Məhkəmə qərarları › İş №2(023)-379/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-379/2024

23.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-379/2024 23.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayon X5 direktor əvəzi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayon X7 qarşı töhmət əmrinin ləğv edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair mülki işə 23 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayon X7 qarşı Azərbaycan Respublikası Qazax rayon Uşaq -X20 direktor əvəzinin 11 dekabr 2023cü il tarixli, 148 nömrəli xəbərdarlıq verilməsi barədə əmrin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-ci il tarixdən Qazax rayon X6 işləmişdir. Bu günədək işində nizam-intizamlı olmuş və heç vaxt barəsində intizam tənbeh tədbiri görülməmişdir. İşinə həmişə davamiyyətli olmuşdur. 11 dekabr 2023-cü il tarixdə əsassız olaraq barəsində xəbərdarlıq haqqında əmr verilmişdir. 12 dekabr 2023-cü il tarixli məktubla bu əmr və aktlar ona gec göndərilmişdir. Ona göndərilmiş 15 noyabr 2023-cü il tarixli aktda qeyd edilir ki, guya ki, o 15,16,17,18 noyabr 2023-cü il tarixlərində, 20 noyabr 2023-cü il tarixli aktda qeyd edilir ki, 20, 21, 22, 23,24,25 noyabr 2023-cü il tarixlərdə, 27 noyabr 2023-cü il tarixli aktda qeyd edilir ki, 27, 28, 29, 30 noyabr 2023-cü il tarixlərdə, 04 dekabr 2023-cü il tarixli aktda qeyd edilir ki, 4, 5, 6, 7, 8, 9 dekabr 2023-cü il tarixlərdə heç bir üzrlü səbəb göstərmədən işdə olmamışdır. Bu aktların yalan olması belə ondan görünür ki, bu aktlar tərtib olunduğu gündən əvvəlki tarixləri göstərir. Əgər 04 dekabr 2023-cü il tarixdə akt tərtib edilərkən işçinin 5, 6, 7, 8 və 9 dekabr 2023-cü il tarixlərdə işdə olmadığı hardan müəyyən edilir. Bu qanunsuz aktlar Mərkəzin direktor əvəzi Vüsalə Nəsibova, müavin Afaq Həsənova və təşkilatçı müavin Rima Xanbabayeva tərəfindən tərtib edilmiş və onun bundan heç bir xəbəri olmamışdır. Bu qanunsuz aktlar əsasında isə 11 dekabr 2023-cü il tarixli əmri vermişlər. Bununla da bu şəxslər tərəfindən kobud qanun pozuntularına yol verilmişdir. Ona qarşı edilmiş bu qanunsuzluqlarla bağlı tələbi odur ki, bu şəxslər Mərkəzin direktor əvəzi Vüsalə Nəsibova, müavin Afaq Həsənova və təşkilatçı müavin Rima Xanbabayeva barəsində inzibati və intizam tədbirləri görülsün. Hansı ki, Mərkəzin direktor əvəzi Vüsalə Nəsibovanın ali təhsil haqqında diplomu belə dövlət nümunəli deyildir. O, həmçinin Mərkəzin direktor əvəzi olmasına baxmayaraq özünün verdiyi əmrdə direktor kimi təqdim edir. Bunları nəzərə alan da yoxdur. Aktlarda və eləcə də əmrdə onun soyadı belə səhv yazılmışdır. Qanunsuz olaraq onun barəsində intizam təndeh tədbiri olaraq xəbərdarlıq müəyyən edilmişdir. Bundan başqa Qazax rayon X5 direktor əvəzi Vüsalə Nəsibova qanunsuz olaraq onu işə buraxmır. 15 noyabr 2023-cü il tarixdən onun əmək haqqını da ödəmir. Hansı ki, o hələdə həmin işdə işçi olaraq işləyir. Ona işə qanunsuz olaraq təziqlər edirlər. Bu yetmirmiş kimi əmək haqqını da vermirlər. Bu əmrlər verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh bu əmrləri qəbul edərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186 və 187 yuxarıda qeyd etdiyimiz digər maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qazax rayon X5 direktor əvəzinin 11 dekabr 2023-cü il tarixli, 148 nömrəli xəbərdarlıq verilməsi barədə əmrinin, 151 nömrəli töhmət verilməsi barədə 18 dekabr 2023-cü il tarixli əmrinin, 152 nömrəli şiddətli töhmət verilməsi barədə 22 dekabr 2023-cü il tarixli əmrinin ləğv edərək, 15 noyabr 2023-cü il tarixdən əsassız olaraq ödənilməmiş əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi ərizədə işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayon X5 direktor əvəzi X22 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, 2018-ci ildən Mərkəzdə işləyir, işlədiyi dövrdə İddiaçı həmin müsissədə iş gəlməmiş bir gün də olsun onun işçilərlə birlikdə gəldiyini görməmişdir. İddiaçı xx.xx.2018ci il tarixli işə qəbul əmrində direktorun imzası yoxdur. Davamiyyət cədvəlində İddiaçı nə adı, nə də imzası var. Sabiq direktor tərəfindən sənədlər ona təqdim olunan zaman İddiaçı aid heç bir sənəd ona təqdim edilməmişdir. Xəbərdarlıq göndərməsinə baxmayaraq İddiaçı işə gəlməmişdir və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Nicat Namzalının ardıcıl olaraq iş buraxmasına görə hər gün tarixlər üzrə akt tərtib edilmişdir. Sözügedən aktı cavabdehə göndərmək üçün hamısı birləşdirilərək bir akta yerləşdirilən zaman aktın tarixində texniki olaraq səhvə yol verilmişdir. Nicat Namzlının işə gəlməməsi, gəlmədiyi halda qanunsuz əmək haqı alması ilə bağlı Qazax rayon Prokurorluğuna müraciət edilmişdir. Bu barədə müvafiq araşdırma gedir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş və izahat verərək bildirmişdir ki, iddiaçıya göndərilmiş aktlarda tarixlər səhv yazılmışdır. Qazax rayon X5 direktor əvəzi X22 təyin edilən vaxtdan İddiaçı işə getmiş lakin iş buraxılmamışdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş şahid X17 izahat verərək bildirmişdir ki, o, X36 rayon X4 işləməsini son vaxtlarda bilmişdir. İddiaçının heç vaxt işə gəldiyini görməmişdir. Eşitdiyinə görə İddiaçı 2018-ci il tarixdən Qazax rayon X4 fəhlə işləyir, lakin davamiyyət jurnalında onun adı olmamışdır. İddiaçıya göndərilmiş akt onun iştirakı ilə tərtib edilmişdir. Hər gün öz tarixində ayrı-ayrılıqda tərtib edilmişdir. Lakin sözügedən akt iddiaçıya göndərilən zaman aktda texniki səhvə yol verilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X18 izahat verərək bildirmişdir ki, o, X36 rayon X4 işləməsini son vaxtlarda bilmişdir. İddiaçının heç vaxt işə gəldiyini görməmişdir. İddiaçı 2018-ci il tarixdən Qazax rayon X4 fəhlə işlədiyini son vaxtlarda öryənmişdir. Lakin onun nə işə gəldiyini nə də davamiyyət jurnalında onun adının olduğunu görməmişdir. İddiaçıya göndərilmiş akt onun iştirakı ilə tərtib edilmişdir. Hər gün öz tarixində ayrı-ayrılıqda tərtib edilmişdir. Lakin sözügedən akt iddiaçıya göndərilən zaman aktda texniki səhvə yol verilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X26 izahat verərək bildirmişdir ki, o, Nicat Namzalını tanımır. Həmin şəxsin işçilərlə birlikdə işə gəldiyini görməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər X2, X27, X28, X19, X29, X14Mərdalıyeva Məxluqə Allahverdi qızı və X10, şahid X15 izahatında göstərdiklərini təsdiq edərək eyni məzmunda izahat vermişlər. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qazax rayon X11 üzrə xx.xx.2023-cü il tarixli, 148 saylı əmrdən görünür ki, nizam-intizan qaydalarını kobud şəkildə pozduğuna görə X5 direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən yazılı xəbərdarlıq edilmişdir. İşdə olan, Qazax rayon X11 üzrə xx.xx.2023-cü il tarixli, 151 saylı əmrdən görünür ki, Qazax rayon X6 fəhlə vəzifəsində işləyən İddiaçı töhmət verilmiş, işçinin nəzərinə çatdırılmış ki, gələcəkdə belə hallar baş verərəsə, əmək qanunvericiliyinin tələblərinə əsasən onun barəsində daha ciddi tədbirlər görülməsi, işçi əmrin mətni ilə tanış edilməsi, tanış etmək mümkün olmadıqda əmrin surəti rəsmi qaydada işçinin ünvanına göndərilməsi, töhmət verilməsi barədə əmrin çıxarışı X23 şəxsi işinə tikilməsi və əmrin icrasına nəzarət Qazax rayon X5 direktor müavini X16 həvalə edilmişdir. İşdə olan, Qazax rayon X11 üzrə xx.xx.2023-cü il tarixli, 152 saylı əmrdən görünür ki, Qazax rayon X6 fəhlə vəzifəsində işləyən X3 xəbərdarlıqla şiddətli töhmət verilmiş, işçinin nəzərinə çatdırılmış ki, gələcəksə belə hallar baş verərəsə, əmək qanunvericiliyinin tələblərinə əsasən onun barəsində daha ciddi tədbirlər görülməsi, işçi əmrin mətni ilə tanış edilməsi, tanış etmək mümkün olmadıqda əmrin surəti rəsmi qaydada işçinin ünvanına göndərilməsi, töhmət verilməsi barədə əmrin çıxarışı X23 şəxsi işinə tikilməsi və əmrin icrasına nəzarət Qazax rayon X5 direktor müavini X16 həvalə edilmişdir. İşdə olan, işə davamiyyət jurnalının 15 yanvar 2018-ci il tarixdən 20 dekabr 2023-cü il tarixədək olan iş günlərində işdə olması qeyd olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidməti Qazax-Tovuz regional şöbəsinin İddiaçı ünvanladığı 02 fevral 2024-cü il tarixli 3- 17-5/2-N-6031/2024 saylı məktubundan görünür ki, Qazax rayon X5 rəhbərliyinin təqdim etdiyi 58 nömrəli 15.01,2024-cü il tarixili məktubdan və təqdim edilmiş digər sənədlərdən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi işə gəlmədiyinə görə əmək haqqının dayandırılması barədə xx.xx.2023-cü il tarixli 144 nömrəli əmr, xx.xx.2023-cü il tarixli 144 nömrəli əmr, tarixdən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi işə gəlmədiyinizə görə əmək haqqının dayandırılması barədə xx.xx.2023-cü il tarixli 149 nömrəli əmr və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi işə gəlmədiyinizə görə isə əmək haqqınızın dayandırılması barədə xx.xx.2023-cü il tarixli 154 nömrəli əmr verildiyi məlum olmuşdur. xx.xx.2023-cü il tarixdə işə gəlib işə davamiyyət tabelini imzalayıb saat 11:30-dan 12:00-a kimi işdə olduğunuz və icazəsiz iş yerini tərk etdiyiniz məktubda qeyd edilmişdir. Təqdim edilmiş sənədlərdən əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinizə görə barənizdə xx.xx.2023-cü il tarixli 148 nömrəli xəbərdarlıq, xx.xx.2023-cü il tarixli 151 nömrəli töhmət və xx.xx.2023-cü il tarixli 152 nömrəli şiddətli töhmət verildiyi məlum olmuşdur. Eyni zamanda şəxsi işinizin və yazılı əmək müqavilənizin Qazax rayon X5 sabiq direktoru Nümayəndə tərəfindən təhvil verilmədiyi, hazırda Qazax rayon X6 əmək müqavilənizə xitam verilmədiyi məktubda qeyd edilmişdir. Hazırda Qazax rayon X5 direktor əvəzi işləyən X22 xx.xx.2024-cü il tarixdə DƏMX Qazax-Tovuz regional şöbəsinə verdiyi izahatda xx.xx.2023-cü il tarixdən Qazax rayon X6 direktor əvəzi vezifəsində işlədiyini və işə gəlmədiyinizə görə hər gün üçün tərtib edilmiş aktlar sayca olduğuna görə hər həftəlik (6 günlük) tərtib edilmiş aktlara əsasən bir akt tərtib edildiyini və cəmlənmiş aktların bir akta qeydiyyatı zamanı həmin aktın tərtib edilmə tarixinin texniki səhv olaraq qeyd edildiyini bildirmişdir. Barənizdə tərtib edilmiş xəbərdarlıq əmrlərinin ləğv edilməsi üçün məhkəməyə müraciət etdiyiniz və hazırda həmin işə məhkəmədə baxıldığ qeyd edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı əmək müqaviləsi qüvvədə olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qazax rayon X11 üzrə xx.xx.2023-cü il tarixli, 148 saylı əmrinə əsasən nizam-intizan qaydalarını kobud şəkildə pozduğuna görə X5 direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186cı maddəsinin 3-cü hissəsinə əsasən yazılı xəbərdarlıq edilmişdir. Qazax rayon X11 üzrə direktoru əvəzi X1 Nicat Azər oğlunun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 3-cü hissəsinə xx.xx.2023-cü il tarixli 148 nömrəli xəbərdarlıq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə və 188.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli 151 nömrəli töhmət və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə və 188.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli 152 nömrəli şiddətli töhmət vermişdir. Bundan başqa məhkəmə iclasında, elan edilmiş davamiyyət jurnalından və iş üzrə dindirilmiş şahid ifadələrindən də görünür ki, İddiaçı işə qəbul olduğu tarixdən hazırkı vaxtadək bir gündə olsun işə gəlməmişdir. Odur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayon X7 qarşı Azərbaycan Respublikası Qazax rayon X5 direktor əvəzinin 11 dekabr 2023-cü il tarixli, 148 nömrəli xəbərdarlıq verilməsi barədə əmrinin, 151 nömrəli töhmət verilməsi barədə 18 dekabr 2023-cü il tarixli əmrinin, 152 nömrəli şiddətli töhmət verilməsi barədə 22 dekabr 2023-cü il tarixli əmrinin ləğv edərək, 15 noyabr 2023-cü il tarixdən əsassız olaraq ödənilməmiş əmək haqqının ödənilməsinə tələbinə dair iddiası təmin edilə bilməz. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi verilmiş intizam tənbehinin verilməsinə dair işəgötürən tərəfindən verilmiş əmrin ləğvi ilə bağlı olduğundan, həmin münasibətlərə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissənin “b” bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verə bilər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə baxışı zamanı iddiaçı tərəf digər nöqsanlara yol verilməməsini, onun işəgötürənlə əmək müqaviləsi bağlandığı vaxtdan mütəmmadi olaraq işə gəlməsi, harnsı bir üzürlü səbədən iş baraxmasını təsdiqləyəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayon X7 qarşı Azərbaycan Respublikası Qazax rayon X5 direktor əvəzinin 11 dekabr 2023-cü il tarixli, 148 nömrəli xəbərdarlıq verilməsi barədə əmrinin, 151 nömrəli töhmət verilməsi barədə 18 dekabr 2023-cü il tarixli əmrinin, 152 nömrəli şiddətli töhmət verilməsi barədə 22 dekabr 2023-cü il tarixli əmrinin ləğv edərək, 15 noyabr 2023-cü il tarixdən əsassız olaraq ödənilməmiş əmək haqqının ödənilməsinə tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar