Məhkəmə qərarları › İş №2(023)-1624/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1624/2024

27.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1624/2024 27.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Həmzəli Nərminə Ruslan qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Həsənova (Abdulkərimova) Güləndam İsmayıl qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Həsənova (Abdulkərimova) Güləndam İsmayıl qızının «atalığın etiraf edilməsi faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Həsənova (Abdulkərimova) Güləndam İsmayıl qızının «atalığın etiraf edilməsi faktının müəyyən edilməsi» barədə ərizə ilə müraciəıt edərək, məhum X2nun X3, Ərizəçi1 qızının və məhrum qardaşı xx.xx.1963-cü ildə anadan olmuş xx.xx.2016-cı il tarixdə vəfat etmiş X4 atası olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçilər onunla əsalandırmışdır ki, məhum X2 anaları X12 ilə 1955-ci ildə faktiki olaraq nikaha daxil olmaqla evlənmişlər. Birgə faktiki nikahlarından xx.xx.1956-cı ildə X10, 01,07.1959-cu ildə Ərizəçi1 qızı, xx.xx.1963-cü ildə X11 və xx.xx.1968-ci ildə X13 doğulmuşdur. X2 anaları X12 ilə 22 avqust 1968-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. O, bacısı X10 və qardaşı X11 doğulan zaman ata və anaların rəsmi nikahları olmadığından onların doğum haqqında şəhadətnamələrində ata qrafası boş saxlanılmışdır. Atalıqları müəyyən edilməmişdir. X11 xx.xx.2016-cı il tarixdə X13 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X5 xx.xx.2004-cü il tarixdə anası X12 isə xx.xx.2009cu il tarixdə vəfat etmişdir. Ataları və anaları vəfat etdiklərindən o, bacısı və qardaşları doğum şəhadətnamələrində adlarının qeyd edilməsi mümük olmamışdır. Hazırda ata və analarından miras qalmış əmlaklarla bağlı notariat ofisinə müraciət etməkləri üçün onların atalıqlarının müəyyən edilməlidir. Lakin məhum qardaşları və onun atalığı müəyyən edilmədiyindən vərəsəlik işinin aparılmasında çətinliklər yaranır. Atası anasının birgə rəsmi nikahından xx.xx.1968-ci ildə doğulmuş AbdulkəHmov Əmirxan İsmayıl oğlunun atalığı müəyyən edilmiş və doğum şəhadətnaməsində ata adı qeyd edilmişdir. O, Həsənova (Abdulkərimova) Güləndam İsmayıl qızı rəsmi nikaha daxil olmuş və Həsənova soyadını qəbul etmişdir. Ərizəçilər Ərizəçi1 və Həsənova (Abdulkərimova) Güləndam İsmayıl qızı məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X9 onların yəni X3 və Ərizəçi1 atalığının etiraf edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən ərizəçilər ərizənin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılması və müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçlərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1959-cu il tarixdə Qazax rayonunda anadan olmuşdur. Həmin uşağın ana adı qrafasında X8, ata adı isə əlavə olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənova (Abdulkərimova) Güləndam İsmayıl qızı xx xxxx 1956-cı il tarixdə Qazax rayonunda anadan olmuşdur. Həmin uşağın ana adı qrafasında X8, ata adı isə əlavə olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 10 avqust 1963-cü il tarixdə Qazax rayonunda anadan olmuşdur. Həmin uşağın ana adı qrafasında X8, ata adı isə əlavə olunmamışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 19 iyun 1968-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur. Həmin uşağın ana adı qrafasında X8, ata qrafasında isə X6 qeyd olunmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 və X12 xx.xx.1968-cı il tarixdə evlənmişlər. İş materiallarında olan Maraqlı şəxs 17 sentyabr 2024-cü il tarixli 3-16-5/8-69-101 saylı məktubundan görünür ki, “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasına” uyğun olaraq atalığın müəyyən edilməsi valideyinlərin birgə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. İş materiallarında olan Maraqlı şəxs 17 sentyabr 2024-cü il tarixli 3-16-5/8-69- 106/saylı məktubundan görünür ki, “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasına” uyğun olaraq atalığın müəyyən edilməsi valideyinlərin birgə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mərhum X14 ilə mərhum X8 birgə nikahlarından xx.xx.1956-cı ildə X10, xx.xx.1959-cu ildə Ərizəçi1, xx.xx.1963-cü il tarixdə X11 və xx.xx.1968-ci ildə X13 adlı övladları anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 və X10 xx.xx.1974-cü il tarixdə evlənmişlər. X7 “Həsənova” soyadı verilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, xx.xx.2004-cü ildə vəfat etmiş X1 özünü X3 və Ərizəçi1 atası hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2 və 307.2.10-cu maddələrinə əsasən atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2 maddəsinə əsasən isə uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının» 6.19-cu bəndinə görə VVADQ orqanı və konsulluq idarəsi atalığın müəyyən olunması haqqında qeydlərə əsasən uşağın doğumu haqqında qeydlərdə dəyişikliklər edir və doğum haqqında yeni şəhadətnamə verir. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.2004-cü ildə vəfat etmiş X9, Həsənova (Abdulkərimova) Güləndam İsmayıl qızının və Ərizəçi1 atalığının etiraf olunması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 241-244, 252, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi1 və Həsənova (Abdulkərimova) Güləndam İsmayıl qızının ərizəsi təmin edilsin. xx.xx.2004-cü ildə vəfat etmiş X9 Həsənova (Abdulkərimova) Güləndam İsmayıl qızının və Ərizəçi1 “atalığının etiraf olunması” faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar