Məhkəmə qərarları › İş №2(023)-42/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-42/2023

03.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-42/2023 03.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi Abbasov Orxan Mahir oğlunun, Cavabdeh Malçı oğlunun və onun nümayəndəsi Alməmmədov Şükür Əsgər oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Malçı oğluna qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə 03 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Malçı oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax şəhəri Nizami küçəsi 3 nömrəli ünvanda yerləşən İddiaçı MMC-nin Kabel Təsərrüfatına Xidmət Mərkəzinin (əvvəlki X1 Qovşağı) Qazax Xətt qrupunun balansında olan torpaq sahəsi Cavabdeh Malçı oğlu tərəfindən zəbt edilərək həmin ərazidə yerləşən 12 mənzilli yaşayış binasına birişik tikilmiş evin cavabdehin hesabına sökülməsinə, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsinə və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin Kabel Təsərrüfatına Xidmət Mərkəzinin (əvvəlki X1 Qovşağı) ünvan 1 ünvanda yerləşir. Kabel Təsərrüfatına Xidmət X6 qrupuna məxsus əmlak kompleksi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixində verilmiş Texniki Pasportundan da göründüyü kimi İddiaçı MMC-nin Kabel Təsərrüfatına Xidmət X6 qrupunun balansındadır. İddiaçı MMC-nin nizamnamə kapitalının 100 faizi dövlətə məxsus olduğundan onun balansında olan bütün daşınmaz əmlaklar dövlətə məxsusdur. Kabel Təsərrüfatına Xidmət X6 qrupunun yerləşdiyi torpaq sahəsində, yəni İddiaçı MMC-nin balansında olan torpaq sahəsində yerləşən 12 mənzilli yaşayış binasına bitişik ev tikilməsi xx.xx.2022-ci il tarixli Aktla öz təsdiqini tapmışdır. İddiaçı MMC tərəfindən cavabdehə zəbt edilmiş Kabel Təsərrüfatına Xidmət X6 qrupunun 12 mənzilli yaşayış binasına bitişik ev tikilmiş ərazinin boşaldılması ilə bağlı cavabdehə xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh bu günədək heç bir tədbir görməmişdir. Məhkəmə iclasında İddiaçın nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddia ərizəsində göstərilənlər mütəxəssis və ekspertiza rəylərində öz əksini tapmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Malçı oğlu və onun nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirdilər ki, onlar iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişlər. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmaqla qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Texniki Pasportdan görünür ki, Qazax şəhəri Nizami küçəsi 3 nömrəli ünvanda yerləşən 5333,0 kv.m torpaq sahəsində yerləşən əmlak kompleksi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı MMC X1 Qovşağı Qazax rayonu ərazisində 6 saylı kabel sahəsinin adına qeydə alınmışdır. İddiaçı MMC-nin Kabel Təsərrüfatına Xidmət Mərkəzinin (əvvəlki X1 Qovşağı) Qazax Xətt qrupunun tərtib etdiyi xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən Qazax rayon sakini Alməmmədov X4 şəhəri Nizami küçəsi 3 nömrəli ünvanda yerləşən KTXM-nin ünvan 4ir. Hal-hazırda həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Ev 1989-1990-cı illərdə tikilmişdir. Cavabdeh Malçı oğlu həmin illərdə Qazax 6 saylı kabel sahəsində işləmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2017-ci il tarixli texniki pasportda qeyd olunan ümumi sahəsi 0,5333 ha torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. Torpaq sahəsinin cənub sərhəddində yerləşən iki mərtəbəli yaşayış binasının qərb tərəfinə bitişik olmaqla 12.0mx11.0m ölçüsündə birmərtəbəli fərdi yaşayış evi tikilmiş və ətrafı 13.0mx15.0m ölçüsündə 3 tərəfdən mişar daşı ilə hasarlanmaqla zəbt edilmişdir. Torpaq sahəsinin zəbt edilmiş hissəsində birmərtəbəli fərdi yaşayış evi və mişar daşından tikilmiş daş hasar vardır. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5804 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-37/2- 5075/2023 saylı mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2017-ci il tarixli texniki pasportda qeyd olunan ümumi sahəsi 0,5333 ha torpaq sahəsinin bir hissəsinin tutulduğu, torpaq sahəsinin cənub sərhəddində yerləşən iki mərtəbəli yaşayış binasının qərb tərəfinə bitişik olmaqla 12.0mx11.0m ölçüsündə birmərtəbəli fərdi yaşayış evi tikilmiş və ətrafı 13.0mx15.0m ölçüsündə 3 tərəfdən mişar daşı ilə hasarlanmaqla istifadə olunduğu müəyyən olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Texniki Pasporta əsasən Qazax şəhəri Nizami küçəsi 3 nömrəli ünvanda yerləşən 5333,0 kv.m torpaq sahəsində yerləşən əmlak kompleksi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı MMC X1 Qovşağı Qazax rayonu ərazisində 6 saylı kabel sahəsinin adına qeydə alınmışdır. Həmin torpaq sahəsinin cənub sərhəddində yerləşən iki mərtəbəli yaşayış binasının qərb tərəfinə bitişik olmaqla 12.0mx11.0m ölçüsündə birmərtəbəli fərdi yaşayış evi tikilmiş və ətrafı 13.0mx15.0m ölçüsündə 3 tərəfdən mişar daşı ilə hasarlanmaqla istifadə olunduğu müəyyən olmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat rabitə və digər təyintlı torpaqların istifadəsi” Qaydalarının 3-cı bəndinə əsasən, sənaye, rabitə, nəqliyyat və digər təyinatlı torpaqların fiziki və hüquqi şəxslərin (bundan sonra sifarişçi) istifadəsinə və icarəsinə verilməsini öz səlahiyyəti daxilində yerli icra hakimiyyəti orqanları və bələdiyyələr qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirirlər. Belə ki, rabitə təyinatlı torpaq sahələrinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilməsi, istifadə təyinatının dəyişdirilməsi qaydaları Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 dekabr 2007-ci il tarixli 262 əmri ilə təsdiq olunmuş “Daşınmaz dövlət əmlakının istifadə təyinatının dəyişdirilməsinə dair müraciətlərə baxılması və razılıq verilməsi” Qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Yəni mülkiyyətçinin və ya balanssaxlayıcı istifadəçinin (İddiaçı MMC) razılığı olmadan həmin tikintilərin tikintialtı sahəsi ümumiyyətlə nə icarəyə, nə də başqasının mülkiyyətinə verilə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək üçün mütəxəssis və ekspert rəyləri alınmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2017-ci il tarixli texniki pasportda qeyd olunan ümumi sahəsi 0,5333 ha torpaq sahəsinin bir hissəsinin tutulduğu, torpaq sahəsinin cənub sərhəddində yerləşən iki mərtəbəli yaşayış binasının qərb tərəfinə bitişik olmaqla 12.0mx11.0m ölçüsündə birmərtəbəli fərdi yaşayış evi tikildiyi və ətrafı 13.0mx15.0m ölçüsündə 3 tərəfdən mişar daşı ilə hasarlanmaqla istifadə olunduğu müəyyən olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Qazax şəhəri Nizami küçəsi 3 nömrəli ünvanda yerləşən İddiaçı MMC-nin Kabel Təsərrüfatına Xidmət X6 qrupunun balansında olan 0,5333 ha torpaq sahəsinin cənub sərhəddində yerləşən iki mərtəbəli yaşayış binasının qərb tərəfinə bitişik olmaqla tikilmiş 12.0mx11.0m ölçüdə birmərtəbəli fərdi yaşayış evi və 13.0mx15.0m ölçüdə hasar Cavabdeh Malçı oğlunun hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-yə ödənilmiş 95 (doxsan beş) manat ekspertiza xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh Malçı oğlundan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Qazax şəhəri Nizami küçəsi 3 nömrəli ünvanda yerləşən İddiaçı MMC-nin Kabel Təsərrüfatına Xidmət X6 qrupunun balansında olan 0,5333 ha torpaq sahəsinin cənub sərhəddində yerləşən iki mərtəbəli yaşayış binasının qərb tərəfinə bitişik olmaqla tikilmiş 12.0mx11.0m ölçüdə birmərtəbəli fərdi yaşayış evi və 13.0mx15.0m ölçüdə hasar Cavabdeh Malçı oğlunun hesabına sökülsün və torpaq sahəsi İddiaçı MMC-yə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı MMC tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-yə ödənilmiş 95 (doxsan beş) manat ekspertiza xərci Cavabdeh Malçı oğlundan alınaraq İddiaçı MMC-yə ödənilsin, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh Malçı oğlundan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar