Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-367/2024 15.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı Qazax rayon Canallı Bələdiyyəsinin sədri Nümayəndə oğlunun iştirakı ilə İddiaçı Qazax rayon Canallı Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və zəbt edilmiş bələdiyyə torpağının geri qaytarılması tələbinə dair mülki işə 15 oktyabr 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qazax rayon Canallı Bələdiyyəsi Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən zəbt edilmiş Qazax rayonu Canallı Bələdiyyəsinin mülkiyyətinə verilmiş Qazax rayonu Hüseynbəyli kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində inşa edilmiş çöl ölçüləri 37 kv.m (4.2 x 8.9 m) olan hamam və ona bitişik üstü betonla bərkidilmiş 18 kv.m (4.2 x 4.4 m) ölçüsündə yeraltı su anbarının sökülməsi, həmin torpaq sahəsinin zəbtdən azad olunması və həmin torpaq sahəsinin Qazax rayonu Canallı Bələdiyyəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Qazax rayon Canallı Bələdiyyəsinin sədri Nümayəndə iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, 11 yanvar 2024-cü ildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi ilə Qazax rayonu Hüseynbəyli kəndində manitorinq keçirilən zaman müəyyən olunmuşdur ki, Qazax rayonu Hüseynbəyli kənd sakini Cavabdeh həyətyanı sahəsinə giriş qapısının sağ tərəfində yol tərəfdən bitişik olmaqla sərhəddən kənarda mülkiyyət, istifadə və icarə hüququ olmadan çöl ölçüləri 37 kv.m (4.2 x 8.9 m) olan hamam və ona bitişik üstü betonla bərkidilmiş 18 kv.m (4.2 x 4.4 m) ölçüsündə yeraltı su anbarı tikintisi işləri aparıldığı məlum olmuşdur. Qeyd edilən ərazi bələdiyyənin ümumi istifadəsində olan torpaqlara aiddir. Cavabdeh qanunsuz olaraq həmin torpaq sahəsini zəbt etmiş və həmin ərazidə qanunsuz tikinti işləri aparmışdır. Qanunsuz tikililərin sökülməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq və təklif edilsə də, cavabdeh zəbt etdiyi torpaq sahəsini boşaltmamışdır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bələdiyyə torpağını zəbt etmədiyini bildirmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsini səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, isə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 11 yanvar 2024-cü il tarixli aktdan görünür ki, Qazax rayonu Hüseynbəyli kəndində manitorinq keçirilən zaman baxış keçirilmiş, təqdim edilən torpaq sahəsinin koordinatları GPS ölçmə aləti ilə ölçülmüş və Qazax rayonu Hüseynbəyli kənd sakini Cavabdeh həyətyanı sahəsinə giriş qapısının sağ tərəfində yol tərəfdən bitişik olmaqla sərhəddən kənarda mülkiyyət, istifadə və icarə hüququ olmadan çöl ölçüləri 37 kv.m (4.2 x 8.9 m) olan hamam və ona bitişik üstü betonla bərkidilmiş 18 kv.m (4.2 x 4.4 m) ölçüsündə yeraltı su anbarı tikintisi işləri aparıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş X3 Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu Hüseynbəyli kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdə 501-3/178 inventar nömrə ilə X2 və Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qazax rayonu Hüseynbəyli kəndində 0,0999 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ¼ hissə, torpaq sahəsi ümumi birgə Cavabdeh, fərdi yaşayış evi ¾ hissə, torpaq sahəsi ümumi birgə X1 mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, **********57-10301 reyestr nömrəsi ilə qeydə alınmış hüquqların Dövlət eydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu Hüseynbəyli kəndində yerləşən Cavabdeh məxsus torpaq sahəsinin koordinatları müəyyən edildi. Baza məlumatlarına əsasən Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsinin xaricində, ümumi istifadədə olan torpaq sahəsində, əlavə tikililər - hamam və yeraltı su hovuzu mövcuddur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Qazax rayonu Hüseynbəyli kəndində manitorinq keçirilən zaman Qazax rayonu Hüseynbəyli kənd sakini Cavabdeh həyətyanı sahəsinə giriş qapısının sağ tərəfində yol tərəfdən bitişik olmaqla sərhəddən kənarda mülkiyyət, istifadə və icarə hüququ olmadan çöl ölçüləri 37 kv.m (4.2 x 8.9 m) olan hamam və ona bitişik üstü betonla bərkidilmiş 18 kv.m (4.2 x 4.4 m) ölçüsündə yeraltı su anbarı tikintisi işləri aparıldığı məlum olmuşdur. İddiaçı Qazax rayonu Canallı Bələdiyyəsi həmin ərazinin bələdiyyənin ümumi istifadəsində olan torpaqlara aid olduğunu, cavabdehin qanunsuz olaraq həmin torpaq sahəsini zəbt etdiyini və həmin ərazidə qanunsuz tikinti işləri apardığını qeyd edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi ilə bağlı olduğundan, həmin münasibətlərə mülki və torpaq qanunvericiliyinin torpağa mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya Bələdiyyələrin qərarları və onlarla bağlanılan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Canallı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh həyətyanı sahəsinə giriş qapısının sağ tərəfində yol tərəfdən bitişik olmaqla çöl ölçüləri 37 kv.m (4.2 x 8.9 m) və 18 kv.m (4.2 x 4.4 m) ölçüsündə hissəsi cavabdeh tərəfindən istifadə edilir, həmçinin həmin torpaq sahəsində cavabdeh tərəfindən hamam və yeraltı su anbarı inşa edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Qazax rayonunun Hüseynbəyli kəndi ərazisində yerləşən və Canallı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş çöl ölçüləri 37 kv.m (4.2 x 8.9 m) olan hamam və ona bitişik üstü betonla bərkidilmiş 18 kv.m (4.2 x 4.4 m) ölçüsündə yeraltı su anbarı sökülməli, həmin torpaq sahəsi Cavabdeh zəbtindən azad olunmalı və torpaq sahəsi Qazax rayonu Canallı Bələdiyyəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Qazax rayonunun Hüseynbəyli kəndi ərazisində yerləşən və Canallı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş çöl ölçüləri 37 kv.m (4.2 x 8.9 m) olan hamam və ona bitişik üstü betonla bərkidilmiş 18 kv.m (4.2 x 4.4 m) ölçüsündə yeraltı su anbarı sökülsün, həmin torpaq sahəsi Cavabdeh zəbtindən azad olunsun və torpaq sahəsi Qazax rayonu Canallı Bələdiyyəsinə qaytarılsın. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-367/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-367/2024
15.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver