Məhkəmə qərarları › İş №2(023)-1322/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1322/2024

16.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1322/2024 16.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətləri faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildə vəfat etmiş X10nun xx.xx.1998-ci ildə vəfat etmiş X33 ilə xx.xx.2005-ci ildə vəfat etmiş X13 övladı (oğlu) olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X10nun atası X33, anası X22 olmaqla, Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. X10 anadan olduqdan sonra ona valideyinlərinin nikahının olmaması səbəbindən doğum haqqında şəhadətnamə alınmamışdır. Atasının xətti üzrə babası X33 xx.xx.1998-ci ildə, ata xətti üzrə nənəsi X22 xx.xx.2005-ci ildə, X10 isə xx.xx.1992-ci ildə vəfat etmişdir. X2 ölümündən sonra ondan miras qalan həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair vərəsəliyi qəbul etmək istəyərkən mərhum atasının doğum haqqında şəhadətnaməsi olmadığından və mərhum atasının M.A.Mustafayevlə bibisi F.A.Mustafayevanın doğma bacı-qardaş olmalarını başqa qaydada müəyyən etmək mümkünsüz olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Məsələ ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, bunun müsbət nəticəsi olmamışdır. Mərhum X10nun X33 mərhum X2 doğma övladı olmasını, yəni onların qohumluq münasibəti faktini təsdiq edən lazımi sənədləri başqa da ala bilməmişdir. Ona görə də hesab edir ki, xx.xx.1992-ci ildə vəfat etmiş X10nun xx.xx.1998-ci ildə vəfat etmiş Mansurov Rəfi oğlu ilə xx.xx.2005-ci ildə vəfat etmiş X13 (oğlu) olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi iddia ərizəsinə dəqiqləşmə ərizəsi göndərərək, xx.xx.1992-ci ildə vəfat etmiş X10nun xx.xx.2005-ci il tarixdə vəfat etmiş X13 övladı (oğlu) olması faktı müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, bildirdi ki, onun babası X33 olmuşdur. X33 ilk dəfə X22 ilə ailə qurmuş və birgə nikahlarından X28 olmuşdur. X6 Eminə Mansurova ilə ailə qurmuş və həmin nikahdan bir qızı və iki oğlu olmuşdur. Odur ki, ərizənin təmin olunmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X29 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi X10 olmuşdur. Ərizəçi nənəsi X22 olmuşdur. X23 birinci arvadı X22, ikinci arvadı isə Eminə Mansurova olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi qardaşının oğludur. X17 anası X22 olmuşdur. X23 və X13 başqa övladları olmamışdır. Eminə X3 ikinci arvadı olmuşdur. İkinci evliliyindəndə üç övladı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 verdiyi ifadəsində göstərmişdir ki, o, Ərizəçi qohumu və qonşusudur. Ərizəçi X10 olmuşdur. X17 atası isə X33 olmuşdur. X33 birinci X22 ilə ailə qurmuş və birgə nikahlarından X28 olmuşdur. X6 Eminə Mansurova ilə ailə qurmuş və həmin nikahdan bir qızı və iki oğlu olmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Qazax rayonu Yuxarı Salahlı kənd sakini mərhum X7 Salahlı kənd sakinləri olmuş mərhum X28 mərhum X13 oğlu olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli doğum haqqında araşıdan görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X28, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli nikah haqqında araşıdan görünür ki, X28 ilə X8 arasında xx.xx.1970-ci il tarixdə 10 saylı nikahın bağlanması haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X28 xx.xx.1992-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X22 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X33 xx.xx.1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X15 aid xx.xx.2005ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X17 doğum haqqında akt qeydi aşkar olunmamış. 1949-1959-cu illər doğum haqqında bərpa akt qeydləri yoxlanılmamış və doğum haqqında akt qeydi aşkar olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Qazax rayon Dövlət Arxivində 159 saylı fondda mühafizə olunan Maraqlı şəxs Yuxarı Salahlı kəndi üzrə 1935-1942-ci illərə aid kitabda X17 adı və soyadı aşkarlanmamışdır. Həmçinin Qazax rayon Dövlət Arxivində 159 saylı fondda mühafizə olunan Maraqlı şəxs 1924-1948- ci illərə aid (cəmi 12 kitab) bərpa kitablarındada X17 adı və soyadı aşkarlanmamışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Kadastr və X45 şəxsin 15 saylı Tovuiz Ərazi İdarəsinin arayışından görünür ki, X13 mülkiyyətində Qazax rayonu Yuxarı Salahlı kəndində 0.25 ha toropaq sahəsi və 130.40 kvadrat metr daşınmaz əmlakı vardır.Həmin müıkiyyət X13, X5, Ərizəçi, X19 və X16 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Qazax rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Salahlı kənd Ərazi vahidliyi üzrə 1991-1995-ci illərə aid 3 saylı təsərrüfat başı kitabın 36-cı səhifəsində X13 təsərrüfatında X22, X28, X8, Ərizəçi, X30 və X27 və X14 olması qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1966-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X33, ana qrafasında isə X11 qeyd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 xx.xx.1958ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X37 xx.xx.1960cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Qazax rayonu Yuxarı Salahlı kənd Qazax rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Salahlı kənd Ərazi Vahidliyi üzrə 1991-1995-ci illərə aid 3 saylı təsərrüfat başı kitabın 36-cı səhifəsində X13 təsərrüfatı X22, X28, X5, Ərizəçi, X19 və X16 X27 olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 xx.xx.1958ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.1960-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X33, ana qrafasında isə X11 qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X33, ana qrafasında isə X11 qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinəəsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, X4 Gülşən Hətəm qızının övladı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, xx.xx.1992-ci ildə vəfat etmiş X17 xx.xx.2005-ci il tarixdə vəfat etmiş X13 oğlu olmuşdur. Bu səbəbdən həmin fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 3472-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1992-ci ildə vəfat etmiş X17 xx.xx.2005-ci il tarixdə vəfat etmiş X13 oğlu (övladı) olması faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar