Məhkəmə qərarları › İş №2(023)-37/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-37/2023

06.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-37/2023 06.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlu sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə İddiaçılar İddiaçı, CƏFƏROVA NAİLƏ ƏLƏS QİZİ, CƏFƏROVA ÜLVİYYƏ MUSA QİZİ, CƏFƏROVA MƏSMƏ MUSA QİZİ VƏ CƏFƏROV MAHMUD MUSA OĞLUNUN cavabdeh QAYİBOV NAZAR TAPDİQ OĞLUNA qarşı zəbt olunmuş torpaq sahəsinin azad olunması tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, CƏFƏROVA NAİLƏ ƏLƏS QİZİ, CƏFƏROVA ÜLVİYYƏ MUSA QİZİ, CƏFƏROVA MƏSMƏ MUSA QİZİ VƏ CƏFƏROV MAHMUD MUSA OĞLUNUN cavabdeh QAYİBOV NAZAR TAPDİQ OĞLUNA qarşı zəbt olunmuş torpaq sahəsinin azad olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı, CƏFƏROVA NAİLƏ ƏLƏS QİZİ, CƏFƏROVA ÜLVİYYƏ MUSA QİZİ, CƏFƏROVA MƏSMƏ MUSA QİZİ VƏ CƏFƏROV MAHMUD MUSA OĞLU məhkəməyə ərizə təqdim edərək cavabdehlə aralarındakı mübahisəni həll etdiklərinə görə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı, CƏFƏROVA NAİLƏ ƏLƏS QİZİ, CƏFƏROVA ÜLVİYYƏ MUSA QİZİ, CƏFƏROVA MƏSMƏ MUSA QİZİ VƏ CƏFƏROV MAHMUD MUSA OĞLUNUN cavabdeh QAYİBOV NAZAR TAPDİQ OĞLUNA qarşı zəbt olunmuş torpaq sahəsinin azad olunması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar