Məhkəmə qərarları › İş №2(023)-196/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-196/2024

07.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-196/2024 07.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi və onun nümyəndəsi, vəkil Əhmədov Pərvin Şakir oğlunun iştirakları ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair mülki işə 07 mart 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X8 və xx.xx.2020-ci ildə vəfat etmiş X2 onun bacıları olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X3 ilə anası X5 faktiki nikahından X8, X6 və o (ərizəçi) doğulmuşdur. X3 1943-cü ilin yanvar ayında X12 itkin düşmüşdür. X1 xx.xx.2010-cu il tarixdə və X6 isə xx.xx.2020-ci ildə vəfat etmişdir. Onlar doğma bacıqardaş olsalar da, bu onların sənədlərində öz əksini tapmır. Onun bacılarının doğum şəhadətnamələri olmadığından onların qohumluq münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümyəndəsi, vəkil nümayəndəsi Vəkil ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və nümayəndəsinin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, o, XX.XX.1930-cu ildə Qazax rayonu Çaylı kəndində anadan olmuşdur. Ərizəçi onun yaxın qohumudur. X8 və X6 ərizəçinin bacılarıdır. Onlar ailə qurmamışlar və vəfat edən günə kimi qardaşı Ərizəçi yanında yaşamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1954-cü ildə Qazax rayonu Çaylı kəndində anadan olmuşdur. Ərizəçi onun yaxın qonşusudur. X8 və X6 ərizəçinin bacılarıdır. Onlar ailə qurmamışlar və vəfat edən günə kimi qardaşı Ərizəçi yanında yaşamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1962-ci ildə Qazax rayonu Çaylı kəndində anadan olmuşdur. Ərizəçi onun əmisidir. X8 və X6 ərizəçinin bacılarıdır. Onlar ailə qurmamışlar və vəfat edən günə kimi qardaşı Ərizəçi yanında yaşamışlar. Belə ki, işdə olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1939-cu il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli 351 saylı arayışdan görünür ki, həqiqətən Ərizəçi X3 1943-cü ilin yanvar ayında X12 itkin düşmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Qazax RİHB-nın Çaylı kənd İƏD üzrə nümayəndəliyində xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, X10 ilə anası X5 birgə yaşadıqları dövrdə 1939-cu il təvəllüdlü Ərizəçi, 1933-cü il təvəllüdlü X8 və X6 adlı övladları olmuşdur. Həqiqətən Ərizəçi, X8 və X6 bacı-qardaş olaraq bir evdə yaşamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinəəsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X8 və xx.xx.2020-ci ildə vəfat etmiş X6 Ərizəçi bacısı olmuşdur. Ərizəçinin X8 və X6 ilə qohumluq faktının müəyyən edilməsi ona bacılarından miras qalan əmlaka qanun üzrə vərəsə tanınması ilə bağlıdır. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X8 və xx.xx.2020-ci ildə vəfat etmiş X6 Ərizəçi bacısı olmuşdur. Bu səbəbdən həmin fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 3472-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2010-cu il tarixdə vəfat etmiş X8 və xx.xx.2020-ci ildə vəfat etmiş X6 Ərizəçi bacısı olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar