Məhkəmə qərarları › İş №2(023)-1266/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1266/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1266/2023 18.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin sədri Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi və İddiaçı QİZİNİN iştirakı ilə İddiaçı QİZİNİN Cavabdeh və QAZAX RAYON NOTARİAT OFİSİNƏ qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QİZİNİN Cavabdeh və QAZAX RAYON NOTARİAT OFİSİNƏ qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı QİZİ ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh və QAZAX RAYON NOTARİAT OFİSİNƏ qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə uyğun olaraq İddiaçı QİZİ ərizəsinin baxılmamış saxlanılması barəsində ərizə verdiyindən həmin iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QİZİNİN ərizəsi təmin edilsin. İddiaçı QİZİNİN Cavabdeh və QAZAX RAYON NOTARİAT OFİSİNƏ qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar