Məhkəmə qərarları › İş №2(023)-30/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-30/2025

30.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-30/2025 30.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı Əfəndiyeva (Omarlı) Zinyət Atəş qızının Cavabdeh qarşı «mənzilin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ tanınmaqla evə köçürülmə» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əfəndiyeva (Omarlı) Zinyət Atəş qızı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, onun az yaşlı övladı xx.xx.2022-ci il təvəllüdlü X1 ilə birlikdə Cavabdeh mülkiyyətində olan, Qazax şəhəri N.Nərimanov qəsəbəsi, 4 saylı evin 3 nömrəli mənzilinin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnu tanımaqla, həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əfəndiyeva (Omarlı) Zinyət Atəş qızı məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Cavabdeh ilə öz aralarında razılığa glmişlər. Ona görə də, iddia ərizəsinin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı Əfəndiyeva (Omarlı) Zinyət Atəş qızı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2024; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən iddiaçı Əfəndiyeva (Omarlı) Zinyət Atəş qızına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Əfəndiyeva (Omarlı) Zinyət Atəş qızının Cavabdeh qarşı «mənzilin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ tanınmaqla evə köçürülmə» tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2024; qəbzin nömrəsi:**********) dövlət büdcəsindən iddiaçı Əfəndiyeva (Omarlı) Zinyət Atəş qızına qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar