Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1427/2023 20.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair mülki işə 20 noyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi qohumluq ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 yanvar 1920-ci il tarixdə Qazax rayonunda anadan olmuş, 29 noyabr 2006-cı il tarixdə Qazax rayonu Kosalar kəndində ölmüş Alıyeva (Yusifova) Mərziyə Abdulla qızının onun bibisi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.1914cü ildə doğulmuş Ziyat Yusifov ərizəçinin atasıdır. Ərizəçinin atası Ziyat Yusifov 16 aprel 1958-ci ildə Qazax rayonu Kosalar kəndində vəfat etmişdir. xx.xx.1920-ci ildə anadan olmuş Alıyeva (Yusifova) Mərziyə Abdulla qızı ərizəçinin bibisidir və Mərziyə Alıyeva 29 noyabr 2006-cı ildə Qazax rayonu Kosalar kəndində vəfat etmişdir. Ərizəçinin atasının və bibisinin doğum şəhadətnamələri olmadığından onların qohumluq münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Sözügedən qohumluq münasibətlərini müəyyən etmək ərizəçiyə mərhum Mərziyə Yusifovadan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlıdır. Doğum haqqında şəhadətnamələr mövcud olmadığından ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ərizəçi mərhum bibisi Mərziyə Yusifova ilə qohumluq münasibətində olmağını təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. X14 və Mərziyə Yusifovanın doğum haqqında şəhadətnaməsi olmadığından ərizəçi bibisi ilə qohumluq münasibətində olmağını sübut edə bilmir. Ona görə də, ərizəçi hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 01 sentyabr 2023-cü il tarixli Arxiv arayışından görünür ki, Qazax qeydiyyat şöbəsinin 1939-1942-ci illərə aid doğum haqqında qeydiyyat kitabının 21 saylı doğuma akt qeydində X12, doğum tarixi xx.xx.1942, atası X8, anası X1 qeyd edilmişdir. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, xx.xx.1914-cü ildə Qazax rayonunda anadan olmuş X2 doğumu barəsində Maraqlı şəxs arxivində akt qeydi aşkar olunmadı. Doğum haqqında bərpa akt qeyd kitabları 1948-ci ildən 1958-ci ilədək yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, xx.xx.1920-ci ildə Qazax rayonunda anadan olmuş Alıyeva (Yusifova) Mərziyə Abdulla qızının doğumu barəsində Maraqlı şəxs arxivində akt qeydi aşkar olunmadı. Doğum haqqında bərpa akt qeyd kitabları 1948-ci ildən 1958-ci ilədək yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında arayışdan görünür ki, X9 xx.xx.1958-ci il tarixdə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X4 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Qazax RİHB-nın Kosalar kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli 5-58- 18-12-21/2-834/2023 saylı arayışından görünür ki, Alıyeva (Yusifova) Mərziyə Abdulla qızının ailə üzvləri bacısı-Veyisova (Yusifova) Əsli Abdulla qızı xx.xx.1997-ci ildə vəfat edib, qardaşı- X9-xx.xx.1958-ci ildə vəfat edib, qardaşı X6-vəfat edib, atası-X10-vəfat edib, anası-Yusifova Səlmi-vəfat edib. Qazax RİHB-nın Kosalar kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli 5-58- 18-12-21/2-705/2023 saylı arayışından görünür ki, Kosalar kənd sakinləri, mərhum X9 və X3 qardaş-bacıdırlar. Maraqlı şəxs Nümayəndə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/8-70- 438,439/2023 saylı məktublardan görünür ki, doğumun qeydə alınması tibbi şəhadətnamə ilə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinəəsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, 29 noyabr 2006-cı ildə ölmüş Alıyeva (Yusifova) Mərziyə Abdulla qızı Ərizəçi bibisi olmuşdur. Ərizəçinin Alıyeva (Yusifova) Mərziyə Abdulla qızı ilə qohumluq faktının müəyyən edilməsi ona bibisindən miras qalan əmlaka qanun üzrə vərəsə tanınması ilə bağlıdır. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, 29 noyabr 2006-cı ildə ölmüş Alıyeva (Yusifova) Mərziyə Abdulla qızı Ərizəçi bibisi olmuşdur. Bu səbəbdən həmin fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 3472-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 29 noyabr 2006-cı ildə ölmüş Alıyeva (Yusifova) Mərziyə Abdulla qızı Ərizəçi bibisi olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1427/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1427/2023
20.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver