Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-4/2025 30.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı həyətyanı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə 30 yanvar 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, həyat yoldaşı Kəmalə, qızı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 onun şəxsi mülkiyyətində olan torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, atası Vidadi Vidadiyev 1989-cu ildə vəfat etmişdir, həmin ildən anası xəstə olduğu üçün o baxmışdır və anasına məxsus olan təsərrüfatı da o idarə etmişdir. Anası sağlığında 2008-ci ildən özünə məxsus olan 76,5 kv.m evi, 19 sot həyətyanı torpağını və pay torpaqlarını ona vəsiyyət etmiş, digər övladlarını vərəsəlikdən məhrum etmişdir. Anası vəfat etdikdən sonra ona məxsus yaşayış evini, həyətyanı torpağı və pay torpaqlarını rəsmi və faktiki qəbul etmişdir, halhazırda da idarə edir. Qazax rayonu Qazaxbəyli kəndində qeydiyyatda olan bacısı (subay) X5 2008-ci il dekabrın 9-da qəflətən vəfat etmişdir. Onun da bütün yas xərclərini anası ilə birlikdə o çəkmişdir. 12 aprel 2013-cü ildə anası X7 onun yanında Sumqayıt şəhəri 1 saylı xəstəxananın kardioloji şöbəsində vəfat etmişdir. Anasının yaşadığı Qazax rayonu Qazaxbəyli kəndində yas mərasimini keçirmiş və bütün xərcləri özü çəkmişdir. Bacısı oğlu Cavabdeh2 ailəsi ilə boşanmış, həyat yoldaşı və uşaqları Şəmkir rayonu Kür qəsəbəsində qarajda yaşamışdır, özü isə işsiz-gücsüz, uşaqları pərən-pərən olmuşdur. Pandemiya vaxtı o, belə qərara gəlmişdir ki, Azərə həyətyanı torpağında müvəqqəti yaşaması üçün sığınacaq versin və həyət-bacaya da göz olsun. Beləliklə Azərin həyətində müvəqqəti yaşamasına icazə vermişdir. O isə boşanmış həyat yoldaşı Kəmalə, övladları Cavabdeh3, Cavabdeh1 və oğlu Cavabdeh4 yanına gətirmişdir. Hətta Azərin orada yaşadığı müddət ərzində bağçanı təmizlədiyinə görə ona pul və hədiyyələrlə kömək etmişdir. Azər isə həyətə göz-qulaq olmaq əvəzinə, həyət-bacanı bərbad etmiş, ona maddi və mənəvi ziyan vurmuşdur. Etdiklərinə görə sorğu-sual etdikdə onu təhqir etmiş, evi yandıracağı və s. sözlərlə hədələmişdir. Azərin ordan çıxarılması üçün Qazax rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir, lakin onları çıxara bilməmişlər. Hətta bu fırıldaqçılar sənəd üzərində boşandıqlarına baxmayaraq, bir yerdə yaşayaraq dövləti aldatmış, 06 markalı maşını, iş yeri olduğu halda saxta sənədlər düzəldərək sosial yardım almışlar. Azərin anası, Mahizərin Şəmkir rayonu Kür qəsəbəsində 4 otaqlı evi, torpaq sahəsi və bostanı vardır. O, heç vaxt nə atasına, nə də anasına baxmamışdır, atası və anası vəfat edəndə də qonaq kimi gəlib-getmişdir. Mahizər əri Cəlil Əliyevlə 4 otaqlı evdə tək yaşayır. Anasının ölümündən 10 il sonra Mahizər Qazax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Tovuz Asan xidmətin verdiyi sənədlərin etibarsız sayılmasını və ləğv edilməsini, ona vərəsəlik payının verilməsini tələb etmişdir. Mahizər anası vəfat etdikdən sonra 6 ay müddətində iddia ərizəsi verə bilərdi. O, indiyə kimi heç bir ərizə ilə müraciət etməmişdir, heç vaxt evdə yaşamamış, faktiki olaraq vərəsəliyi qəbul etməmişdir. Mahizər indi də Şəmkir rayonu Kür qəsəbəsində yaşayır. Əvvəlki məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi ərizədə məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh2 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, qeyd olunan torpaq sahəsinə taxtadan balaca budka qoyub orada yaşayır. Torpaq sahəsindən çıxmağa razı deyil. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclası zamanı verdiyi izahatında qeyd olunan torpaq sahəsində cavabdehlərin payı olmadığını, həmin evin və torpaq sahəsinin mülkiyyətçiləri İddiaçı, X9, X12, X11 və X10 olduğunu, cavabdehlərin onları torpaq sahəsinə buraxmadıqlarını bildirərək, cavabdehlərin əşyaları ilə birlikdə torpaq sahəsindən çıxarılmalarını xahiş etmişdir. Ziyadə Vidadiyeva eyni zamanda mülkiyyətçilərin payı naturada müəyyən olunduqdan sonra, cavabdehin anası orada yaşayarsa, onda cavabdehin də gəlib onunla yaşaya biləcəyini bildirmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişlər. Cavabdehlər məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişdir. Üçüncü şəxs məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyindən, məhkəmə mülki işə X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, işdə olan sənədləri, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını həm faktlar nöqteyi nəzərindən, həm də qanunvericiliyin tələbləri baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş X19 Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinə 0,19 ha torpaq sahəsi ilə xx.xx.2022ci il tarixdə 501-10/542 inventar nömrə ilə İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qazax rayonu Qazaxbəyli kəndində 0,19 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən İddiaçı tam mülkiyyətindədir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-173/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Qazax Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(023)-697/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Tovuz Regional ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən cavabdeh İddiaçı adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 18 mart 2022-ci il tarixli, 2V- 230 reyestr nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən cavabdeh İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, miras qoyan X1 miras qalmış Qazax rayonu Qazaxbəyli kəndindəki 0,19 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 76,50 kv.m olan fərdi yaşayış evi və JN-159 KOD 50110028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə cavabdeh İddiaçı 6/10 hissədə, iddiaçı X9 və miras qoyanın digər birinci növbəli vərəsələri X12, X11 və X3 hər birinin 1/10 hissədə paylarının müəyyən edilməsi, Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçı X9 və miras qoyanın digər birinci növbəli vərəsələri X12, X11 və X3 hər birinin ümumi əmlakdakı payı 1/20 hissədə, cavabdeh İddiaçı əmlakdakı ümumi payı isə 16/20 hissədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2024-cü il tarixli 2(102)-2896/2024 saylı qərarının surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-173/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin **********75-10301 reyestr nömrəsi ilə qeydə alınmış hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı qıznın mülkiyyətində olan Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0.19 ha X19 torpaq sahəsinin koordinatları CPS aləti vasitəsilə müəyyən edildi. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2022-ci ilqeydiyyat tarixli, **********75-10301 reyestr nömrəsi ilə qeydə alınmış hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı qıznın mülkiyyətində olan Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0.19 ha torpaq sahəsində cavabdehlərə məxsus 8*5 metr ölçüdə daşınar əmlak, 4.7*2.4 metr ölçüdə söküntü taxtalardan düzəldilmiş müvəqqəti çardaq və 3*7 metr ölçüdə taxta və selofandan düzəldilmiş müvəqqəti çardaq və 3*4 metr ölçüdə mişar daşı ilə tikilmiş yarımçıq tikili vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6736 saylı ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0.19 ha X19 torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə müəyyən edilmiş, İddiaçı qıznın mülkiyyətində olan Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0.19 ha torpaq sahəsində cavabdehlərə məxsus 8*5 metr ölçüdə daşnar əmlak, 4.7*2.4 metr ölçüdə söküntü taxtalardan düzəldilmiş müvəqqəti çardaq, 3*7 netr ölçüdə taxta və selofandan düzəldilmiş müvəqqəti çardaq və 3*4 metr ölçüdə mişar daşı ilə tikilmiş yarımçıq tikili olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qazax rayonu Qazaxbəyli kəndində 0,19 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən tam olaraq İddiaçı adına qeydə alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-173/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Tovuz Regional ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən cavabdeh İddiaçı adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 18 mart 2022-ci il tarixli, 2V-230 reyestr nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən cavabdeh İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, miras qoyan X1 miras qalmış Qazax rayonu Qazaxbəyli kəndindəki 0,19 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 76,50 kv.m olan fərdi yaşayış evi və JN-159 KOD 50110028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə cavabdeh İddiaçı 6/10 hissədə, iddiaçı X9 və miras qoyanın digər birinci növbəli vərəsələri X12, X11 və X3 hər birinin 1/10 hissədə paylarının müəyyən edilməsi, Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçı X9 və miras qoyanın digər birinci növbəli vərəsələri X12, X11 və X3 hər birinin ümumi əmlakdakı payı 1/20 hissədə, cavabdeh İddiaçı əmlakdakı ümumi payı isə 16/20 hissədə müəyyən edilmişdir və Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı şifahi razılıq əsasında Cavabdeh2 həyətində müvəqqəti yaşamasına icazə vermişdir. O isə boşandığı həyat yoldaşı Kəmaləni, övladları Mahizəri, Jaləni və oğlu Rüfəti yanına gətirmişdir. Hazırda cavabdehlər orada yaşayır və iddiaçı həmin torpaq sahəsinə daxil ola bilmir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehlərin həmin torpaq sahəsindən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. İddiaçı və cavabdehlər tərəfindən işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Qazax rayonu Qazaxbəyli yerləşən fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı 6/10 hissədə, X9, X12, X11 və X3 hər birinin 1/10 hissədə payları müəyyən edilmişdir, cavabdehlər iddiaçının ailə üzvləri deyildir, iddiaçı ilə cavabdehlər arasında torpaq sahəsindən istifadə hüququnun yaranması ilə bağlı notarial qaydada təsdiqlənmiş razılaşma olmamışdır. Cavabdehlər təxminən 2014-2015-ci ildən həmin torpaq sahəsində yaşayır. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə daşınmaz əmlakdan istifadə hüquqları ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddədə mülki hüquqi əqdlər bağlamaq yolu ilə və qohumluq münasibətləri əsasında yaranan istifadə hüququ bir-birindən fərqləndirilmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında torpaq sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə də bağlanmamışdır. Müqavilə bağlanmadığına görə, cavabdehlərin torpaq sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olnur. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları əsas tutaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-173/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X1 miras qalmış Qazax rayonu Qazaxbəyli kəndindəki 0,19 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 76,50 kv.m olan fərdi yaşayış evi və JN-159 KOD 50110028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə cavabdeh İddiaçı 6/10 hissədə, iddiaçı X9 və miras qoyanın digər birinci növbəli vərəsələri X12, X11 və X3 hər birinin 1/10 hissədə paylarının müəyyən edilməsi, Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçı X9 və miras qoyanın digər birinci növbəli vərəsələri X12, X11 və X3 hər birinin ümumi əmlakdakı payı 1/20 hissədə, cavabdeh İddiaçı əmlakdakı ümumi payı isə 16/20 hissədə müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin sözügedən miras əmlak üzrə pay hüququ olan və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 da verdiyi izahatında qeyd olunan torpaq sahəsində cavabdehlərin payı olmadığını, cavabdehlərin onları torpaq sahəsinə buraxmadıqlarını bildirərək cavabdehlərin torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmalarını xahiş etmişdir. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün mütəxəssis və ekspert rəyləri alınmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssis rəyinə və Azərbaycan Respublikası Məhkəmə- Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0.19 ha X19 torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə müəyyən edilmiş, İddiaçı mülkiyyətində olan Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0.19 ha torpaq sahəsində cavabdehlərə məxsus 8*5 metr ölçüdə daşnar əmlak, 4.7*2.4 metr ölçüdə söküntü taxtalardan düzəldilmiş müvəqqəti çardaq, 3*7 netr ölçüdə taxta və selofandan düzəldilmiş müvəqqəti çardaq və 3*4 metr ölçüdə mişar daşı ilə tikilmiş yarımçıq tikili olduğu müəyyən edilmişdir. Bu baxımdan da iddia tələbi təmin edilməli, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 onlara məxsus əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0.19 ha torpaq sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikasıı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 onlara məxsus əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0.19 ha torpaq sahəsindən çıxarılsın. İş üzrə təyin edilmiş ekspertizanın dəyəri olan 100 (bir yüz) manat cavabdehlərdən müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X8 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-4/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-4/2025
30.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver