Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1852/2025 21.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki işə 21 yanvar 2026-cı il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 ləyaqətsiz vərəsə sayılması və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X17 mərhum atası X10 və anasına (nənə) qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair qərəzli, əsassız, qanunsuz iddia ərizəsi ilə və yalan məlumatla 2022-ci ildə məhkəməyə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin icraatında olan 2(023)-497/2022 saylı mülki işdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X18 həmin işdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X11 qarşı “cavabdeh X8 ləyaqətsiz vərəsə sayılması və onun mülkiyyətində olan həyətyanı torpaq sahəsindən arvadı X22 ilə birlikdə çıxarılınası barədə” əsaslı, qanuni qarşılıqlı iddia ərizəsini Qazax Rayon Məhkəməsinə vermişdir və icraata qəbul olunmuşdur. X1 etibarnamə ilə məhkəmədə təmsil edən digər oğlu qardaşı X8 ləyaqətsiz vərəsə sayılmaması üçün məhkəməyə vəsatət təqdim edərək, qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, onların razılığı olmadan qaytarılmışdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-497/2022 saylı qanunvericiliklə əsaslandırılmamış, qərəzli, əsassız və qanunsuz qətnaməsi ilə iddiaçı X8 cavabdeh X10 qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə iddianı rədd etsə də, həyətyanı torpaq sahəsində və işıq, qaz, hamam, sanitar qovşağa yaşayış yerində baxış keçirməsi üçün onların əsaslı və qanuni vəsatətinə baxılmamış, təmin edilməmiş və onların ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X13 qarşı “X8 ləyaqətsiz vərəsə sayılması və mülkiyyətimizdə olan həyətyanı sahədən arvadı X22 ilə birlikdə çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə qərəzli olaraq baxılmamış, əsassız və qanunsuzluq qətnamədə göstərilməmişdir və hər hansı qərardadla qaytarılmamışdir. Qazax Rayon Məhkəməsinin hakimi mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq, əsassız və qanunsuz olaraq müdafiə üçün onları məhkəməyə müraciət etmək hüquqlarından məhrum etmişdir və xx.xx.2022-ci il tarixli qətnaməsi işin sonrakı hərəkətinə mane olmuşdur. Digər tərəfdən ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X17 və arvadı X4 Rayon Məhkəməsinin qanunvericiliklə əsaslandırılmamış, qərəzli, əsassız və qanunsuz qətnaməsindən sonra hüquqlarından vicdansızcasına sui-istifadə etdiklərinə görə onların həyətində özlərinin tikdiyi evdə uşaqları ilə yaşadıqları halda, “yaşayış hüququnun tanınması və evə köçürülmə” qərəzli, əsassız və qanunsuz tələbinə dair mediasiya prosesinin tətbiqi barədə qərəzli, əsassız və qanunsuz təkliflərini onlara (ona və ərinə) yazmışlar və X1n son arzusunun, istəyinin, vəsiyyətnaməsinin icra olunmasına maneçilik törədirlər. Halbuki cavabdehlər onların hüquqlarını pozmuşlar, onların həyətində və evində yaşadıqları, tövlədə mal-qara saxladıqları halda, onlara bir qaşıq qatığı qıymırlar, onları təhqir edirlər, nalayiq sözlərlə söyürlər. Onun 72 yaşı və atasının 81 yaşı olmasına, əməliyyat olunmasına və 5 ay xəstə yatmasına baxmayaraq, oğlu Natiq və gəlini Zahirə onlara baxmamış, evi yığışdırmamış, bir stəkan çay da verməmişlər. Hətta SALAM da verməmişlər, onlara qarşı açıq hörmətsizlik etmişlər və “ölsək də bizə baxmayacaqlarını” deyirlər. Bakı şəhərində yaşayan oğlu və qızı 2-3 günlük onlara gələndə - bura oteldir !?! bura gəlməyin, təhqir edirlər, nalayiq sözlərlə söyürlər”. X3 hər bir halda digər vərəsələri kimi cavabdeh X14 vərəsəlik hüququndan azad etməsinə dair şəxsən özü vəsiyyətnamə ilə sərəncam vermişdir. Mərhum əri X18 həmin vəsiyyətnamə ilə vəfat edən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını, o cümlədən AR Torpağın Mülkiyyətə Verilməsinə dair xx.xx.2004 tarixdə verilmiş JN-422A, KOD 50102018 saylı şəhadətnaməyə əsasən Qazax rayonu, Ağköynək kəndində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsindən payına düşən hissəni, AR Torpağın Mülkiyyətə Verilməsinə Dair xx.xx.1998 tarixdə verilmiş JN-680. KOD 50102018 saylı dövlət aktına əsasən Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,22 ha əkin-pay torpaq sahəsindən payına düşən hissəni və AR ƏMDK yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,3069 ha əkin-pay torpaq sahəsindən payına düşən hissəni xx.xx.1971 -ci il təvəllüdlü oğlu X15 vəsiyyət etmiş, digər vərəsələrini vərəsəlik hüququndan azad etmişdir. Mərhum əri X18 07 oktyabr 2024-cü il tarixdə vəfat etmişdir. Amma, bundan bir neçə ay əvvəl cavabdeh X17 evdə xəstə yatan atasına nəvaziş göstərmək, şəfa diləmək əvəzinə, baş çəkmək adı ilə gələrək, sanki atasının ölümünə sevinirmiş kimi onları təhqir etmiş, hətta nalayıq küçə söyüşləri ilə onu başını kəsəcəyi ilə hədələmişdir və bununla da ləyaqətsiz vərəsə olduğunu özü-özünə bir daha sübut etmişdir. Torpağa mülkiyyət hüququna dair Şəhadətnamənin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, cavabdeh X8 əmlak payı yoxdur, lakin onlardan əsassız əmlak tələb edir. Odur ki, cavabdeh X8 ləyaqətsiz vərəsə sayılmasına dair ədalətli, əsaslı, qanuni qətnamə qəbul edilməsini məhkəmən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh onun oğludur. Cavabdeh ailəsi ilə birlikdə onların həyətində və evində yaşamış, daim onları təhqir etmişlər, nalayiq sözlərlə söymüşlər. O və mərhum əri İsmayıl yaşlı və xəstə olmalarına baxmayaraq, oğlu Natiq və gəlini Zahirə onlara baxmamış və onlara qulluq etməmişlər. Hər zaman onlara qarşı açıq hörmətsizlik etmişlər. Hətta Bakı şəhərində yaşayan övladları 2-3 günlük onlara gələndə onları da təhqir etmişlər, nalayiq sözlərlə söymüşlər. X3 vəsiyyətnamə verərək, vəfat edən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını oğlu X15 vəsiyyət etmiş, digər vərəsələrini vərəsəlik hüququndan azad etmişdir. Mərhum əri X18 07 oktyabr 2024-cü il tarixdə vəfat etmişdir. Amma, ondan bir neçə ay əvvəl cavabdeh X17 evdə xəstə yatan atasına nəvaziş göstərmək, şəfa diləmək əvəzinə, baş çəkmək adı ilə gələrək, sanki atasının ölümünə sevinirmiş kimi onları təhqir etmiş, hətta nalayıq küçə söyüşləri söyərək, onu başını kəsəcəyi ilə hədələmişdir və bununla da ləyaqətsiz vərəsə olduğunu özü-özünə bir daha sübut etmişdir. Hazırda vəsiyyətnamə üzrə vərəsə olan oğlu X19 onunla yaşayır və ona qulluq edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı ona qarşı iddiası tam olaraq əsassızdır. Belə ki, o son vaxtlaradək valideynləri ilə birlikdə yaşamışdır. Onlar xəstələndikdə o və arvadı onlara qulluq etmişdir. O hər zaman valideynlərinin yanında olsa da, valideynləri həmişə ona qarşı aqressiv olmuşlar. O heç bir vaxt valideynlərini incitməmiş və təhqir etməmişdir. O hazırda başqa ünvanda yaşayır. Mərhum atası X5 qalan miras əmlakdan məcburi payını istəyir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, Qazax rayonu Ağköynək kəndində yerləşən 0,3069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2020-ci il tarixdə X20, İddiaçı Bulul qızı, X21, X16 və X9 ümumi birgə mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Qazax rayonu Ağköynək kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi X20, X18, İddiaçı Bulul qızı, X21 və X6 mülkiyyətinə verilmişdir. 29 oktyabr 2021-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X18 vəfat edən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını, o cümlədən AR Torpağın Mülkiyyətə Verilməsinə dair xx.xx.2004 tarixdə verilmiş JN-422A, KOD 50102018 saylı şəhadətnaməyə əsasən Qazax rayonu, Ağköynək kəndində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsindən payına düşən hissəni, AR Torpağın Mülkiyyətə Verilməsinə Dair xx.xx.1998 tarixdə verilmiş JN-680. KOD 50102018 saylı dövlət aktına əsasən Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,22 ha əkin-pay torpaq sahəsindən payına düşən hissəni və AR ƏMDK yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,3069 ha əkin-pay torpaq sahəsindən payına düşən hissəni xx.xx.1971 -ci il təvəllüdlü oğlu X15 vəsiyyət etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2024-cü ildə ölmüşdür. xx.xx.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Qazax rayonu Ağköynək kənd sakinləri İbrahim Mehtiyevin və Cavabdeh müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Qazax RPŞ-nin İTB-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X7 DİN 102 xidmətinə müraciətində göstərdiyi xüsusatlar məhkəmə predmeti olduğundan məhkəmə orqanlarına müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1138-ci maddəsinə əsasən miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Həmin qərarda qeyd edilmişdir ki, vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mülkiyyət hüququ kimi, vəsiyyət etmə və varis olma hüququnun da sosial ədalət baxımından hədləri (sərhədləri) vardır. Vəsiyyət edənin iradəsini (və ya vəsiyyət azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Beləliklə, qanunverici vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətləri iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarında göstərilir ki, mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb ola hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək, nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları ehtiva edir. Qeyd edilən qanunvericilik normalarından və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından göründüyü kimi, miras qoyanın uşaqlarının, valideynlərinin və arvadının (ərinin) mirasda məcburi paydan məhrum edilə bilmələri üçün onların miras qoyana qarşı Mülki Məcəllənin 1137 və ya 1138-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verməsi mütləq müəyyən edilməlidir. Digər hallarda onların məcburi paydan məhrum edilməsi yol verilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin maddə əsas götürülərək hazırki iş üzrə cavabdeh o halda məcburi paydan məhrum edilə bilər ki, o, iddiçıya qarşı hər hansı cinayət və ya əxlaqsız xarakterli hərəkətlər törətmiş olsun. Lakin, iddia ərizəsinin məzmunundan, eləcə də məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından aydın olur ki, iddiaçının övladı olan, iş üzrə cavabdeh bugünədək iddiaçıya qarşı hər hansı nə cinayət əməli, nə də bu və ya digər şəkildə əxlaqsız xarakterli hərəkətlər törətməmişdir. İddiaçı yalnız övladının ona qarşı laqeyd davranmasını, xəstə olması ilə əlaqədar onun qayğısına qalmamasını, onunla maraqlanmamasını, onu təhqir etməsini əsas gətirərək cavabdehin məcburi paydan məhrum edilməsini tələb etmişdir ki, məhkəmə hesab edir ki, bu hallar iddiaçıya qarşı yönəlmiş əxlaqsız xarakterli hərəkətlər kimi qiymətləndirilə bilməz və beləliklə də cavabdehin məcburi paydan məhrum edilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1852/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1852/2025
21.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver