Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1846/2025 26.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «atalığın etiraf edilməsi faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 26 noyabr 2007-ci il tarixdə Qazax rayonu Çaylı kəndində vəfat etmiş mərhum X7 onun yəni Ərizəçi atası olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki,atası X11 anası X15 olmaqla xx.xx.1964cü ildə Qazax rayonu Çaylı kəndində anadan olmuşdur. Atası ilə anasının rəsmi nikahı olmamışdır. Onların faktiki nikahlarından doğulmuşdur. Atası ilə anasının nikahı o doğulduqdan çox sonra yəni xx.xx.1968-ci il tarixdə rəsmi qeydiyyatdan keçmişdir. X5 və atası X3 rayonun Çaylı kəndində vəfat etmişlər. O anadan olan vaxt atası ilə anasının rəsmi nikahı olmadığından onun doğum haqqında şəhadətnamədə ata qrafasında ata adı qeyd olunmamışdır. Ata qrafasında ata adının olmaması onun müəyyən sənədləşmənin aparılmasında çətinlik yaradır. X5 və atası X11 ilə evləndikdən sonra 3 övladı doğulmuşdur. Ərizəçi dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, atalıq faktının etiraf edilməsinin, 26 noyabr 2007-ci il tarixdə Qazax rayonu Çaylı kəndində vəfat etmiş X2 onun yəni Ərizəçi atası olması yəni atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Maraqlı şəxs nümayəndəsi mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılması və müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Ərizəçi həmkəndlisidir. X2 vəfat etdiyi tarix yadında deyil. X2 Ərizəçi atası olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. X2 vəfat etdiyi tarix yadında deyil. X2 Ərizəçi atası olmasını təsdiq edir. İş materiallarında olan AZ 688104 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Qazax rayonunun Çaylı kəndində anadan olmuş, ana qrafasında X6 qeyd edilmişdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1958-ci il tarixdə anadan olmuş, ana qrafasında X6 qeyd edilmişdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1966-cı il tarixdə anadan olmuş, ana qrafasında X14, ata qrafasında X4 qeyd edilmişdır. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X11 ilə X14 xx.xx.1968-ci il tatixdə evlənmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maraqlı şəxs məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”na uyğun olaraq atalığın müəyyən edilməsi valideyinlərin və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Odur ki, atalığın müəyyən edilməsi akt qeydinin bərpa edilməsi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qazax rayonu Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi atası həqiqətən mərhum X11 və X5dır. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, 26 noyabr 2007-ci il tarixdə tarixdə vəfat etmiş X1 özünü xx xxxx 1964-cü il tarixdə Qazax rayonu Çaylı kəndində anadan olmuş Ərizəçi atası hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2 və 307.2.10-cu maddələrinə əsasən atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2 maddəsinə əsasən isə uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Buna görə də, məhkəmə hesab edir ki, 26 noyabr 2007-ci il tarixdə vəfat etmiş X11 tərəfindən xx xxxx 1964-cü il tarixdə Qazax rayonu Çaylı kəndində anadan olmuş Ərizəçi atalığının etiraf olunması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 241-244, 252, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 26 noyabr 2007-ci il tarixdə vəfat etmiş X11 tərəfindən xx xxxx 1964-cü il tarixdə Qazax rayonu Çaylı kəndində anadan olmuş Ərizəçi atalığının etiraf olunması faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1846/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1846/2025
26.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver