Məhkəmə qərarları › İş №2(023)-1403/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1403/2024

23.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1403/2024 23.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin X10 İdarəsinin nümayəndəsi X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X11 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin X10 İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa , məcburi iş buraxmaya görə əmək haqqının,işdən azad olunmaya görə son haqq-hesabın və 5000 manat mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin X10 İdarəsinə qarşı məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin X10 İdarəsində işlədiyi dövr ərzində işdən azad olunmaya görə son haqq-hesabın (isitifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələrin) hesablanaraq ona ödənilməsi, gecikdirilmiş əmək haqqının 1% miqdarında əmək haqqının 1 (bir) faizi miqdarında bu günədək ödənc məbləğinin hesablanaraq ödənilməsi və mənəvi ziyana görə 5000 (beş min manat) məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin onunla əsalandırmışdır ki, o xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdeh "xxxx" ASC-nin X10 İdarəsində əmək müqaviləsi əsasında işləmişdir. Cavabdeh tərəfindən işdən çıxmağı ilə bağlı ərizə yazmağa məcbur edilərək nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən işdən azad edilmişdir. Çünki, onun əlil vəziyyətini və az təminatlı olmağını nəzərə alaraq, kim öz təşəbbüsü ilə işdən çıxmağa razı olardı. Məlum məsələdir ki, o işəgötürülən (cavabdeh) tərəfindən bu addımı atmağa məcbur qalmışdır. Halbuki, bu hal, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə ziddir. Həmin normanın tələbi onu deməyə əsas verir ki, işəgötürən tərəfindən işçinin iradəsi əleyhinə (zor işlətmək, hədə-qorxu və ya başqa üsüllarla) əmək müqaviləsinə xitam verilə bilməz. Lakin, onunla əmək müqaviləsinə xitam verilərkən, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir çox digər tələbləri də kobud şəkildə pozulmuşdur. Belə ki, əmək kitabçası, işdən çıxma barədə əmri və son haqq-hesabı son iş günü ona təqdim edilməmişdir. Əmək kitabçası işdən çıxandan bir neçə həftə sonra əldə edə bilmişdir. İşdən çıxma barədə əmr bu günədək ona təqdim edilməmişdir. Son haqq-hesabı isə bu günədək hesablanaraq ona tam ödənilməmişdir. Hazırki iddia tələbinin əsasını, məhz cavabdeh tərəfindən son haqq-hesabın doğru hesablanaraq ona ödənilməsi, qeyri-iş günləri (bayram, hüzn günü) artıq iş saatına görə əmək haqqının, əmək məzuniyyətinə görə pul əvəzinin və gecikdirilmiş əmək haqqına görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi miqdarında ödənişin hesablanaraq öna ödənilməsi, habelə bunula bağlı çəkdiyi mənəvi sarsıntıya görə uğradığı mənəvi zərər qismində 5000 (beş min) manat miqdarında cavabdehdən pul tutulmasından ibarədir. Onu da xüsusi olaraq məhkəmənin diqqətinə çatdırır ki, qanunsuz işdən çıxarılmağı ilə bağlı, habelə son haqq-hesabının doğru hesablanmaması, qeyri-iş günləri işə cəlb olunmağı, lakin buna görə əlavə ödəniş almamağı ilə bağlı, ən əsası isə bu günədək işdən çıxma barədə əmrin ona rəsmi olaraq təqdim edilməməsi və digər əmək-hüquq pozuntuları ilə bağlı X7 müraciət ünvanlamışdır. Çünki zamanında işə götürən tərəfindən müraciətlərimə baxılmamışdır. Nəticədə uzun zamandır ki, müraciətinin araşdırmasının nəticəsi olaraq X5 aparılmış araşdırmanın nəticəsi olaraq sonda ona xx.xx.2024-cü il tarixli cavab məktubu gəlmişdir. Həmin məktub ona poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Həmin məktubda cavabdehin ona qarşı yol verdiyi və iddia tələbində əks olunan əmək-hüquq pozuntuları X11 tərəfindən aparılmış araşdırma nəticəsində təsdiq olunur. Beləliklə, məhz həmin vaxtdan (qeyd olunan araşdırma məktubunu aldığı andan) etibarən ona iddia tələbində qeyd olunan məsələlərlə bağlı hüquqlarının pozulması rəsmi məlum olmuşdur. Qeyd olunan X6 məktubunda təsdiq olunan fakt odur ki, həqiqətən cavabdeh təşkilatın vəzifəli şəxsi tərəfindən ona qarşı qanun pozuntusuna yol verilmiş və nəticədə Elşən Məmmədov adlı şəxs və İdarənin digər vəzifəli şəxsləri onun müraciətlərinə doğru baxılmadığına və cavablandırmadığına görə məsuliyyətə cəlb olunmuşlar. Bundan əlavə, son haqq- hesabının doğru hesablanmaması (əlavə iş saatlarına görə ödəmələr, ödənilməyən məzuniyyət pulları və sair),əmək müqaviləsinin əmək kitabçasının, işdən çıxma barədə əmrin ona son iş günü təqdim edilməməsi kimi cavabdehin yol verdiyi kobud qanur pozuntuları bir daha X6 qeyd olunan xx.xx.2024-cü il tarixli məktubunda təsdiq olunur. Bu hallara yol verdiyinə görə cavabdeh təşkilatın vəzifəli şəxsinin AR. İXM-nin 192ci maddəsinə əsasən məsuliyylə daşıması da qeyd olunur. Eyni zamanda həmin məktubda X11 qeyd edir ki, işə götürən tərəfindən son haqq-hesabının bir hissənin ona xx.xx.2024-cü il tarixdə, digər hissəsinin isə xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Bu hal ilə tam razı deyil və həmin hissəsədə ona son haqq-hesabının cavabdeh tərəfindən tam ödənilməməsi qənaətindədir və həmin hissəni hazırda məhkəmə qaydasında mübahisələndirr. Belə ki, son haqq-hesab deyəndə işçiyə ödənilməyən məzuniyytə pulları, əlavə iş saatlarına görə ödəmələr və sair nəzərdə tutulur. Bunların heç biri ona qeyd olunan tarixlərdə hesablanaraq doğru ödənilməmişdir. Bundan əlavə, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndindən irəli gələrək ona vaxtında ödənilməyən əmək haqlarına görə 2021-ci il tarixdən indiyədək əmək haqlarının 1 faizi miqdarında cavabdehdən xeyrinə ödənşin hesablanaraq ödənilməsini tələb edir. Gösərilən məktubda ona ödənilən son haqhesab məbləğlərində bu hal əks olunmayıb. Beləliklə, həmin əmək haqqının gecikdirildiyinə görə hər gecikdirilən gün üçün əmək haqqının 1 faizi miqdarında cavabdehdən əlavə ödəniş almaq hüququm vardır. Həmin məbləğin hesablanaraq ona ödəniməsini tələb edir. Bundan əlavə, 2021-ci ildən indiyədək Bakı şəhərində hazırki məsələ ilə bağlı müxtəlif dövlət qurumlarında olmuşdur. X1muş bu məsələlərin həllinə nail olmaq üçün mənəvi sarsıntı, stres keçirmiş, həmçinin əlavə olaraq maddi xərcləri də olmuşdur. Hesab edir ki, indiyənə kimi keçirdiyi bu mənəvi gərginliyin əvəzi olaraq cavabdehdən xeyrinə 5000 manat mənəvi ziyana görə pul tutulmalıdır. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, iddia tələbini tam müdafiə edir, eyni zamanda həmin tələb ilə yanaşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə də çıxış edərək iddia tələbinin həcmini artırır. Çünki, cavabdehin ona qarşı işdən əmək müqvailəsiniə xitam verilməyə dair müvafiq əmri qanunsuz əmrdir və həmin əmrin ləğv olunması, habelə əmrin ləğv edilməsi halında onun yenidən əvvəlki işinə bərpa olması və indiyədək məcburi iş buraxmaya görə əmək haqqımın ödənilməsi hüququ yaranır . Onu da xüsusi olaraq bildirir ki, işdən çıxma barədə əmri ona son iş günüdə son haqq-hesabı ilə birlikdə verilməli olduğu halda indiyədək ona verilməmişdir. Ona işdən çıxmamağının hüquqi əsası yalnız ona təqdim olunan əmək kitabçasının bu barədə məzmunundan məlumatlıdır. Halbuki, işdən çıxma barədə əmr işəgötürən tərəfindən ona son iş günü təqdim edilməlidir. Bu hal Əmək Qanunvericiliyi ilə Əmək hüquq münasibətlərinə xitam məsini qaydalarına ziddir. Odur ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh "xxxx" ASC-nin X10 İdarəsinin müvafiq əmrinin ləğv edilməsi işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, cavabdeh "xxxx" ASC-nin X10 İdarəsində işlədiyi dövr ərzində işdən azad olunmaya görə son haqq-hesabın (istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələrin) hesablanaraq ona ödənilməsi, gecikdirilmiş əmək haqqının 1 (bir) faizi miqdarında bu günədək ödənən məbləğinin hesablanaraq ona ödənilməsi və mənəvi ziyana görə 5000 (beş min manat) məbləğində plulun cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin müdafiə edərək bildirdi ki, cavabdeh Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin X10 İdarəsi ona son haqq hesabı gec verdiyindən inzibati məsuliyyətə cəlb olunmalıdır. Eyni zamanda ona işdən çıxma əmri 2024-cü ildə verilmişdir. Əgər ona işdən çıxma əmrini vaxtında təqdim etsəydilər o, şikayət verərdi və müddət bitməzdi. Eyni zamanda ona 3 ay yarım əmək haqqısını pulu verilməmişdir. Belə ki, sonuncu dəfə əmək haqqısını sentyabr ayında almış, lakin xx.xx.2021-ci ildə işdən azad edilmişdir. Həmiçinin ona verilən əmək haqqısı tam ödənilməmişdir. O, dost mərkəzində işlənməsinə baxmayaraq əmək haqqısını cavabdeh təşkilatı ödəyir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin X10 İdarəsinin nümayəndəsi X9 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı qanun əsasında işdən azad edilmiş, son haqq hesabı ödənilmişdir. İddiaçı 2020-ci ilin oktyabr ayında işə girib xx.xx.2021-ci ildən azad edilmişdir. Daha sonra iddiaçı Dost mərkəzində işləmiş və əmək haqqısına dair ödənişlər həmin xidmət tərəfindən aparılmışdır. Ümumiyyətlə iddiaçı onların təşkilatında cəmi 3 ay müddətində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə özünün könüllü yazdığı ərizəsinə əsasən xitam verilmişdir. Əmək haqqısı qanunla nəzərdə tutulmuş qaydada verilmişdir. Sonradan iddiaçıya son haqqı hesabı verilmişdir. Odur ki, idddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X11 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X8 bildirdi ki, İddiaçı 2020-ci iln oktyabr ayında işə girmiş, xx.xx.2021-ci il tarixdə öz ərizəsi əsasında Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən Əmək Müqaviləsinə xitam verilmişdir. İddiaçının müraciəti əsasında araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, iddiaçıya son haqq hesabı ilkin mərhələdə ödənilməmişdir. Ona görə də cavabdeh təşkilata göstəriş məktubu ünvanlanmış və nəticədə iddiaçıya son haqq hesab ödənilmişdir. Həmçinin iddiaçının cavabdeh təşkilatı barəsində məsuliyyətə cəlb edilməsi barədə onu qeyd edir ki, qanuna əsasən məsuiliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, müddət keçdiyinə görə cavabdeh təşkilata göstəriş məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X11 Xidmətinin Qazax-Tovuz regional şöbəsi qanunverçiliklə nəzərdə tutulmuş araşdırılma aparmış və araşdırma materialları məhkəməyyə təqdim olunmuşdur. Odur ki, qanuna müvvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə X10 İdarəsi arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İddiaçı fəhlə vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ,149 nömrəli əmri ilə işə müzd fəhlə təyin olunmuşdur. İş materiallarında olan 16 nömrəli əmrdən görünür ki, İddiaçılə xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən Əmək Müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki, İddiaçı ilə X10 İdarəsi arasında olan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68.2.a) tərəflərin birinin təşəbbüsü ilə xitam verilmişdir. İş materiallarında olan İddiaçıin əmək kitabçasının surətindən görünür ki, İddiaçılə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə a bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı X10 İdarəsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan kapital Bankın ödəniş kart üzrə çıxrışından görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi İddiaçı hesabına 615 manat mədaxil olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli X11 Xidmətinin məktubundan görünür ki, İddiaçı müraciəti əsasında araşdırma zamanı “X17” MMC-nin rəhbərliyinə İddiaçı aid olan sənədlərin təqdim olunması məqsədilə müvafiq sorğu məktubu ünvanlanmışdır. “X17” MMC-nin və X10 İdarəsinin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərə baxış keçirilərkən İddiaçılə X10 İdarəsi arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə öz ərizəsizə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi, lakin həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinin (əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) və 172-ci madəsinin 4-cü hissəsinin (işçiyə ödənilməli son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələr) tam məbləğdə işdən çıxdığı gün işçiyə verilməlidir) tələbləri pozularaq son haqq-hesabının işəgötürən tərəfindən İddiaçı odənilmədiyi müəyyən edilmişdir. Bununla da X10 İdarəsinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4cü (İşçinin əmək və əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) və 198.1.5-ci (normal əmək və istirahət rejiminə riayət edilməməsinə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəticəsində aparılan araşdırma zamanı aşkarlanmışdır. Lakin xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək tətbiq edilməsi nəzərdə tutulduğundan Qazax Suvarma İdarəsinin vəzifəli şəxsinin əməlində inzibati xəta tərkibi olmasına baxmayaraq məsuliyyətə cəlb etmək mümkün olmamışdır. Son haqqhesabınının 1 ay müddətində hesablanıb ödənilməməsinin təmin edilməsi məqsədilə X10 İdarəsinin rəhbərliyinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə (əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir) xx.xx.2024-cü il tarixli 3-17-5/2-34886/2024 nömrəli məktubla icrası məcburi göstəriş verilmişdir. X10 İdarəsinin rəhbərliyi tərəfindən təqdim edilmiş məktub və əlavə edilmiş ödəniş tapşırığından icrası məcburi göstərişin icra olunaraq son haqq- hesabının bir hissəsinin xx.xx.2024-cü il tarixdə, yerdə qalan hissəsinin isə xx.xx.2024-cü tarixdə hesablanıb ödənildiyi məlum olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X11 Xidmətinin Qazax-Tovuz regional şöbəsi tərəfindən X10 İdarəsinə İddiaçı son haqqı hesabın ödənilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2/58 nömrəli məktubdan görünür ki, İddiaçı düşən son haqqı-hesabı 13 iyun 2024-cü il tarixində X10 İdarəsi tərəfindən tam ödənilmiş və idarənin borcu qalmamışdır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 95,96 manat pul ödənilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 9,60 manat pul ödənilmişdir. İş materiallarında olan əmək haqqı cədvəlindən görünür ki, İddiaçı dövlət tərəfindən müəyyən edilən tutulmaları nəzərə alaraq cəmi 95,96 manat məbləğində son haqq-hesab veriləcəkdir. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin X10 İdarəsinin ərizəsindən görünür ki, iddia müddətinin keçməsi səbəbindən iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 19 oktyabr 2020-ci ildə X10 İdarəsinə fəhlə vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə öz ərizəsi əsasənda işdən azad edilmişdir. İddiaçı işdə azad edilərkən ona son haqq hesab ödənilməmiş, lakin sonradan xx.xx.2024-cü il tarixdə ona son haqq hesab tam ödənilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh "xxxx" ASC-nin X10 İdarəsinin müvafiq əmrinin ləğv edilməsi işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, cavabdeh "xxxx" ASC-nin X10 İdarəsində işlədiyi dövr ərzində işdən azad olunmaya görə son haqq-hesabın (is ifadə edilməmiş məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələrin) hesablanaraq ona ödənilməsi, gecikdirilmiş əmək haqqının 1 (bir) faizi miqdarında bu günədək ödənən məbləğinin hesablanaraq ona ödənilməsi və mənəvi ziyana görə 5000 (beş min manat) məbləğində pulun cavabdehdən xeyrinə tutulması xahiş etmişdir. Lakin iş materiallarından da göründüyü ki, İddiaçı işdən öz ərizəsi əsasında işdən azad edilmiş, daha sonrada ona son haqq-hesab tam ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə görə əmək mübahisəsi dedikdə, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; məzuniyyət hüququnun həyata keçirilməsi; intizam tənbehi verilməsi; əməyin mühafizəsinin təşkili və təmin edilməsi; işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi başa düşülür. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bundan başqa, cavabdeh Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin X10 İdarəsi iddia müddətinin tətbiqinə dair ərizə məhkəməyə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 2001-ci il 27 dekabr tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 2013-cü il 3 iyun tarixli Qərarlar). Qanunvericiliyin tələbindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi iddia müddətinin tətbiq edilməsi üçün ilk növbədə iddiaçının cavabdehdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququnun olduğu, daha sonra isə həmin öhdəliklər üzrə iddiaçının hüquqlarının pozulduğu müəyyən edilməlidir. Əks halda iddia müddətinin tətbiqi qanunauyğun deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, İddiaçı 19 oktyabr 2020-ci ildə X10 İdarəsinə fəhlə vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə öz ərizəsi əsasənda işdən azad edilmişdir. İddiaçı işdə azad edilərkən ona son haqq hesab ödənilməmiş, lakin sonradan xx.xx.2024-cü il tarixdə ona son haqq hesab ödənilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciuət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh "xxxx" ASC-nin X10 İdarəsinin müvafiq əmrinin ləğv edilməsi işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, cavabdeh "xxxx" ASC-nin X10 İdarəsində işlədiyi dövr ərzində işdən azad olunmaya görə son haqq-hesabın (is ifadə edilməmiş məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələrin) hesablanaraq ona ödənilməsi, gecikdirilmiş əmək haqqının 1 (bir) faizi miqdarında bu günədək ödənən məbləğinin hesablanaraq ona ödənilməsi və mənəvi ziyana görə 5000 (beş min manat) məbləğində pulun cavabdehdən xeyrinə tutulması xahiş etmişdir. Hazırki halda isə İddiaçı öz ərizəsi əsasənda işdən azad edilmiş, həmçinin Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin X10 İdarəsinə fəhlə vəzifəsinə qəbul olunmasına dair işəgötürənə təkrar müraciət etməmiş və bununla əlaqədar onun işə (vəzifəyə) qəbul tələbindən imtina olunmamış, habelə İddiaçı işəgötürənin həmin hərəkətlərini məhkəmədə mübahisələndirməmişdir. Bundan başqa İddiaçı mənəvi ziyanla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə isə məhkəmənin mövcud olmayan iddia tələbindən kənara çıxması qanunun tələbinə ziddir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin X10 İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, işlədiyi dövr ərzində işdən azad olunmaya görə son haqqhesabın (istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələrin) hesablanaraq ona ödənilməsi, gecikdirilmiş əmək haqqının 1 (bir) faizi miqdarında bu günədək ödənən məbləğinin hesablanaraq ona ödənilməsi və mənəvi ziyana görə 5000 manat məbləğində pulun cavabdehdən tutulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.(§93) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin X10 İdarəsinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının,işdən azad olunmaya görə son haqq-hesabın və 5000 manat mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar