Məhkəmə qərarları › İş №2(023)-20/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-20/2023

12.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-20/2023 12.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İddiaçı, onun nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1 Tanrıverdi oğlu və Mustafayeva (Qocayeva) Edelya Mirzalı qızının iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Tanrıverdi oğlu, Mustafayeva (Qocayeva) Edelya Mirzalı qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsinin zəbtdən azad olunaraq boşaldılması tələbinə dair mülki işə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli **********01 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan, Qazax rayonunun Canallı kəndində yerləşən 0.0844 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 Tanrıverdi oğlu, Mustafayeva (Qocayeva) Edelya Mirzalı qızı, Cavabdeh3 və Cavabdeh4 zəbtindən azad olunaraq boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixli **********01 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonunun Canallı kəndində yerləşən 0.0844 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin plan və ölçüsünə dair sənəddə həmin torpaq sahəsinin kadastr göstəriciləri qeyd olunmuşdur. Cavabdehlər həmin torpaq sahəsini zəbt edərək, onu öz mülkiyyətindən məhrum etmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində qeyd olunan torpaq sahəsinə sərbəst surətdə öz istəyi kimi sahib ola bilmir. Dəfələrlə cavabdehlərə xəbərdarlıq etməsinə baxmayaraq, torpaq sahəsini azad etməkdən boyun qaçırmışlar. Qazax rayonu İcra Hakimiyyəti Başçısının Hüseynbəyli kənd İƏD-i üzrə nümayəndəsinin və Canallı Bələdiyyəsinin sədrinin iştirakı ilə sözügedən torpaq sahəsinə yerində baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, cavabdehlər torpaq sahəsindən qanunsuz istifadə etməsi müəyyən edilmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. İddiaçı nümayəndəsi, Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Tanrıverdi oğlu iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, sözügedən torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. Torpaq sahəsinin sənədinin texniki göstəricisində səhvlik var. Hazırda həmin sənəd düzəlib. Mütəxəssis təyin edilsin, torpaq sahələri ölçülsün torpaq sahələri yerində tanıdılsın. Odur ki, iddianın qanuni həll edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Mustafayeva (Qocayeva) Edelya Mirzalı qızı, Cavabdeh1 Tanrıverdi oğlunun izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməməsinin səbəblərini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə lərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan, Gəncə İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(114)-91/2022 saylı qərarına əsasən iddia təmin edilmiş, Qazax rayonu Canallı kəndində yerləşən 0.0844 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı adına aparılmış xx.xx.2021-ci il tarixli, **********01 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi, xx.xx.2021-ci il tarixli **********01 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatların JN- 064A Kod 50103028 şəhadətnamədə olan koordinatlara uyğunlaşdırılması, eyni zamanda X1 rayon X2 tərəfindən verilmiş JN-065A, Kod 50103028 şəhadətnamədəki torpaq sahəsinin məkan göstəriciləri ilə həmin şəhadətnamə əsasında X4 ayrılmış və naturada təhvil verilmiş, hal-hazırda Qazax rayonu Canallı kəndində yerləşən 0.084 ha torpaq sahəsinin faktiki məkan göstəriciləri arasında (döngə nöqtələrində və koordinatlarda) mövcud olan uyğunsuzluq aradan qaldırılmaqla faktiki istifadədə olan həmin torpaq sahəsinin məkan göstəricilərinə uyğun texniki sənədlərin tərtib edilərək verilməsi və daşınmaz əmlakın dövlət reyestrində mülkiyyəti hüquqlarının qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi idarəsinə həvalə edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli 2-1(104)-345/2022 saylı qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(114)-91/2022 saylı qərarı ləğv edilmiş və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli 2-1(102)-469/2023 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli 2- 1(104)-345/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(114)-91/2022 saylı qərarından görünür ki "xxxx"MMC-nin Tovuz Layihə-Təhqiqat İdarəsinin 15/M-23 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəsis rəyinə əsasən xx.xx.2021-ci il tarixli **********01 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.0844 ha torpaq sahəsinin plan və ölçü sənədindəki mövcud koordinatlar ilə Canallı kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan JN-065A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X3 mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlarda faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar vardır və sxem 1-də uyğunsuzluq göstərilmişdir.Cavabdeh1 Tanrıverdi oğlunun JN-065A nömrəli şəhadətnaməyə əsasən faktiki istifadəsi kimi təqdim etdiyi sahəsi və İddiaçı oğlunun **********01 reyestr nömrəli çıxarışa əsasən faktiki istifadə kimi təqdim etdiyi torpaq sahəsi əkindir, Canallı kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan JN-064A nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə **********01 reyestr nömrəli çıxarışda olan torpaq sahəsinin 803 kv.m-ə qədər hissəsi eynilik təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, Sözü gedən torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi qanuni qüvvəsini almış qətnamələrlə təsdiq edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(114)-91/2022 saylı qərarından görünür ki "xxxx"MMC-nin Tovuz Layihə-Təhqiqat İdarəsinin 15/M-23 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəsis rəyi ilə Cavabdeh1 Tanrıverdi oğlunun JN-065A nömrəli şəhadətnaməyə əsasən faktiki istifadəsi kimi təqdim etdiyi sahəsi və İddiaçı oğlunun **********01 reyestr nömrəli çıxarışa əsasən faktiki istifadə kimi təqdim etdiyi torpaq sahəsi əkindir, Canallı kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan JN-064A nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə **********01 reyestr nömrəli çıxarışda olan torpaq sahəsinin 803 kv.m-ə qədər hissəsini zəbt etdiyi müəyyən edilmişdir. Odur ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli **********01 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan, Qazax rayonunun Canallı kəndində yerləşən 0.0844 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 Tanrıverdi oğlu, Mustafayeva (Qocayeva) Edelya Mirzalı qızı, 803 kv.m-ə qədər hissəsi Cavabdeh3 və Cavabdeh4 zəbtindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin Məcəllənin 55-cı maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan, **********01 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonunun Canallı kəndində yerləşən 0.0844 ha torpaq sahəsinin Cavabdeh1 Tanrıverdi oğlu, Mustafayeva (Qocayeva) Edelya Mirzalı qızı, Cavabdeh3 və Cavabdeh4 tərəfindən zəbt edilmiş 803 kv.m-ə qədər hissəsi Cavabdeh1 Tanrıverdi oğlu, Mustafayeva (Qocayeva) Edelya Mirzalı qızı, Cavabdeh3 və Cavabdeh4 zəbtindən azad edilərək boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar