Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-337/2024 19.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Musayev Nemət Əlimusa oğlunun, sədrliyi ilə İddiaçı Cavabdeh və Maraqlı tərəf ƏMLAK MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ yanında DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT REYESTR XİDMƏTİNİN TOVUZ ƏRAZİ İDARƏSİNƏ qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və bələdiyyyə fonduna qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh və Maraqlı tərəf ƏMLAK MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ yanında DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT REYESTR XİDMƏTİNİN TOVUZ ƏRAZİ İDARƏSİNƏ qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və bələdiyyyə fonduna qaytarılması tələbi ilə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçının İddiaçı nümayəndəsi Arzuman Xasməmmədli məhkəmə iclasında iddianı müdafiə etmiş, bələdiyyə sənədləri və torpaq sahəsinin ona məxsus olması barədə çıxarış yoxdur. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməmiş və həmin mülki işin mahiyyəti üzrə baxılmasını istəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh və Maraqlı tərəf ƏMLAK MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ yanında DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT REYESTR XİDMƏTİNİN TOVUZ ƏRAZİ İDARƏSİNƏ qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və bələdiyyyə fonduna qaytarılması tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-337/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-337/2024
19.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver