Məhkəmə qərarları › İş №2(023)-22/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-22/2023

23.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-22/2023 23.02.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İş№2(023)-22/2023 Qətnamə Qazax Rayon Məhkəməsi Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İddiaçı vəkili X3, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarılma tələbinə dair mülki işə 23 fevral 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onun himayəsində olan uşaqları X6, X7 ilə birlikdə və əşyaları ilə bərabər onun mülkiyyətində Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli, **********71-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, iddia ərizəsində texniki səhv olaraq cavabdehlər siyahasında Cavabdeh1 adını da qeyd etdiyini və Cavabdeh1 cavabdehlər siyahasından çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili X8 məhkəmə iclasında iddianı müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və bildirmişdir ki, sözügedən ev Cavabdeh1 məxsusdur. Sözügedən evdən çıxarılmasına razı deyil. Qeyd olunan ev iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında iddiaçının mülkiyyətində olmasına baxmayaraq həmin evdən çıxarılmasına razı deyil. Onun ailə üzvləri ilə birlikdə yaşaması üçün başqa yaşayış sahəsi yoxdur. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməmiş və bildirmişdir ki, sözügedən evə Cavabdeh2 ilə evlənərək, gəlin köçmüşdür. Hazırkı vaxtadək həmin evdə yaşayır. Qeyd olunan ev iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında iddiaçının mülkiyyətində olmasına baxmayaraq həmin evdən çıxarılmasına razı deyil. Onun ailə üzvləri ilə birlikdə yaşaması üçün başqa yaşayış sahəsi yoxdur. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. İşdə materiallarında olan, Qazax rayon Notariat ofisində 25 yanvar 2020-ci ildə 4Ə-162 reyestr nömrə ilə təsdiq edilmiş müqavilənin surətindən görünür ki, X1 şəhəri Azadlıq küçəsi 125 nömrəli ünvanda 0.072 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136.7 kvm, yaşayış sahəsi 54.2 kvm və köməkçi sahəsi 91.5 kvm olan 1 mərtəbəli 2 otaqlı yaşayış evini torpaq sahəsi ilə birlikdə oğlu İddiaçı Mədəd oğluna bağışlamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2020ci il tarixli, **********71-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0.072 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136.7 kvm yaşayış sahəsi olan ev İddiaçı Mədəd oğlunun adına qeydə alınmışdır. Məhkəmə cavabdehlərin izahatlarını və iddiaçının vəkilinin çıxışını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, X4 öz şəsxi mülkiyyətində olan həmin fərdi yaşayış evini öz iradə ifadəsində 25 yanvar 2020-ci il tarixdə əri İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuz Ərazi İdarəsinin verdiyi 29 yanvar 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0.072 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136.7 kvm yaşayış sahəsi olan ev İddiaçı adına rəsmi qeydə alınmışdır. Cavabdehlər Cavabdeh2 və Zeynəb Osmanova adlı uşaqları ilə birlikdə mübahisəli evdə qeyri-qanuni olaraq yaşayırlar. Cavabdehlərin sözügedən evdə yaşaması nəticəsində iddiaçının sözügedən ev üzərində mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və onun himayəsində olan uşaqları X6, X7 ilə birlikdə və əşyaları ilə bərabər onun mülkiyyətində Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli, **********71-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən çıxarılmalıdırlar. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh3 uşaqları X6, X7 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar