Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-17/2024 26.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçılar İddiaçı1, X2, İddiaçı3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq azad edilməsi və sərhəddinin müəyyən edilməsi tələbinə dair mülki işə 26 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş Qazax rayonunun Çaylı kəndində yerləşən, mülkiyyətlərində olan 1.1307 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş hissəsinin azad edilərək qaytarılması və torpaq sahəsinin arasındakı sərhədlərin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, onlar Qazax rayon Çaylı kəndində yaşayırlar. Cavabdehlər onların həmkəndliləridir. Ailə üzvlərinə Qazax rayon X6 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə JN-969 KOD 50112018 nömrəli Dövlət Aktına əsasən 1.1307 ha torpaq sahəsi Qazax rayon Çaylı kəndində mülkiyyətlərinə verilmişdir. Sonradan həmin aktda soyadı səhv olduğu üçün düzəliş edib həmin torpaq sahəsinə dair Çıxarış almışlar. Cavabdehlər onlara aid torpaq hissəsinin bir hissəsini yəni 0.27 ha torpaq sahəsini zəbt etmişlər. Cavabdehlərə torpaq sahəsinin onlara aid olduğunu bildirsələr də bununla razılaşmayıb torpaq sahəsini zəbtdən azad etmirlər. Cavabdehlər öz istədikləri kimi həmin torpaq sahəsini əkib biçirlər. Ona görədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Torpaq sahəsinin mülkiyyətçilərindən X3 və X4 vəfat etmişər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddia ərizəsində göstərilənlər mütəxəssis və ekspertiza rəylərində öz əksini tapmışdır. Odur ki, cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin azad edilərək qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edərək, cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin azad edilərək qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 iddianı müdafiə edərək, cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin azad edilərək qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçıların mübahisələndirdiyi torpaq sahəsini torpaq paylanan vaxtdan, yəni 1998-ci il tarixdən istifadə etmişdir. Belə ki, sərhədləri öz aralarında müəyyən etmişlər və həmin ildən də başlayaraq 35 ədəd qoz ağaçı əkmişdir. 25 ildir ki, həmin torpaq sahəsinin vergisini də onlar ödəmişlər. Bu illər ərzində həmin torpaq sahəsində əkdiyi 35 ədəd qoz ağacının hər birinə 200 manat xərc çəkməklə, ümumilikdə 7000 manatdan çox pul xərcləmişdir. Əgər iddiaçılar zəbt olunmuş torpaq sahəsinin boşaldılmasını tələb edirlərsə, onlar da öz növbələrində həmin torpaq sahəsində saldığı bağa çəkdiyi xərci tələb edirlər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, A№934933 saylı torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, Qazax rayonu Çaylı kəndində yerləşən 1.130792 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi DTXK Qazax rayon şöbəsi, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı JN 969, xx.xx.1997, Qazax Rayon Məhkəməsi, Məhkəmə qətnaməsi 2(023)-1313/2022, xx.xx.2022 əsasən İddiaçı1 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qazax rayonu Çaylı kəndində 1.1307 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə İddiaçı1, İddiaçı3, X2, İddiaçı4, İddiaçı5, X4 və X1 adına **********35 reyestr nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddia edilən torpaq sahəsinin koordinatları (Cavabdeh1 Zaki oğlu və Cavabdeh2 faktiki istifadələri kimi təqdim etdikləri) tərəflərin iştirakı ilə GPS ölçmə aləti ölçüldü. X5 Uçotu İnformasiya sistemi məlumatlarına əsasən Cavabdeh1 Zaki oğlu və Cavabdeh2 istifadələri kimi təqdim edilən torpaq sahəsinin 5280 kv.m-ə qədər hissəsi **********35 reyestr nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan İddiaçı1 və ailə üzvlərinin torpaq sahəs ilə üst-üstə düşür. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9091 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-7523/2024 saylı ekspert rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir: iddia edilən torpaq sahəsinin koordinatları (Cavabdeh1 Zaki oğlu və Cavabdeh2 faktiki istifadələri kimi təqdim etdikləri) tərəflərin iştirakı ilə GPS ölçmə aləti ölçüldü. X5 Uçotu İnformasiya sistemi məlumatlarına əsasən Cavabdeh1 Zaki oğlu və Cavabdeh2 istifadələri kimi təqdim edilən torpaq sahəsinin 5280 kv.m-ə qədər hissəsi **********35 reyestr nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan İddiaçı1 və ailə üzvlərinin torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Qazax rayon X6 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə JN 969 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qazax rayonu Çaylı kəndində 1.130792 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh1 Zaki oğlunun və Cavabdeh2 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 5280 kv.m-ə qədər hissəsinin **********35 reyestr nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan İddiaçı1 və ailə üzvlərinin torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək üçün mütəxəssis və ekspert rəyləri alınmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən JN 969 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Qazax rayonu Çaylı kəndində yerləşən 1.130792 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5280 kv.m-ə qədər hissəsinin Cavabdeh1 Zaki oğlu və Cavabdeh2 istifadəsi kimi təqdim edilən torpaq sahəsi ilə üst-üstə müəyyən olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Qazax rayonu Çaylı kəndində yerləşən 1.130792 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5280 kv.m-ə qədər hissəsi Cavabdeh1 Zaki oğlu və Cavabdeh2 zəbtindən azad edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat tərəflərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikasıı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı1, X2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətində olan Qazax rayonu Çaylı kəndində yerləşən 1.130792 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5280 kv.m-ə qədər hissəsi Cavabdeh1 Zaki oğlu və Cavabdeh2 zəbtindən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat tərəflərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikasıı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-17/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-17/2024
26.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver