Məhkəmə qərarları › İş №2(023)-33/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-33/2024

21.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-33/2024 21.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil1 oğlunun, Cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Əliyev Zaur Çingiz oğlunun, Cavabdeh1 nümayəndəsi, Vəkil2 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi və maraqlı şəxs Qazax rayon Kosalar kənd Bələdiyyəsinə qarşı ümumi istifadədə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, yolun açılması, maneənin cavabdehin hesabına aradan qaldırılması, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair mülki işə 21 avqust 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi və maraqlı şəxs Qazax rayon Kosalar kənd Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayonu, Kosalar kəndində yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə yeganə gediş-gəliş yolunda yaradılmış maneənin aradan qaldırılaraq ümumi istifadədə olan yolun açılması, dəmir darvazanın Cavabdeh1 hesabına sökülməsi və torpağın zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonu, Kosalar kəndində yerləşən 0,22 ha torpaq sahəsi və 114.3 kv.metr daşınmaz əmlak qardaşı X13 ilə ümumi birgə mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi və evdə qardaşı ilə birgə yaşayıb təsəruffat aparırlar. Cavabdeh1 onun qonşusudur. Mülkiyyətlərində olan evə getmək üçün ümumi istifadədə olan yeganə yol mövcuddur və Cavabdeh1 sözü gedən yolun giriş hissəsinə dəmir darvaza yerləşdirirərək əmlakından istifadə hüququnu məhdudlaşdırır. Sözügedən evə daxil olmaq yalnız həmin ümumi istifadəyə verilmiş yolla müəyyən edilmiş və əmlakına digər yolla daxil olmaq mümkünsüzdür. Torpaq sahəsi və evin digər ətrafları qonşuların mülkiyyətindədir və cavabdeh tərəfindən zəbt edilmiş yol yeganə yoldur ki, onun əmlakından istifadə hüququnu reallaşdırır. Bu barədə cavabdehdən dəfələrlə xahiş edərək yolun açılmasını, yolun üzərində yerləşdirilmiş dəmir darvazanın sökülməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmış və onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia həcminin artırılması barədə ərizə verərək, Cavabdeh1 18 sentyabr 2023-cü il tarixdə ərizə təqdim edilərək məhkəmə iclasının təxirə salınması xahiş etmiş və mübahisə predmenti olan ümumi istifadə olan gediş-gəliş yoluna 14 sentyabr 2023-cü il tarixdə (daşınmaz əmlakın reyestr ıömrəsi: **********61-10301) Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 oğlu və Cavabdeh5 ümumi birgə mülkiyyətinə verilməsinə dair çıxarış almışdır. Hesab edir ki, sözügedən çıxarış etibarsızdır. Belə ki, çıxarışa əsas olmuş, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 04 sentyabr 2023cü il tarixli aktdan görünür ki, Qazax rayon Kosalar İƏD-si üzrə nümayəndəsi X2, iddia ərizəsində maraqlı şəxs qismində işə cəlb edilmiş Qazax rayon Kosalar kənd Bələdiyyə sədri X7, DƏDKR PHŞ-nin 15 saylı Tovuz Ərazi dairəsinin Qazax rayon şöbəsinin mühəndis-invertarlaşdırıcısı X8, ərizəçi Cavabdeh1, kənd sakinləri - X14, X3 və X11 imza edərək əsas yoldan ayrılaraq 26 metr sonra davam edən yoldan Cavabdeh1 başqa heç bir qonşu yol kimi istifadə etməmişdir. Buna görə də, sözü gedən yolun Cavabdeh1 oğlunun mülkiyyətinə verilməsinə etirazlarının olmadıqları bildirilmişdir. Sözügedən akta münasibətdə ilkin növbədə onu bildirmək istəyir ki, aktdan da göründüyü kimi tərəflər özləri də, təsdiq etmişdir ki, iddia ərizəsi məhkəməyə daxil olan zaman sözügedən torpaq sahəsi ümumi istifadədə olan gediş-gəliş yolu olmuş və qanunsuz olaraq Cavabdeh1 tərəfindən zəbt edilərək, istifadə edilmişdir. Sözü gedən aktın mənasından da, başa düşülür ki, Cavabdeh1 İddiaçı maneə olmuş və Cavabdeh1 başqa həmin gediş-gəliş yolundan istifadə edən olmamışdır. Akta münasibətdə ikinci növbədə onu qeyd etmək istəyir ki, sözügedən aktda ərizəçi kimi Cavabdeh1 göstərilsə də, mübahisə predmenti olan gedişgəliş yolu Cavabdeh1 əlavə onun ailə üzvləri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətinə verilmişdir. Bundan başqa cavabdeh ümumi istfadədə olan yola, ona qarşı həmin yonun zəbtdən azad edilməsi barədə iddia verildikdən sonra qeydiyyat aparılmaqla çıxarış verilmişdir. Texniki pasportda qanunsuz olaraq torpaq sahəsinin bir hissəsi zəbt olunmuş sahə kimi göstıərilməklə ümumi istifadədə olan 26 metr uzunluğunda ümumi istifadədə olan yol cavabdehlərin mülkiyyəti kimi göstərilmişdir. Bu sənədin verilməsi əsası kimi isə akt və arayış baş plandan çıxarış göstərilmişdir. Hansı ki, onun çıxarışı ilə birlikdə verilmiş 03 may 2021-ci il tarixli texniki pasportda həmin sahəyə onun dəmir darvazası və ümumi istəfadədə olan yol göstərilmişdir. Eyni zamanda Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş Qazax rayon Kosalar kənd bələdiyyəsinin 27 sentyabr 2023-cü il tarixli 88 nömrəli arayışdan, Qazax rayon Kosalar İƏD-si üzrə nümayəndəsinin 27 sentyabr 2023-cü il, tarixli 5-58-18-12-21/2-764/2023 nömrəli arayışdan da görünür ki, Cavabdeh1 evinə gedən yoldan Cavabdeh1 və X4 ailə üzvləri istifadə etmişdir. Bununla da, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş hər iki arayışdan görünür ki, mübahisəli torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətində olmamış, ümumi istifadədə olan gediş-gəliş yolu olmaqlda yanaşı, küçə olmuşdur. Əlavə olaraq iddia ərizəsinə əlavə edərək təqdim etdiyi xx.xx.2021-ci il tarixdə tərtib edilmiş, **********65-10301 reyestr nömrəli texniki pasportda olan şərti istinad planından açıq-aşkar görünür ki, mübahisəli torpaq sahəsi o iddia ərizəsi verənə, yəni cavabdeh çıxarış alanadək gediş-gəliş yolu olmuş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində gediş-gəliş yolu yəni, küçə kimi qeydiyyata alınmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin xüsusi mülkiyyətə verilməsi qadağan edilmişdir. Cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə verilmiş **********61-10301 reyestr nömrəli texniki pasportdan da, açıq şəkildə görünməkdədir ki, cavabdehlərin mülkiyyətində olan torpağın bir hissəsi zəbt kimi göstərilmiş, qeyd edilən ölçünü şərti olaraq düzəltmək üçün qanunsuz olaraq torpağa gedən gediş-gəliş yolu, yəni küçə onun mülkiyyətinə verilmişdir. Bu hal məhkəmə tərəfindən sorğu edilərək, çıxarşa əsas olmuş sənədlər alındıqda, həmin torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə verilmişdir və həmin qərarda torpağın həmin kordinatlarda olmadığı açıq-aşkar şəkildə görünəcəkdir. Qeyd olunanların nəzərə alınaraq, 14 sentyabr 2023-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış (daşınmaz əmlakın reyestr nömrəsi: **********61 -10301) Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 oğlu və Cavabdeh5 ümumi birgə mülkiyyətinə verilməsinə dair Əmlak Məsələləri Döxlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinin vermiş olduğu çıxarışın və həmin torpaq sahəsində dair verilmiş 07 sentyabr 2023-cü il tarixli, 501-68/865 inventar nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi: **********61-10301) texniki pasportun etibarsız hesab edilməsi, Qazax rayonu, Kosalar kəndində yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə yeganə gediş-gəliş yolunda yaradılmış maneənin aradan qaldırılaraq ümumi istifadədə olan yolun açılması, dəmir darvazanın və həmin hissənin hasarının Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 oğlu və Cavabdeh5 hesabına sökülməsi və gediş-gəliş yolunun zəbtdən azad edilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, İddiaçı ona qarşı “ ümumi istifadədə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, yolun açılması və maneənin cavabdehin hesabına aradan qaldırılması tələbinə dair tələbinə dair əsassız və iddia ərizəsi iddiaçının fərziyyələri üzərində qurulmuşdur. İddianı qəbul etmir və hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İddiaçı həmin iddia ərizəsində qardaşı X13 ilə ümumi birgə mülkiyyətlərində olan Qazax rayonu Kosalar kəndindəki 0.22 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə getmək üçün ümumi istifadədə olan yeganə yolun giriş hissəsinə darvaza yerləşdirdiyini, əmlakına digər yolla daxil olmağın mümkünsüz olduğunu, bununlada əmlakından istifadə hüququnu məhdudlaşdırıldığını göstərmişdir. İddiaçının hazırkı tələbi Qazax rayonu Kosalar kəndində yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə yeganə gediş-gəliş yolunda yaradılmış maneənin aradan qaldırılaraq, ümumi istifadədə olan yolun açılmasından, dəmir darvazanın onun hesabına sökülməsindən və torpağın zəbtdən azad edilməsindən ibarətdir. Göründüyü kimi, iddiaçı, mübahisələndirdiyi torpaq sahəsini ümumi istifadədə olan yol kimi qələmə verir. İddiaçı, ümumi istifadədə yol kimi nəzərdə tutduğu torpaq sahəsindən heç vaxt yol kimi istifadə etməmiş və edə bilməzdi. Ona məxsus evə gedən yol lap əvvəllərdən belə əmisi X5 evinə gedən yoldan nəzərdə tutulmuş və iddiaçı həmişə həmin yolla gedib-gəlmişdir. İddiaçının mübahisələndiridiyi dəmir darvaza təxminən 65 il bundan əvvəldən orada yerləşir və iddiaçı bu günədək nə həmin ərazini, nə də darvazanı mübahisə predmetinə çevirməmişdir. Əgər məsələyə iddiaçının mövqeyindən yanaşsaq, yəni iddiaçı kimi hesab etsək ki, həmin torpaq sahəsi ümumi istifadədə olan yoldur, onda elə çıxır ki, bu torpaq sahəsinin mülkiyyətçisi birmənalı olaraq Maraqlı şəxs olmalıdır. Belə olduğu halda, İddiaçı hazırkı iddia üzrə tələb hüququna (sübyektiv hüquqa) malik deyildir. Bu hüquq yalnız Maraqlı şəxsnə məxsusdur. Kosalar bələdiyyəsi isə hazırkı iddia tələbi ilə ləhkəməyə müraciət etməmişdir. Çünki, bələdiyyəyə də məlumdur ki, iddiaçı həmin torpaq sahəsindən heç vaxt yol kimi istifadə etməmiş, nə də iddiaçıya oradan ümumiyyətlə yol verilməmişdir. Hesab edir ki, məhkəmə tərəfindən bu hal iddia tələbinin təmin edilməməsi üçün əsaslardan biri kimi qiymətləndirilməlidir. iddiaçının mübahisələndirdiyi torpaq sahəsi onun mülkiyyətində olan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və RPHŞ-nin verdiyi xx.xx.2023-cü il qeydiyyat tarixli, **********61-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən adına qeydə alınmış, Qazax rayonu Kosalar kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin daxilindədir. Bir sözlə, İddiaçı miibahisələndirdiyi torpaq sahəsinin hüquqi rejimini müəyyən etmədən və ya bunu bilə-bilə formal olaraq həmin torpaq sahəsini ümumi istifadədə olan yolun olduğunu nəzərdə tutur. İddiaçının bu qənaəti tamamilə əsassız və qanunsuzdur, onun qeyd olunan hallara dair dəlilləri hər hansı mötəbər sübuta söykənmir. Göstərilənlərə əsasən, İddiaçı ona qarşı “ümumi istifadədə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, yolun açılması və maneənin cavabdehin hesabına aradan qaldırılması” tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, cavabdehlər onun qonşularıdır. Həmin ərazidə əmisi də onunla qonşuluqda yaşayır. İlk olaraq əmisinə məxsus ev tikilmiş, sonra isə 1980-ci illərdə onun və qardaşı Azərin evi inşa edilmişdir. 40 ildir ki, həmin evə əmisinin evinin yerləşdiyi həyətindəki torpaq sahəsindən gediş-gəliş yolu kimi istifadə edir. Mübahisələndirdiyi torpaq sahəsindən heç vaxt gediş-gəliş yolu kimi istifadə edə bilməmişdir. Çünki, cavabdehlərlə həmin yolun üstündə əvvəllərdən mübahisələri olub. Belə ki, darvaza təxminən 90-cı illərdə ümumi istifadəyə verilmiş yola qoyulmuşdur, hansı ki, onun evinə daxil olmaq yalnız həmin yolla mümkündür. Aralarında mübahisə olduğu üçün o bu müddət ərzində gediş-gəliş yolu kimi əmisinin həyətindən istifadə etmişdir. Dəfələrlə cavabdehdən torpaq sahəsinin zəbtdən azad edilməsini və zəbt edilmiş torpaq sahəsində qanunsuz tikilmiş daş hasarın onların mülkiyyətində olan torpaq sahəsinə düşən hissəsinin sökülməsini tələb etsə də cavabdeh bunu etməkdən imtina edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 iş məhkəmənin icraatında olarkən, yəni 14 sentyabr 2023-cü il tarixdə mübahisə predmenti olan ümumi istifadə olan gediş-gəliş yoluna Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 oğlu və Cavabdeh5 ümumi birgə mülkiyyətinə verilməsinə dair çıxarış almışdır. Həmin torpaq sahəsi cavabdeh çıxarış alanadək gediş-gəliş yolu olmuş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində gediş-gəliş yolu yəni, küçə kimi qeydiyyata alınmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh3 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, sözügedən torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşir. Həmin torpaq sahəsinə dair texniki pasport və çıxarış mövcuddur. Həmin sənədlər verilərkən torpaq sahəsi mütəxəsislər tərəfindən ölçülmüş, koordinatları müəyyən edilmiş və Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətinlərinə verilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi, Vəkil2 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, sözügedən torpaq sahəsinə dair cavabdehlərin adına texniki pasport və çıxarış mövcuddur. Həmin sənədlər verilərkən torpaq sahəsi mütəxəsislər tərəfindən ölçülmüş, koordinatları müəyyən edilmişdir. Həmçinin hazırda da iş üzrə verilmiş həm mütəxəsis, həm də ekspert rəyi ilə tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Ona görə iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsini səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, isə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işlərin coxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Qazax rayon Kosalar kənd bələdiyyəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş X17 Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu Kosalar kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə 501-68/109 inventar nömrə ilə X13 və İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qazax rayonu Kosalar kəndində 0,22 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2021ci il tarixdən X13 və İddiaçı ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş X17 Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu Kosalar kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə 501- 68/865 inventar nömrə ilə Cavabdeh1 adına qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qazax rayonu Kosalar kəndində 0,25 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətlərindədir. Qazax rayon İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Qazax RİHB-nın Kosalar kənd İƏD üzrə 1996-2000-ci illərə aid təsərrüfat başı kitabının 164-cü səhifəsində Cavabdeh1 təsərrüfatı - Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ibarət olmuşdur. Təsərrüfatda cəmi 0,25 ha torpaq sahəsi və 1961-ci ildə tikilmiş ev ümumi sahəsi 77 kv.metr, o cümlədən yaşayış sahəsi 34 kv.metr olan ev mövcud olmuşdur. Qazax rayon Kosalar kənd bələdiyyəsinin Cavabdeh1 ünvanladığı xx.xx.2000-ci il tarixli məktubundan görünür ki, həyətyanı sahənizdə ölçü aparılarkən qapı darvazası 26 metr Bələdiyyə torpağına basdırılmışdır. Həmin darvazanın 26 metr geri çəkilməsi xahiş olunur, əks halda haqqınızda tədbir görüləcəkdir. Qazax RİHB-nın Kosalar kənd İƏD nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Qazax RİHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən həqiqətən X9 ümumi birgə mülkiyyətində olan Qazax rayonu Kosalar kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolu kimi əvvəllərdən indiyədək qonşuluqda yaşayan X5 yaşayış evinə gedən yoldan istifadə edilmiş, onlar başqa yoldan gediş-gəliş yolu kimi heç vaxt istifadə etməmişdir. Qazax rayon Kosalar kənd bələdiyyəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Kosalar kənd sakinləri Cavabdeh1 və X6 məxsus yaşayış evinə gedən yoldan yalnız Cavabdeh1 və X4 ailəsi istifadə edir, bu yoldan heç zaman əlavə şəxslərin istifadəsi olmamışdır. Qazax RİHB-nın Kosalar kənd İƏD nümayəndəliyi və Qazax rayon Kosalar kənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Kosalar kəndində əsas yoldan ayrılaraq 26,0 metr sonra davam edən yoldan Cavabdeh1 başqa heç bir qonşu tərəfindən yol kimi istifadə edilməmişdir. Həmin yolun Cavabdeh1 mülkiyyəti kimi tanınmasına etiraz etmirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, DƏDRX-nin verdiyi xx.xx.2021-ci il qeydiyyat tarixli **********65 reyestr nömrəsi ilə qeydə alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan Qazax rayonu Kosalar kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin koordinatları və DƏDRX-nin verdiyi xx.xx.2023-cü il qeydiyyat tarixli **********61-10301 reyestr nömrəsi ilə qeydə alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan Qazax rayonu Kosalar kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin koordinatları təyin edildi. İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə r r cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Allıahverdi qızının istifadəsi kimi təqdim edilən torpaq sahəsinin üst-üstə düşmə halı yoxdur. Gediş-gəliş yolu kimi iddia olunan torpaq sahəsi **********61-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ümumi birgə mülkiyyətindədir, İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsinin qərb tərəfində yol mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3182 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsil şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-1032/2024 saylı mütəxəssis rəyinə əsasən DƏDRX-nin verdiyi xx.xx.2021-ci il qeydiyyat tarixli **********65 reyestr nömrəsi ilə qeydə alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan Qazax rayonu Kosalar kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin koordinatları və DƏDRX-nin verdiyi xx.xx.2023-cü il qeydiyyat tarixli **********61-10301 reyestr nömrəsi ilə qeydə alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan Qazax rayonu Kosalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin koordinatları təyin edildi. İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 istifadəsi kimi təqdim olunan torpaq sahəsinin üst-üstə düşmə halının olmadığı müəyyən edilir. Gediş-gəliş yolu kimi istifadə olunan torpaq sahəsi **********61-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ümumi birgə mülkiyyətində olduğu və İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsinin qərb tərəfində yol mövcud olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən Qazax rayonu Kosalar kəndində X13 və İddiaçı ümumi birgə mülkiyyətində olan 0,22 ha torpaq sahəsinə və Qazax rayonu Kosalar kəndində Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətlərində olan 0,25 ha torpaq sahəsinə tərəflərin iştirakı ilə yerində baxış keçirilərkən, iddiaçının gedişgəliş yolu kimi istifadə olunduğunu qeyd etdiyi torpaq sahəsinin **********61-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ümumi birgə mülkiyyətində olduğu və İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsinin qərb tərəfində yol mövcud olduğu müəyyən edilmişdir. Eyni zamanda iddiaçının özünə məxsus yaşayış evinə gediş-gəliş kimi istifadə etdiyi yolun həmin evin qarşı tərəfindən yerləşən, iddiaçının deməsinə görə əmisinə məxsus evin həyətindən keçdiyi aşkar olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Qazax rayonu Kosalar kəndində 0,22 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X13 və İddiaçı ümumi birgə mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qazax rayonu Kosalar kəndində 0,25 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətlərindədir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 onun Qazax rayonu, Kosalar kəndində yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə yeganə gediş-gəliş yolunu zəbt etdiyini iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi bağlı olduğundan həmin münasibətlərə mülki və torpaq qanunvericiliyinin torpağa mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Kostitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Kostitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır,mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. r “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında”Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası ММ-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-сi maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası ММ-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası ММ-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçının həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə yeganə gediş-gəliş yolunun cavabdehlər tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün mütəxəssis və ekspert rəyləri alınmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssis rəyinə və Azərbaycan Respublikası Məhkəmə- Ekspertizası Mərkəzinin rəyinə əsasən DƏDRX-nin verdiyi xx.xx.2021-ci il qeydiyyat tarixli **********65 reyestr nömrəsi ilə qeydə alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan Qazax rayonu Kosalar kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin koordinatları və DƏDRX-nin verdiyi xx.xx.2023-cü il qeydiyyat tarixli **********61-10301 reyestr nömrəsi ilə qeydə alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan Qazax rayonu Kosalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin koordinatları təyin edildi. İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 istifadəsi kimi təqdim olunan torpaq sahəsinin üst-üstə düşmə halının olmadığı müəyyən edilir. Gediş-gəliş yolu kimi istifadə olunan torpaq sahəsi **********61-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ümumi birgə mülkiyyətində olduğu və İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsinin qərb tərəfində yol mövcud olduğu müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi və maraqlı şəxs Qazax rayon Kosalar kənd Bələdiyyəsinə qarşı ümumi istifadədə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, yolun açılması və maneənin cavabdehin hesabına aradan qaldırılması tələbinə dair iddiası həmin hissədə təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin “çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi”nə dair hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi “ümumi istifadədə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, yolun açılması və maneənin cavabdehin hesabına aradan qaldırılması”na aid hissədə təmin edilmədiyindən, həmin hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri- normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmədə müəyyən olunmuşdur ki, çıxarış və texniki pasport qanuni əsaslarla verilmişdir, Bələdiyyə torpağı deyildir, etibarsızlıq üçün əsas yoxdur. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbinin “çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi”nə dair iddiaçının göstərdiyi halların heç biri Mülki Məcəllənin etibarsızlıqla bağlı fəslində qeyd edilən hallarla uyğun gəlmir. Həmin hallar Mülki Məcəllədə konkret qeyd olunmuşdur. Lakin iddia tələbində verilən etibarsızlığın əsasları həmin halların heç biri ilə üst-üstə düşmür. Bu baxımdan iddia tələbi “çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi”nə dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 95 (doxsan beş) manat ekspertiza xərci iddiaçıya aid edilməli, iş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 341-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi və Qazax rayon Kosalar kənd Bələdiyyəsinə qarşı ümumi istifadədə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, yolun açılması, maneənin cavabdehin hesabına aradan qaldırılması, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair dair iddiası təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 95 (doxsan beş) manat ekspertiza xərci iddiaçıya aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar