Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-13/2025 24.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahələrində payların müəyyən edilməsi və paylara uyğun olaraq naturada real bölgünün aparılması tələbinə dair mülki işə 24 oktyabr 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayonu Hüseynbəyli kəndində yerləşən, cavabdehlərlə ümumi mülkiyyətdə olan 0,19 ha torpaq sahəsinin (Seriya RX ******* nömrəli çıxarış, qeydiyyat nömrəsi **********, xx.xx.2013-cü il tarixli çıxarış) ümumi birgə payların payçıların payına uyğun olaraq bölünməsi, hər bir payçının, yəni iddiaçıların payının bir hissədən, cavabdehlərin payınınsa digər hissədə naturada ayrılaraq real bölgünün aparılması, Qazax rayonu Hüseynbəyli kəndində yerləşən, cavabdehlərlə ümumi mülkiyyətdə olan İddiaçı3 istisna olmaqla 0,2196 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il tarixli çıxarış) ümumi birgə payların payçıların payına uyğun olaraq bölünməsi, hər bir payçının yəni iddiaçıların payının bir hissədən, cavabdehlərin payınınsa digər hissədə naturada ayrılaraq real bölügünün aparılması, Qazax rayonu Hüseynbəyli kəndində yerləşən, cavabdehlərlə ümumi mülkiyyətdə olan İddiaçı3 istisna olmaqla 0,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (qeydiyyat nömrəsi ********** saylı çıxarış) ümumi birgə payların payçıların payına uyğun olaraq bölünməsi, hər bir payçının yəni iddiaçıların payının bir hissədən, cavabdehlərin payınınsa digər hissədə naturada ayrılaraq real bölügünün aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Qazax rayonu Hüseynbəyli kəndində cavabdehlərlə ümumi mülkiyyətdə 0,19 ha torpaq sahəsi (Seriya RX ******* nömrəli çıxarş, qeydiyyat nömrəsi **********, xx.xx.2013-cü il tarixli çıxarış), İddiaçı3 istisna olmaqla cavabdehlərlə ümumi mülkiyyətimizdə 0,2196 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il tarixli çıxarış) və İddiaçı3 istisna olmaqla cavabdehlərlə ümumi mülkiyyətimizdə 0.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri (qeydiyyat nömrəsi ********** saylı çıxarış) vardır. Torpaq sahəsinin bölünməsi tələbinə dair iddia tələbi ilə Qazax Rayon Məhkəməsinə müraciətləri olmuşdur. Lakin tələbləri uyğun verilmədiyi üçün ekspertiza rəyinə əsasən torpaq sahələrinin naturada ayrılaraq real bölgünün aparılması mümkün olmamışdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cii il tarixli, 2(023)-673/2023 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində qeyd olunan mübahisəli əmlaklara (Seriya RX ******* nömrəli çıxarış, qeydiyyat nömrəsi **********, xx.xx.2013cü il tarixli çıxarış, qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il tarixli çıxarış, qeydiyyat nömrəsi ********** saylı çıxarış) iddiaçı olaraq hər üçünün giriş-çıxış yolunun eyni olmaqla naturada ayrılaraq real bölügünün aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddianı müdafiə etmişlər və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddianı qəbul etməmişlər və iddianın təmin edilməməsini xahiş etmişlər. Cavabdeh1 məhkəməyə göndərdiyi ərizədə işə onun iştirakı olmadan baxılaraq, iddiaçıların tələbini qanunsuz və əsassız hesab edərək, rədd edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəməyə göndərdiyi teleqramda üzrlü səbəbdən məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişlər. İdddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə İddiaçı1 və İddiaçı3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını həm faktlar nöqteyi nəzərindən, həm də qanunvericiliyin tələbləri baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsinin Seriya RX 0149364, xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Qazax rayonu Hüseynbəyli kəndi ərazisində yerləşən fərdi yaşayış evi tam Cavabdeh1, 0,19 ha torpaq sahəsi isə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı1, İddiaçı2, Cavabdeh4 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2020ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Qazax rayonu Hüseynbəyli kəndi ərazisində yerləşən 0,2196 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı1, İddiaçı2 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2019cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Qazax rayonu Hüseynbəyli kəndi ərazisində yerləşən 0,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı1, İddiaçı2 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həyətyanı torpaq sahəsində tikili mövcud olduğundan torpaq sahəsinin bölünməsi mümkün olmamışdır, tikililərin bölünməsi səlahiyyətləri xaricindədir. Tikililər bölündükdən və təsdiq edilmiş bölgü sxemi təqdim ediləcəyi təqdirdə torpaq sahəsinin bölünməsi məsələsinə baxıla bilər. **********24 və **********37 reyestr nömrəli çıxarışlarla tərəflərin adına qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri Torpaq İslahatı zamanı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə xüsusi mülkiyyətə verilmiş və kiçik aiiə təsərrüfatı yaradılması üçun nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 5-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçilər arasında bölünəcəyi təqdirdə bölgünün ölçülərinə və konfiqurasiyasına uyğun olaraq torpaqdan öz məqsədinə və təsərrüfat təyinatına görə səmərəli istifadəsinin mümkün olmayacağı, torpaq sahəsinin yararsız hala düşəcəyi səbəbindən texniki cəhətdən naturada real bölgüsü mümkün deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4168 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Tovuz Ərazi İdarəsinin mütəxəssislərinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: ********* və **********87 reyestr nömrəli çıxarışlarla tərəflərin adına qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahələri Torpaq İslahatı zamanı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə xüsusi mülkiyyətə verilmiş və kiçik ailə təsərrüfatı yaradılması üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 5-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçilər arasında bölünəcəyi təqdirdə bölgünün ölçülərinə və konfiqurasiyasına uyğun olaraq torpaqdan öz məqsədinə və təsərrüfat təyinatına görə səmərəli istifadəsinin mümkün olmayacağı torpaq sahəsinin yararsız hala düşəcəyi səbəbindən texniki cəhətdən naturada real bölgüsü mümkün deyil. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, həyətyanı torpaq sahəsində tikili mövcud olduğundan torpaq sahəsinin bölünməsi mümkün olmamışdır, tikililərin bölünməsi səlahiyyətləri xaricindədir. Tikililər bölündükdən və təsdiq edilmiş bölgü sxemi təqdim ediləcəyi təqdirdə torpaq sahəsinin bölünməsi məsələsinə baxıla bilər. Qazax rayonu Hüseynbəyli kəndində yerləşən 0,2196 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il tarixli çıxarış) və 0,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (qeydiyyat nömrəsi ********** saylı xx.xx.2019-cu il tarixli çıxarış) ümumi birgə payların payçıların payına uyğun olaraq naturada ayrılması mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1946 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-1205/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Qazax rayonu Hüseynbəyli kəndində yerləşən 0,2196 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il tarixli çıxarış) və 0,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (qeydiyyat nömrəsi ********** saylı xx.xx.2019-cu il tarixli çıxarış) ümumi birgə payların payçıların payına uyğun olaraq naturada ayrılması mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6055 saylı rəyindən görünür ki, Qazax rayonu Hüseynbəyli kəndində yerləşən, cavabdehlərlə ümumi mülkiyyətdə olan 0,19 ha torpaq sahəsi üzərində tikili olduğundan, torpaq sahəsinin ümumi birgə payların payçıların payına uyğun olaraq hər üç iddiaçının giriş-çıxış yolunun eyni olmaqla naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Seriya RX ******* nömrəli xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qazax rayonu Hüseynbəyli kəndində yerləşən fərdi yaşayış evi tam Cavabdeh1, 0,19 ha torpaq sahəsi isə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı1, İddiaçı2, Cavabdeh4 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmişdir. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,2196 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı1, İddiaçı2 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmişdir. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı1, İddiaçı2 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmişdir. Paylı mülkiyyətçilər payların bölünməsində razılığa gələ bilmədiklərindən, Seriya RX ******* nömrəli xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən evdən və torpaq sahələrindən iddiaçılar hər üçünün giriş-çıxış yolunun eyni olmaqla naturada ayrılaraq real bölügünün aparılması barədə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək üçün mütəxəssis və ekspert rəyləri alınmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1946 saylı rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6055 saylı rəyindən görünür ki, Qazax rayonu Hüseynbəyli kəndində yerləşən, cavabdehlərlə ümumi mülkiyyətdə olan 0,19 ha torpaq sahəsi üzərində tikili olduğundan, torpaq sahəsinin ümumi birgə payların payçıların payına uyğun olaraq hər üç iddiaçının girişçıxış yolunun eyni olmaqla naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Qazax rayonu Hüseynbəyli kəndində yerləşən 0,2196 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il tarixli çıxarış) və 0,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (qeydiyyat nömrəsi ********** saylı xx.xx.2019-cu il tarixli çıxarış) ümumi birgə payların payçıların payına uyğun olaraq naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi Qazax rayonu Hüseynbəyli kəndində yerləşən, cavabdehlərlə ümumi mülkiyyətdə olan 0,19 ha torpaq sahəsinin (Seriya RX ******* nömrəli çıxarış, qeydiyyat nömrəsi **********, xx.xx.2013-cü il tarixli çıxarış) ümumi birgə payların payçıların payına uyğun olaraq bölünməsi hissəsində təmin edilməməlidir. Belə ki, iş materaillarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1946 saylı rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6055 saylı rəyindən görünür ki, Qazax rayonu Hüseynbəyli kəndində yerləşən, cavabdehlərlə ümumi mülkiyyətdə olan 0,19 ha torpaq sahəsi üzərində tikili olduğundan, torpaq sahəsinin ümumi birgə payların payçıların payına uyğun olaraq hər üç iddiaçının giriş-çıxış yolunun eyni olmaqla naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddia qismən təmin edilməli, Qazax rayonu Hüseynbəyli kəndində yerləşən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,2196 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 paylarına mütənasib olaraq hər ikisinin giriş-çıxış yolu eyni olmaqla naturada ayrılaraq verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri olan 100 (bir yüz) manat cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikasıı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0,2196 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və İddiaçı2 paylarına mütənasib olaraq naturada ayrılaraq İddiaçı1 və İddiaçı2 verilsin. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və İddiaçı2 paylarına mütənasib olaraq naturada ayrılaraq İddiaçı1 və İddiaçı2 verilsin. İş üzrə təyin edilmiş ekspertizanın dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3nna aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-13/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-13/2025
24.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver