Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1377/2024 23.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1936-cı ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş və xx.xx.2013-cü ildə Qazax rayonu Yuxarı Salahlı kəndində vəfat etmiş X3 xx.xx.1931-ci ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş və xx.xx.2017-ci ildə Qazax rayonu Yuxarı Salahlı kəndində vəfat etmiş atası X10 bacısı olmaqla onun bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1931-ci il təvəllüdlü X22 onun atasıdır. X30 03 iyul 2017-ci il tarixdə Qazax rayonu, Yuxarı Salahlı kəndində ölmüşdür. Eyni zamanda xx.xx.1936-cı ildə anadan olmuş X15 onun bibisidir (atası X10 bacısıdır) və Süleymanova Sabirə 14 yanvar 2013-cü ildə Qazax rayonu, Yuxarı Salahlı kəndində ölmüşdur. Qeyd edir ki, atası və bibisinin doğum şəhadətnamələri olmadığından onların qohumluq münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Doğum haqqında şəhadətnamləri mövcud olmadığından Maraqlı şəxsnə müraciət etmiş və bu barədə 25 iyul 2024-cü il tarixli imtina məktubu verilərək məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərilən xüsusatları məhkəmə iclasında şahid qismində qohum və qonşuları təsdiq edə bilərlər. Qazax Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəsi X11, kənd sakinləri X12, X25 və X13 ilə birlikdə tərtib edərək imzaladığı 13 avqust 2024-cü il tarixli aktda qeyd edilir ki, X22 ölən günə qədər onunla birgə yaşamış mərhum X3 doğma qardaşıdır. 23 fevral 2024-cü il tarixli arxiv arayışından görünür ki, Qazax Rayon İcra Hakimiyyətinin Yuxarı Salahlı İƏD üzrə 1996-2000-ci illərə aid 2 saylı təsərrüfat başı kitabının 6-cı səhifəsində X1 Səlim Musa oğlunun təsərrüfatında qeyd edilir. Eyni zamanda JN-166, KOD 50100108 saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktında və JN - 089A, KOD 50100108 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X1 Səlim Musa oğlunun ailə üzvü kimi qeyd edilmişdir. Qeyd edir ki, sözü gedən qohumluq münasibətləri ona mərhum Sabirə Süleymanovadan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlıdır. Ona görə də, xx.xx.1936-cı ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş və xx.xx.2013-cü ildə Qazax rayonu Yuxarı Salahlı kəndində vəfat etmiş X3 xx.xx.1931-ci ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuş və xx.xx.2017-ci ildə Qazax rayonu Yuxarı Salahlı kəndində vəfat etmiş atası X10 bacısı olmaqla onun bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək, 14 yanvar 2013-cü il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kəndində vəfat etmiş X3 xx.xx.2017-ci il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kəndində vəfat etmiş X10 bacısı olması faktı müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə oğlu ərizəni müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X25 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atası mərhum X16r. X10 mərhum X15 adlı bacısı olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, mərhum X22 onun xalasının yoldaşı olubdur. X10 mərhum X29 adlı bir bacısı olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atası mərhum X16r. X10 mərhum X15 adlı bir bacısı olmasını təsdiq edir. Belə ki, doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olmuş, ata qrafasında X22, ana qrafasında isə X2 qeyd edilmişdir. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X17 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X10 doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında arayışdan görünür ki, X22 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X6 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında arayışdan görünür ki, X15 xx.xx.2013-cü il tarixdə ölmüşdür Maraqlı şəxs Ərizəçi ünvanladığı 3-16-5/8-70-267 saylı, xx.xx.2024-cü il tarixli məktubunda X10 doğumun qeydə alınmasının tibbi şəhadətnamə ilə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Maraqlı şəxs Ərizəçi ünvanladığı 3-16-5/8-70-268 saylı, xx.xx.2024-cü il tarixli məktubunda X3 doğumun qeydə alınmasının tibbi şəhadətnamə ilə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Qazax rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Salahlı kənd Ərazi Dairəsi üzrə 1996-2000-ci illərə aid 2 saylı təsərrüfat başı kitabının 6-cı səhifəsində X10 təsərrüfatında X22, X7, X15, X20, X14, X21 və X8 adları qeyd olunmuşdur. Təsərüffatda cəmi 0.25 ha torpaq sahəsi 1957-ci ildə tikilmiş ev ümumi sahəsi 48 kvadrat metr, o cümlədən yaşayış sahəsi 48 kvadrat metr olan ev mövcud olmuşdur. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Qazax rayonun Yuxarı Salahlı kənd sakinləri X12, X25 və X13 ilə birlikdə akt tərtib edərək göstərmişlər ki, X22 ölən günə qədər onunla birgə yaşamış mərhum X3 doğma qardaşıdır. Torpaq mülkiyyətə verilməsinə dair JN-089 Kod 50100108 nömrəli şahadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci il tarixli X19 04 saylı qərarı ilə Qazax Rayonu Yuxarı Salahlı kənddində yerləşən 0.25 ha torpaq sahəsi X22, X7, X15, X20, X14, X9 ümumi mülkiyyətlərinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinəəsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X15 ərizəçinin atası X10 bacısı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, xx.xx.2013-ci il tarixdə vəfat etmiş X1 Səlim Musa oğlunun bacısı olmuşdur. Bu səbəbdən həmin fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 3472-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. 14 yanvar 2013-cü il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kəndində vəfat etmiş X15 xx.xx.2017-ci il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kəndində vəfat etmiş X10 bacısı olması faktı müəyyən edilsin Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1377/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1377/2024
23.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver