Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1651/2025 04.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Həmzəli Nərminə Ruslan qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı (Gasanov Tapdyg) Cavabdeh qarşı «torpağın zəbtdən azad edilməsi və mülkiyyətçiyə verilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (Gasanov Tapdyg) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayonu, Çaylı kəndində yerləşən 0.65 hektar torpaq sahəsinin zəbtdən azad edilərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən 0.65 hektar torpaq sahəsin onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bu barədə ona Qazax rayon Aqrar İslahat Komissiyasının JN 1212KOD ********* nömrəli dövlət aktı verilmişdir. Qeyd etmək istəyir ki, o Rusiya Federasiyasında yaşayır. Rusiya federasiyasında yaşadığı üçün həmin torpaq sahəsi qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edilərək istifadə edilir. O bu barədə cavabdehə məlumat versədə, cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. O, torpağın ona məxsus olması, eləcədə müvafiq sənədlərinin olmasını bildirmişdir. Cavabdeh bina məhəl qoymayaraq torpağın ona məxsus olmasını və geri qaytarmayacağını bildirmişdir. Bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək, bildirdi ki, İddiaçı torpaq sahəsini cavabdehə satmamışdır. Həmin torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən 0.65 hektar torpaq sahəsin onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir Həmin torpaq sahəsinin Cavabdeh zəbt etmişdir. Cavabdeh dəfələrlə İddiaçı məxsus olan torpaq sahəsinin boşaldılmasını tələb etsə də, cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsini boşaltmamışdir. Cavabdehin torpaq sahəsini zəbt etməsi iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Buna görə də Cavabdeh hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa iddiaçı ilə cavabdeh arasında nə şifahı, nədə yazlı qaydada alqı-satqı razılaşması olmamışdır. Sonda Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, 2016-cı il tarixdə həmin mübahisəli 0.65 ha torpaq sahəsini şifahı alqı-satqı əsasında 4480 manata almışdır. Sənədləşmə işinin xərci çox olduğundan alqı-satqını rəsmiləşdirməmişlər. Lakin onun həmin şifahı qayada bağlanmış alqı-satqısına dair hər hansı sübutu yoxdur. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsi (vəkilini) və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan JN-1212 KOD 50112018 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, xx.xx.1997-ci il tarixli, 10 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Çaylı kəndində yerləşən 0.65 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyət hüququna verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Qazax rayonu Çaylı kəndində yerləşən 0.65 ha torpaq sahəsi Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən 0.65 hektar torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Cavabdeh isə həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Həmin hal müvafiq olaraq, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş dövlət aktı ilə təsdiq olunur. İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Qazax rayonu, Çaylı kəndində yerləşən 0,65 hektar torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən olundu ki, həmin torpaq sahəsi İddiaçı mülkiyyətindədir, Cavabdeh həmin torpaq sahəsinə hər hansı hüququnun olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxsə də mənsub ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İİ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49 və 50-ci maddələrinin İ hissələrinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və müvəqqəti istifadə etməkdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında «Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi» məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur (§63). Məhkəmə qeyd edir ki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin 3 üsulunu təsbit etmişdir: mülkiyyət hüququnun tanınması, özgənin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bununla belə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi də hər bir fiziki və hüquqi şəxsin əmlakından maneəsiz istifadə hüququna malik olmasını təsbit edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir («Marks Belçikaya qarşı», «Mançini İtaliyaya qarşı», «Loizidu Türkiyəyə qarşı», «Akimova Azərbaycana qarşı» və sair). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-ci maddəsinə görə reyestrin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalı, İddiaçı (Gasanov Tapdyg) mülkiyyətində olan (JN-1212 KOD 50112018 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə) Qazax rayonu Çaylı kəndində yerləşən 0.65 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbtdən azad edilməklə boşaldılmalı və İddiaçı (Gasanov Tapdyg) təhvil verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı (Gasanov Tapdyg) iddiası təmin edilsin. İddiaçı (Gasanov Tapdyg) mülkiyyətində olan (JN-1212 KOD 50112018 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə) Qazax rayonu Çaylı kəndində yerləşən 0.65 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbtdən azad edilməklə boşaldılsın və İddiaçı(Gasanov Tapdyg) təhvil verilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1651/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1651/2025
04.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver