Məhkəmə qərarları › İş №2(023)-276/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-276/2023

20.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-276/2023 20.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi (maraqlı tərəflər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, Maraqlı şəxs1, Haqverdiyeva (Vəliyeva) Qənirə Əli qızı və Aləmmədova (Vəliyeva) Qəribə Əli qızı) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (maraqlı tərəflər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, Maraqlı şəxs1, Haqverdiyeva (Vəliyeva) Qənirə Əli qızı və Aləmmədova (Vəliyeva) Qəribə Əli qızı) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 iyul 1954-cü il tarixdə Qazax rayonu, Aşağı Əskipara kəndində doğulmuş, 07 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmiş Vəliyeva Şamama Əli qızından miras qalmış Sumqayıt şəhəri, 2-ci mikrorayon 21/14 saylı evin 14 saylı mənzilinin 07 dekabr 2020-ci il tarixdən etibarən onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax rayon məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərardadı ilə X6, X11, X26, X12, X3, X1, X4, X13, X23 üçüncü şəxs qismində cəlb edilmişlər. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun bacısı Vəliyeva Şamama Əli qızı 1954-cü ildə Qazax rayonu Aşağı Əskipara kəndində doğulmuş, uzun illər xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri 2-ci mikrorayon 21114 saylı evin 14 saylı mənzilində yaşamış və heç vaxt ailə qurmamışdır. Bacısı Ş.Əliyeva 07 dekabr 2020-ci il tarixdə “Covid-19 virusuna yoluxaraq Sumqayıt şəhərində vəfat etmişdir. 2021-ci ilin iyul ayında o, mərhum bacısı X7 qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin alınması üçün AR Ədliyyə Nazirliyi Sumqayıt regional “ASAN XİDMƏT Mərkəzində Notariat ofisinə müraciət etmişdir. Lakin onun müraciətinə baxmış Sumqayit regional “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisinin notariusu Baba Əhmədli 17 avqust 2021-ci il tarixli 2289 saylı cavab məktubu ilə vərəsəlik şəhadətnaməsinin verilməsi uçun mirasın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş muddət buraxıldığından məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Mirasın qabul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətin buraxılması ilə bağlı məhkəmənin nəzərinə çatdırır ki, valideynləri X27 və X17 vəfat etdikdən, bacısı Vəliyeva Şamama Əli qızı isə heç vaxt ailə qurmadığından və onun qanun üzrə birinci dərəcəli vərəsələri olmadığından, mülki qanunvericiliyin tələbinə əsasən növbə qanun üzrə ikinci dərəcəli vərəsələrə keçmiş, qanun üzrə ikinci dərəcəli vərəsələr isə o (ərizəçi), Abbasova (Vəliyeva) Rena Əli qızı Maraqlı şəxs1, Haqverdiyeva (Vəliyeva) Qənirə və Alməmmədova(Vəliyeva) Qeribə Əli qızından ibarətdir. Digər bacı-qardaşları X28, X18 və X29 isə vəfat etmişlər. Bacısı Vəliyeva Şamama Əli qızı Sumqayıt şəhərində özünə məxsus evdə tak yaşadığından mütəmadi olaraq o, Şamamanın yanına gəlmişdir. Evində qonaq qalmış və ona qulluq edib, qayğı göstərmişdir. Vəliyeva Şamama Əli qızı “Covid-19 virusuna yoluxaraq xəstələnəndə isə onun yanında o (ərizəçi) olmuşdur və bacisı Sumqayıt şəhərindəki həmin xəstələr üçün ayrılmış xüsusi tibb müəssisəsində (Sumqayıt şəhər Modul tipli xəstəxana) mualicə olunarkən də və 07 dekabr 2020-ci il tarixdə vəfat edərkən də o (ərizəçi) Sumqayıtda olmuş, bacısının evində yaşamış və ona Sumqayıt şəhərindəki evində başsağlığına gələn qonaqları da o (ərizəçi) qarşılamış, dəfn mərasimini də o teşkil etmişdir. Hətta bacısı Vəliyeva Şamama Əli qızının vəfatı ilə əlaqədar dəfn xərci da ona ödənilmişdir. Bacısı Vəliyeva Şamama Əli qızının doğum haqqında şəhadətnaməsi olmadığından o (ərizəçi) Qazax Rayon Məhkəməsinə muraciət etmiş və 23 aprel 2021-ci il tarixli qətnamə ilə Vəliyeva Şamama Əli qızının bacısı olması faktını muəyyən edilmişdir. Qanunla altı ay ərzində notariusa müraciət etməli olduğu halda cəmi bir ay bir neçə gün sonra notariusa müraciət etməklə hesab edir ki, üzürlü səbəbdən müddəti ötürmüşdür. Lakin o, mirası qəbul etmək üçün notariusa rəsmi müraciət etməsə də, faktiki olaraq bacısı hələ xəstə olduğu zaman onunla eyni mənzildə yaşamış və miras qoyanın öldüyü an da onun evində o yaşamış, mərhum bacısının əmlakını faktiki olaraq o idarə etmiş və bu günə kimi də onun mənzilindən istifadə etməklə miras qalmış əmlakını o idarə edir. Miras qoyanın öldüyü an sağ olan vərəsələr Maraqlı şəxs1, Haqverdiyeva (Valiyeva) Qənirə Əli qızı və Alməmmədova (Vəliyeva) Qəribə Əli qizi isə mərhum bacısı Vəliyeva Şamama Əli qızından miras qalmış əmlakı ebul etməmiş və həmin mirasın onlara çatacaq hissəsindən notarial qaydada ərizə verərək imtina etmişlər. Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxsin müraciətini nəzərə alaraq, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı tərəflər Maraqlı şəxs1, Haqverdiyeva (Vəliyeva) Qənirə Əli qızı və Aləmmədova (Vəliyeva) Qəribə Əli qızı, üçüncü şəxslər X14, X11, X26, X12, X3, X1, X4, X13, X23 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Maraqlı tərəflərin və üçüncü şəxslərin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, xx.xx.1959-cu ildə anadan olmuşdur. Ərizəçi onun qaynı arvadıdır. Ərizəçinin bacısı Şamama Vəliyeva Sumqayıt şəhərində yaşamışdır. O ailə qurmamış və övladı olmamışdır. Şamama Vəliyeva xx.xx.2020-ci il tarixdə “COVİD-19” virusu xəstəliyindən vəfat etmişdir. O xəstə olarkən və ölümündən sonra ərizəçi onunla yaşamışdır. Onun dəfn xərci də bacısı Ərizəçi tərəfindən ödənilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, xx.xx.1988-ci ildə anadan olmuşdur. Ərizəçi onun qaynanasıdır. Ərizəçinin bacısı Şamama Vəliyeva Sumqayıt şəhərində yaşamışdır. O ailə qurmamış və övladı olmamışdır. Şamama Vəliyeva xx.xx.2020-ci il tarixdə “COVİD-19” virusu xəstəliyindən vəfat etmişdir. O xəstə olarkən və ölümündən sonra ərizəçi onun yanında yaşamışdır. Onun dəfn xərci də bacısı Ərizəçi tərəfindən ödənilmişdir. Şamama Vəliyevanın ölümüdən sonra o ailəsi və qaynanası Ərizəçi ilə birlikdə Sumqayıt şəhəri, 2-ci mikrorayon 21/14 saylı evin 14 saylı mənzilində yaşayırlar. Məhkəmə, ərizəçinin izahatını və şahidləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Ərizəçi ünvanladığı 17 avqust 2021-ci il tarixli, 2289 saylı məktubdan görünür ki, mərhum bacısı Vəliyeva Şamama Əli qızından qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi üçün mirasın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət buraxıldığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X40 xx.xx.1958-ci il tarixdə Qazax rayonu, Əskipara kəndindəö anadan olmuşdur. atası X27, anası X9r. İş materiallarına əlavə edilən olüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Vəliyeva Şamama Əli qızı 07 dekabr 2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Qeydiyyat Vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda 1 otaqlı, yaşayış sahəsi 16.22 kv.m, köməkçi sahəsi 13,4 kv.m-dən ibarət olan 21/14 saylı evin 14 saylı mənzili şəxsi mülkiyyət hüququ əsasında Sumqayıt İcra Hakimiyyətinin 1-ci Notariat Kontoru xx.xx.1994-cü il 3L-651 nömrəli mənzillə bağlı bağ\lanmış müqavilə Vəliyeva Şamama Əli qızının adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 12379 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, 10 iyul 1954-cü il tarixdə Qazax rayonu Əskipara kəndində anadan olmuş Vəliyeva Şamama Əli qızının ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə arxiv məlumatları xx.xx.1972-ci ildən xx.xx.2020-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Vəliyeva Şamama Əli qızının nikahı haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan nikahın bağlanması haqqında arayışdan görünür ki, X27 ilə X5 nikahı 07 fevral 1964-cü il tarixdə Qazax rayon Əskipara kənd icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Vəliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilən olüm haqqında arayışdan görünür ki, X17 10 oktyabr 1970-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilən olüm haqqında arayışdan görünür ki, X27 14 iyun 1994-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilən arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X19 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X17, Maraqlı şəxs1, X28, X20, X29, Vəliyeva Şamama Əli qızı, X30, X40 və X10 ibarət ailə üzvləri aşkar edilmişdir. İş materiallarına əlavə edilən olüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 30 oktyabr 1999-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilən olüm haqqında arayışdan görünür ki, X29 09 fevral 2007-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilən olüm haqqında arayışdan görünür ki, X28 07 dekabr 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Qazax rayon məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(023)- 532/2021 saylı qətnaməsinin surətindən görünür ki, 10 iyul 1954-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuş və 07 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmiş Vəliyeva Şamama Əli qızının Ərizəçi bacısı olması faktı müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdeh Maraqlı şəxs1 xx.xx.2021-ci ildə notariat kontoruna müraciət edərək, 07 dekabr 2020-ci il tarixdə ölmüş bacısı Vəliyeva Şamama Əli qızından irs qalmış mirasın ona çatası hissəsindən imtina edir. İş materiallarından görünür ki, X30 xx.xx.2021-ci ildə notariat kontoruna müraciət edərək, 07 dekabr 2020-ci il tarixdə ölmüş bacısı Vəliyeva Şamama Əli qızından irs qalmış mirasın ona çatası hissəsindən imtina edir. İş materiallarından görünür ki, X15 xx.xx.2021-ci ildə notariat kontoruna müraciət edərək, 07 dekabr 2020-ci il tarixdə ölmüş bacısı Vəliyeva Şamama Əli qızının ölümündən sonra mirası, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qəbul etməmişdir, ona iddia etmir və öz miras hüquqlarını rəsmiləşdirmək istəyində deyil və bununla bağlı məhkəməyə müraciət etmək niyyəti yoxdur. İş materiallarından görünür ki, X6 xx.xx.2023-cü ildə notariat kontoruna müraciət edərək, mərhum Vəliyeva Şamama Əli qızından qalmış mirasdan iddiaçının xeyrinə imtina edir və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş edir. İş materiallarından görünür ki, X11 xx.xx.2023-cü ildə notariat kontoruna müraciət edərək, mərhum Vəliyeva Şamama Əli qızından qalmış mirasdan iddiaçının xeyrinə imtina edir və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş edir. İş materiallarından görünür ki, X1 xx.xx.2023-cü ildə notariat kontoruna müraciət edərək, mərhum Vəliyeva Şamama Əli qızından qalmış mirasdan iddiaçının xeyrinə imtina edir və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş edir. İş materiallarından görünür ki, X3 xx.xx.2023-cü ildə notariat kontoruna müraciət edərək, mərhum Vəliyeva Şamama Əli qızından qalmış mirasdan iddiaçının xeyrinə imtina edir və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş edir. İş materiallarından görünür ki, X4 xx.xx.2023-cü ildə notariat kontoruna müraciət edərək, 07 dekabr 2020-ci il tarixdə ölmüş xalası Vəliyeva Şamama Əli qızından irs qalmış mirasın ona çatası hissəsini faktiki qəbul etməmişdir, etmir və heç bir pay tələbi yoxdur. Gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcək. İş materiallarından görünür ki, Vəliyev Vüqar xx.xx.2023-cü il tarixdə notariat kontoruna müraciət edərək, 07 dekabr 2020-ci il tarixdə ölmüş bibisi Vəliyeva Şamama Əli qızından irs qalmış mirasdan ona çatacaq hissələrini Ərizəçi xeyrinə imtina edir və miras əmlaka dair səlahiyyətlərini ona verir. İş materiallarından görünür ki, cavabdeh X16 xx.xx.2023-cü ildə notariat kontoruna müraciət edərək, 07 dekabr 2020-ci il tarixdə ölmüş bibisi Vəliyeva Şamama Əli qızından irs qalmış mirasın ona çatası hissəsindən imtina edir. İş materiallarından görünür ki, cavabdeh X23 xx.xx.2023-cü ildə notariat kontoruna müraciət edərək, 07 dekabr 2020-ci il tarixdə ölmüş bibisi Vəliyeva Şamama Əli qızından irs qalmış mirasın ona çatası hissəsindən imtina edir. İş materiallarından görünür ki, cavabdeh X26 xx.xx.2023-cü ildə notariat kontoruna müraciət edərək, 07 dekabr 2020-ci il tarixdə ölmüş bibisi Vəliyeva Şamama Əli qızından irs qalmış mirasın ona çatası hissəsindən imtina edir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər İHMKTİB-nin 6 saylı Mənzil Kommunal Sahəsinin verdiyi xx.xx.2021-ci il tarixli 951 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən 2-ci mikrorayon 21/14 saylı evin 14 saylı mənzildə yaşayır və bacısı Vəliyeva Şamama Əli qızı xx.xx.2020-ci il tarixdə vəfat edib, ölən günə qədər bir yerdə yaşayıblar, hal-hazırda da Ərizəçi qeydiyyatda göstərilən ünvanda yaşayır. İş materiallarına əlavə olunmuş Sumqayıt Bələdiyyəsi İcra Aparatının 05 fevral 2021-ci il tarixli 124 saylı arayışından görünür ki, Ərizəçi bacısı ilə birlikdə Sumqayıt şəhəri, 2-ci mikrorayon 21/14 saylı evin 14 saylı mənzildə yaşamışdır. Vəliyeva Şamama Əli qızı xx.xx.2020ci il tarixdə “COVİD-19” virusu xəstəliyindən vəfat etmişdir. Onun dəfn xərci bacısı Ərizəçi tərəfindən ödənilmişdir. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, miras qoyan Vəliyeva Şamama Əli qızı 07 dekabr 2020-ci il tarixdə ölmüş və onun ölümündən sonra miras əmlak kimi Sumqayıt şəhəri, 2-ci mikrorayon 21/14 saylı evin 14 saylı mənzil qalmışdır. Mirasın qəbulu ilə bağlı miras qoyanın vərəsələrindən heç biri notariat orqanına müraciət etməmişlər. Miras qoyan öldükdən sonra onunla birlikdə həmin yaşayış evində yaşamış bacısı Ərizəçi həmin mənzilə faktiki sahiblik etməklə yaşamaqda davam etmişdir. Miras qoyanın digər vərəsələri (ərizəçinin bacı və qardaşları) isə miras qoyanın ölümündən sonra miras əmlakda yaşamamışlar, həmin əmlaka sahiblik etməmişlər. Məhkəmə iclasında ərizəçinin ifadəsi, eləcə də iş materialları ilə müəyyən olundu ki, ərizəçinin bacı və qardaşları miras əmlakı nə faktiki, nə də qanunamüvafiq qaydada qəbul etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, öldükdən sonra onun vərəsələrindən sadəcə biri - Ərizəçi bacısından qalan miras əmlaka sahiblik etməklə və həmin əmlakı faktiki surətdə idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ondan başqa heç bir vərəsə həmin əmlakı nə notariat qaydada nə də faktiki qəbul etməmişdir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan Vəliyeva Şamama Əli qızı öldükdən sonra onun birinci növbə vərəsəsi olan bacısı – Ərizəçi bacısından miras qalmış Sumqayıt şəhəri, 2-ci mikrorayon 21/14 saylı evin 14 saylı mənzili tam hissədə faktiki qəbul etmiş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, 2-ci mikrorayon 21/14 saylı evin 14 saylı mənzilin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar