Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-27/2023 09.03.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İddiaçı, X2, X3 (Rəhimova), onların nümayəndəsi vəkil X7 iştirakları ilə İddiaçılar İddiaçı, X8, Qəsəbova (Rəhimova) Fatma Ələkbər qızının cavabdehlər Cavabdeh və X10 qarşı torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək, zəbt olunmuş torpaq sahəsinin azad olunması tələbinə dair mülki işə 09 mart 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı, X8, Qəsəbova (Rəhimova) Fatma Ələkbər qızı məhkəmədə iddia qaldıraraq, Qazax rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 09 nömrəli qərarı ilə JN-182 A KOD 50107029 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətlərin də olan Qazax rayonu Ürkməzli kəndində 0.14 ha həyətyanı torpaq sahəsində yerləşən, cavabdehlər Cavabdeh və X9 istifadəsindəki qanunsuz tiklinin cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin cavabdehlərin zəbtindən tamamilə azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(023)-163/2022 saylı qərardadına əsasən iddiaçılar İddiaçı, X8, Qəsəbova (Rəhimova) Fatma Ələkbər qızının cavabdehlər Cavabdeh və X10 qarşı torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək, zəbt olunmuş torpaq sahəsinin azad olunması tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş üzrə rəy alınanadək icraat dayandırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 01 fevral 2023-cü il tarixli 10/92 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı tovuz Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən, İddiaçı,X8, X4 mülkiyyətlərində olan JN-182A KOD ********** nömrəli torpağın mülkiyyetə verilməsinə dair şəhadətnaməyə əsasən 0.14 ha həyətyanı torpaq sahəsinin döngəl nöqtələrinin koordinatlan ve konfiqurasiyası ilə hazırda faktiki istifadədə olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və konfigurasiyası arasında fərqlər var. Sened üzrə torpaq sahəsinin 0.14 ha olmasına baxmayaraq, naturada faktiki istifadədə olan torpaq sahəsi 0.17 ha təşkil edir. Yerində baxış keçirməklə X12 və X9 mülkiyyətlərində olan JN-183A KOD 50107028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.08 ha həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlan və konfiqurasiyası ilə hazırda faktiki istifadədə olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlan və konfiqurasiyası arasında fərqlər var. Sənəd üzrə torpaq sahəsinin 0.08 ha olmasına baxmayaraq, naturada faktiki istifadədə olan torpaq sahəsi 0.11 ha təşkil edir. İddiaçı, X8, X4 mülkiyyətlərində olan JN-182A KOD 50107029 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.14 ha həyətyanı torpaq sahəsi ilə, X13 və X9 mülkiyyətlərində olan JN- 183A KOD 50107028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.08 ha həyətyanı torpaq sahəsi arasında kəsişmə xətti şəhadətnamələrdə düz göstərilmişdir. Həmin kəsişmə xəttini əsas götürərək müəyyən etmək olar ki, hazırda faktiki olaraq X13 və X10 məxsus təsərrüfat tikilisinin eni 1.2 m uzunluğu 6.8 m Sta= 4.1 kv.m olmaqla künc hissəsi bu kəsişmə xəttindən İddiaçı, X8, X4 faktiki istifadəsində olan torpaq sahəsinə tərəf keçməklə, onların torpaq sahəsinin şərq hissəsindən 4.1 kv.m torpaq sahəsinin zəbt edildiyi müəyyən olunmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. cavabdehlər Cavabdeh və X16 onun qonşuluğunda yaşayırlar. Onların qanunsuz olaraq inşa etdiyi 1 otaqdan ibarət tikilinin təxminən 2 metr uzunluğunda, 1.5 metr enində hissəsi onun istifadəsinə olan torpaq sahəsində yerləşir. Cavabdehlər həmin torpaq sahəsini zəbt etmişdir. Qazax rayonu Ürkməzli kəndində 0.14 ha həyətyanı torpaq sahəsində yerləşən, cavabdehlər Cavabdeh və X9 istifadəsindəki qanunsuz tiklinin cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin cavabdehlərin zəbtindən tamamilə azad olunması xahiş edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 01 fevral 2023-cü il tarixli 10/92 nömrəli rəyi ilə razıdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. İddiaçı X8 məhkəmə iclasında iddianı müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı Qəsəbova (Rəhimova) Fatma Ələkbər qızı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı, X8, Qəsəbova (Rəhimova) Fatma Ələkbər qızının nümayəndəsi vəkil X14 iddianı müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, ərinin səhhətində yaranmış problemlə bağlı məhkəmə prosesində iştirak edə bilmədiyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh ərinin səhhətində problemlər olduğunu bildirsə də, bununla bağlı hər hansı bir tibbi arayışı ərizəyə əlavə etməmişdir. Cavabdeh və X9 məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçıların və onların nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan sənədlərdən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarına əsasən 0.14 ha torpaq sahəsi İddiaçı, X8 və X5 mülkiyyətinə verilmişdir. İşdə olan Qazax rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli 08 nömrəli qərarına əsasən 0.08 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir. Belə ki, hazırda faktiki olaraq X15 və X10 məxsus təsərrüfat tikilisinin eni 1.2 m uzunluğu 6.8 m Sta= 4.1 kv.m olmaqla künc hissəsi bu kəsişmə xəttindən İddiaçı, X8, X4 faktiki istifadəsində olan torpaq sahəsinə tərəf keçməklə, onların sahəsinin şərq hissəsindən 4.1 kv.m torpaq sahəsinin zəbt edilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 01 fevral 2023-cü il tarixli 10/92 nömrəli rəyi ilə təsdiq olunmuşdur. Odur ki, iddia qismən təmin edilməli, İddiaçı, X8, X4 Qazax rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 09 nömrəli qərarı ilə JN-182 A KOD 50107029 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətlərinə olan Qazax rayonu Ürkməzli kəndində 0.14 ha həyətyanı torpaq sahəsinin X13 və X10 məxsus təsərrüfat tikilisinin eni 1.2 m uzunluğu 6.8 m Sta= 4.1 kv.m olmaqla künc hissəsi və bu kəsişmə xəttindən onların torpaq sahəsinin şərq hissəsindən 4.1 kv.m torpaq sahəsi X13 və X9 zəbtindənazad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin Məcəllənin 55-cı maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X11 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X11 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir) manat Cavabdeh və X6 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı, X8, X4 Qazax rayonu Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 09 nömrəli qərarı ilə JN-182 A KOD 50107029 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətlərinə olan Qazax rayonu Ürkməzli kəndində 0.14 ha həyətyanı torpaq sahəsinin X15 və X10 məxsus təsərrüfat tikilisinin eni 1.2 m uzunluğu 6.8 m Sta= 4.1 kv.m olmaqla künc hissəsi və bu kəsişmə xəttindən onların torpaq sahəsinin şərq hissəsindən 4.1 kv.m torpaq sahəsi X13 və X9 zəbtdən azad edilsin. Cavabdeh və X6 müştərək qaydada müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-27/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-27/2023
09.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver