Məhkəmə qərarları › İş №2(023)-297/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-297/2024

29.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-297/2024 29.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair mülki işə 29 mart 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 yanvar 1933-cu il tarixdə Qazax rayonunda anadan olmuş, 18 avqust 2007-ci ildə Qazax rayonu Yuxarı Salahlı kəndində vəfat etmiş X3 onun bibisi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.1928-ci il təvəllüdlü X11 onun atasıdır. X2 03 dekabr 2002-ci ildə Qazax rayonu Yuxarı Salahlı kəndində vəfat etmişdir. Eyni zamanda xx.xx.1933-cü ildə anadan olmuş X9 onun bibisidir və Dilbər Quliyeva 18 avqust 2007-ci ildə Qazax rayonu Yuxarı Salahlı kəndində vəfat etmişdir. Atasının və bibisinin doğum haqqında şəhadətnamələri olmadığından onların qohumluq münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Qohumluq münasibətlərinin müəyyən edilməsi mərhum Dilbər Quliyevadan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlıdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1963-cü ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuşdur. Ərizəçi onun qonşusudur. Dilbər Quliyeva ərizəçinin bibisidir. Dilbər Quliyeva ailə qursa da onun övladı olmamışdır. Dilbər Quliyeva vəfat edən günə kimi ərizəçinin yanında yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1956-cı ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuşdur. Ərizəçi onun qohumudur. Dilbər Quliyeva ərizəçinin bibisidir. Dilbər Quliyeva ailə qursa da onun övladı olmamışdır. Dilbər Quliyeva vəfat edən günə kimi ərizəçinin yanında yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1970-ci ildə Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuşdur. Ərizəçi onun əmisi oğludur. Dilbər Quliyeva atalarının bacısıdır, onun da bibisidir. Dilbər Quliyeva ailə qursa da həmin evlilikdən onun övladı olmamışdır. Dilbər Quliyeva vəfat edən günə kimi ərizəçinin yanında yaşamışdır. Belə ki, işdə olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə doğulmuşdur. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1965-ci ildə doğulmuşdur. X1, anası X5r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Maraqlı şəxs verdiyi arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X6 aid xx.xx.2007-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 nikah haqqında akt qeydi aşkar edilməmişdir. Qazax RİHB-nın Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024cü il tarixli arayışdan görünür ki, Qazax rayon Yuxarı Salahlı kənd sakini olmuş X9 ölən günə kimi qardaşı oğlu Ərizəçi himayəsində yaşamışdır. Qazax RİHB-nın Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyində xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, X9 ölən günə kimi qardaşı X11 ilə birgə yaşamışdır. Maraqlı şəxs Ərizəçi ünvanladığı 16-5/8-70-545,546/20234 saylı, xx.xx.2023-cü il tarixli məktubunda X8 və X3 doğumun qeydə alınmasının tibbi şəhadətnamə ilə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinəəsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X9 Ərizəçi bibisi olmuşdur. Ərizəçinin X16 ilə qohumluq faktının müəyyən edilməsi ona bibisindən miras qalan əmlaka qanun üzrə vərəsə tanınması ilə bağlıdır. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X9 Ərizəçi bibisi olmuşdur. Bu səbəbdən həmin fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 3472-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 yanvar 1933-cu il tarixdə Qazax rayonunda anadan olmuş, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X3 Ərizəçi bibisi olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar