Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1619/2025 19.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı «qohumluq faktının müəyyən olunması» tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı xx.xx.1998-ci ildə vəfat etmiş X1 xx.xx.1986-cı ildə vəfat etmiş atası X2 anası olmaqla onun nənəsi olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edilir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, hazırki ərizədə qeyd olunan tələblə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmaq hüququ Ərizəçi izah olunmalıdır. Ərizəçinin iş materialına əlavə etdiyi Qazax RİHB Xanlıqlar kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, vətəndaş Ərizəçi Qazax rayon Xanlıqlar kəndində yaşayır. Belə ki, tərəflərin qeydiyyatda olduqları ünvanın «Elektron Məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə yoxlanılması zamanı Ərizəçi Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, oktyabrın 70 illiyi küçəsi, ev 4, mənzil 12-də qeydiyyatda olduğu müəyyən edilmişdir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanunun 2-ci maddəsində aşağıdakı qaydada göstərilmişdir: Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin qanun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 1-8/1-500/2024 nömrəli qərarında göstərilmişdir ki, “şəxsin yaşayış yeri” və “şəxsin olduğu yer” anlayışları təfsir edilərkən onları bilavasitə təsbit edən müddəalarla yanaşı, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədləri nəzərə alınmalıdır. Belə ki, sözügedən Qanunun 1-ci maddəsinə əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır”. Bu normadan və yuxarıda istinad olunmuş qanunun maddələrindən göründüyü kimi, qanunverici şəxsin yaşayış yerinin və yaxud olduğu yerin aydın və birmənalı müəyyən edilmiş olmasına xüsusi əhəmiyyət verir və məhz bu zərurətdən çıxış edərək sözügedən məsələ (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri məsələsi) üzrə birmənalılığı (hüquqi müəyyənliyi) təmin edən vasitə rolunda müstəsna olaraq şəxsiyyət vəsiqəsində əks olunmuş yaşayış yeri üzrə qeydiyyat barədə məlumatı görür (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri haqqında məlumatın rəsmi mənbəyi olaraq yalnız şəxsiyyət vəsiqəsini göstərir). Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 24 sentyabr tarixli qərarında vurğulamışdır ki, “Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə”dir. Odur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində “şəxsin yaşayış yeri” anlayışına aid edilən yerlər özü-özlüyündə, yəni şəxsiyyət vəsiqəsində yaşayış yeri qismində göstərilib-göstərilməməsindən (şəxsin həmin yaşayış yeri üzrə qeydiyyata alınıb-alınmamasından) asılı olmayaraq deyil, yalnız bu qisimdə şəxsiyyət vəsiqəsində göstərilmiş yer olduğu halda sözügedən qanunun məqsədləri baxımından şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Yəni bu və ya digər yerin həmin müddəada “şəxsin yaşayış yeri” anlayışı ilə ehtiva olunanlara sadəcə aid edilməsi deyil, məhz şəxsiyyət vəsiqəsində yaşayış yeri (yaşayış yeri üzrə qeydiyyata alındığı ünvan) olaraq göstərilməsi həmin yerin şəxsin yaşayış yeri olaraq qiymətləndirilməsini şərtləndirir. Müvafiq olaraq da şəxsin şəxsiyyət vəsiqəsində onun yaşayış yeri kimi göstərilməyən yerlər, hətta onun özünə məxsus yaşayış binası, mənzil belə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində bəyan edilmiş məqsədlər (o cümlədən məhkəmə icraatlarının həyata keçirilməsi ilə əlaqədar məhkəmə ilə şəxs arasında kommunikasiyanın qurulması) baxımından onun yaşayış yeri hesab edilmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində göstərilən (yuxarıda təsvir edilmiş) digər müddəaya, habelə həmin Qanunun 10-cu maddəsinə görə şəxsin müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər ictimai yerlər, qohumunun, tanışının, özünün yaşayış binası (şəxsin həmin yerlərdə olması yaşayış yeri üzrə qeydiyyatın aparılmasını və yeni şəxsiyyət vəsiqəsinin verilməsini deyil, yaşayış yeri üzrə qeydiyyat ləğv edilmədən şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını tələb edən hal olduğu üçün) “şəxsin yaşayış yeri” sayılmır və “şəxsin olduğu yer” anlayışı ilə əhatə olunur. Məhkəmə yuxarıda göstərilən Ali Məhkəmənin qərarını və qanunun tələbini nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, Ərizəçi qeydiyyat yerini dəyişmədən fiziki olaraq hazırda yaşadığı Qazax rayon Xanlıqlar kəndi onun “yaşayış yeri” hesab edilmir. Həmin yer ərizəçinin “olduğu yer” kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətləri faktının müəyyən edilmsəi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025, qəbz nömrəsi: 2719, əməliyyat İD:**********, GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Ərizəçi Maraqlı şəxsnə qarşı «qohumluq faktının müəyyən olunması» tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, hazırki ərizədə qeyd olunan tələblə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025, qəbz nömrəsi: 2719, əməliyyat İD:**********, GPP qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1619/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1619/2025
19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver