Məhkəmə qərarları › İş №2(023)-1513/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1513/2025

25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1513/2025 25.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi nümayəndəsi, vəkili Vəkil Namiq oğlunun iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair mülki işə 25 sentyabr 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 yanvar 1933-cu il tarixdə Qazax rayonunda anadan olmuş, 16 aprel 2004-cü il tarixdə Qazax şəhərində ölmüş X12 onun X2nun anası olmaqla, nənəsi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X2, anası X10 olmaqla xx xxxxxx 1995-ci il tarixdə Qazax şəhərində doğulmuşdur. Valideynləri 06 dekabr 1984-cü il tarixdə rəsmi qaydada nikaha daxil olmaqla evlənmişlər. X2 05 avqust 2002-ci il tarixdə Qazax şəhərində təkrar miokard ifarktı səbəbindən ölmüşdür. X6 atası X17, anası X20 olmuşdur. X5 16 aprel 2004-cü il tarixdə işemik insult səbəbindən Qazax şəhərində yaşadıqları evdə ölmüşdür. Ondan miras qalmış əmlakı faktiki olaraq qəbul edərək, idarə etmişdir. Lakin qohumluq əlaqələri müəyyən edilmədiyindən ondan miras qalmış əmlakı vərəsəlik qaydasında mülkiyyətinə keçirə bilməmişdir. Belə ki, X2nun doğum haqqında şəhadətnaməsində onun anasının adı X11 göstərilmişdir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi, vəkili Vəkil ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1959-cu ildə Qazax rayonu Fərəhli kəndində anadan olmuşdur. Ərizəçi onun oğlu, X13 ərizəçinin atasıdır. X6 anası X20 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1955-ci ildə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuşdur. Ərizəçinin X2 onun əmisi oğludur. X20 isə X6 anası olmuşdur. X20 Ərizəçi nənəsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1965-ci ildə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuşdur. Ərizəçinin X2 onun əmisi oğludur. X20 isə X6 anası olmuşdur. X20 Ərizəçi nənəsidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1995-ci ildə doğulmuşdur. X2, anası X7r. Doğum haqqında arayışdan görünür ki, X18 xx.xx.1949-cu ildə doğulmuşdur. X3, anası X21r. Nikah haqqında arayışdan görünür ki, X13 ilə X8 nikahı 06 dekabr 1984-cü il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 194 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Maraqlı şəxs Ərizəçi ünvanladığı 3-16-5/8-69-524/25 saylı, xx.xx.2025-ci il tarixli məktubunda doğum haqqında akt qeydində dəyişikliyin məhkəmə qətnaməsi əsasında aparıldığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinəəsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, 16 aprel 2004-cü il tarixdə Qazax şəhərində ölmüş X1 Kamil Seyfəli oğlunun anası olmaqla, Ərizəçi nənəsi olmuşdur. Ərizəçinin X34 ilə qohumluq faktının müəyyən edilməsi ona nənəsindən miras qalan əmlaka qanun üzrə vərəsə tanınması ilə bağlıdır. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, 16 aprel 2004cü il tarixdə Qazax şəhərində ölmüş X20 Ərizəçi nənəsi olmuşdur. Bu səbəbdən həmin fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 3472-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 16 aprel 2004-cü il tarixdə Qazax şəhərində ölmüş X1 Kamil Seyfəli oğlunun anası olmaqla, Ərizəçi nənəsi olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar