühafizə olunan Maraqlı şəxs 1939-1940-cı illərə aid doğum haqqında qeydiyyat kitabının 153 saylı doğum haqqında akt qeydində X20 xx.xx.1939-cu il tarixdə anadan olnası, ata qrafasında X41, ana qrafasında isə X4 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, X25 Qazax rayon Dövlət arxivində 159-cu fondda mühafizə olunan Maraqlı şəxs 1943-1946-cı illərə aid doğum haqqında qeydiyyat kitabının 23 saylı doğum haqqında akt qeydində X25 xx.xx.1946-cı il tarixdə anadan olnası, ata qrafasında X41, ana qrafasında isə X2 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il taroxli məktubdan görünür ki, Dilşad Kazımova (Abışova) ilə 1942-ci il təvəllüdlü Cahangir Kazımovun nikahı xx.xx.1967-ci ildə Maraqlı şəxsndə rəsmiləşdirmişdir.X27 doğum haqqında məlumat aşkar edilməməmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X38 ilə X28 xx.xx.1942-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinəəsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, 1932-ci il təvəllüdlü X28 mərhum X6 qızı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, 1932-ci il təvəllüdlü X3 Gülcamal İsgəndər qızının qızı (övladı) olmuşdur. Bu səbəbdən həmin fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 3472-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. 1932-ci il təvəllüdlü X10 X6 qızı (övladı) olması faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar