Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-430/2024 30.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Müşafiq oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinə köçürülmə və evin yaşayış sahəsindən istifadə hüququnun verilməsi tələbinə dair mülki işə 30 may 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin istifadə və sərəncamında olan Qazax rayonu Qazaxbəyli kəndində yerləşən yaşayış evinə köçürülmə və evin yaşayış sahəsindən (uşaqları ilə birlikdə) istifadə hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2007-ci il tarixdə ailə quraraq, xx.xx.2007-ci il tarixdə Qazax RİHB-nın Orta Salahlı kənd İN-də 23 nömrə ilə nikahı rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Ülfan, xx.xx.2010-cu il təvəllüdlü Turxan və xx.xx.2019-cu il təvəllüdlü Ayxan adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra Cavabdeh2 məxsus yaşayış evinə gəlin köçmüşdür. Lakin sonradan qaynatası 2008-ci ilin sonunda özünə məxsus torpaq sahəsindən onlara ev tikdirmək üçün torpaq sahəsi ayırmışdır. Cavabdeh1 ilə ev tikdirmişlər və 2010-cu il tarixdə övladları ilə birlikdə həmin evə köçmüşlər. Cavabdehlə xasiyyətləri uyğunlaşmadığından ayrılmışlar. O hazırda övladları ilə birlikdə atasına məxsus yaşayış evində yaşayır. Hazırda atası evində yaşamasına baxmayaraq cavabdehlərin sərəncamında olan yaşayış evində qeydiyyatdadır. Cavabdeh1 valideyin kimi uşaqlarına heç bir əlavə yardım etmir ki, övladlarını kirayədə saxlaya bilsin. Belə ki, atası evinidə yaşayış sözün həqiqi mənasında acınacaqlı vəziyyətdədir. Qeyd olunanlara əsasən cavabdehlərin istifadə və sərəncamında olan Qazax rayonu Qazaxbəyli kəndində yerləşən yaşayış evinə köçürülmə və evin yaşayış sahəsindən (uşaqları ilə birlikdə) istifadə hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Müşafiq oğlu iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, tərəflər xx.xx.2007-ci ildə rasmi nikaha daxil olmuşlar. Sonradan Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. İstər nikahdan nikahdan əvvəl, istərsə də nikah dövründə ümumiyyətlə Cavabdeh1 mülkiyyətində hər hansı yaşayış evi va ya torpaq sahəsi olmamışdır. Hazırda Cavabdeh1 atasının mülkiyyətində olan torpaq sahəsində 2 fərdi yaşayış evi mövcuddur. Onlardan biri kənd icra nümayəndəliyinin arayışında qeyd edildiyi kimi 1985-ci ildə, digəri isə 2009-cu ildə tikilmişdir. Cavabdeh1 iddiaçı ilə ailə qurduqdan sonra atası tərəfindən 1985-ci ildə tikilmiş evdə yaşamış, sonradan isə atası tərəfindən 2009-cu ildə tikilmiş digər evdə yaşamışdır. Həmin vaxt atası evi yalnız müvəqqəti istifadə üçün onlara vermişdir. Əslində Cavabdeh1 atası həmin evi kiçik oğlu Valeh Seyidov üçün tikmişdir. Cavabdeh1 isə kənddə başqa bir yerdə torpaq alıb ev tikdirmək fikrində olmuşdur. Sadəcə hamin vaxt Cavabdeh1 evə ehtiyacı olduğu üçün atası özünə ev tikdirənə kimi yeni tikdiyi evdə müvəqqəti yaşamasına icazə vermişdir. Cavabdeh1 ayrı təsərrüfat olsa da, hazırda kəndin ərazisindən ona torpaq verilmədiyi üçün Cavabdeh1 adına har hansı torpaq sahəsi, eləcə də fərdi yaşayış evi olmamışdır. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin məhkəməyə ünvanladığı məktubda da fərdi yaşayış evlərinin Cavabdeh2 həyətyanı sahəsində yerləşdiyi qeyd edilmişdir. Eyni zamanda sözügedən fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi barədə Qazax rayon Aqrar İslahat Komissiyasının qərarında hətta Cavabdeh1 adı mülkiyyətçi kimi göstərilmədiyindən həmin fərdi yaşayış evlərinə onun heç bir gözlənilən mülkiyyət hüququ da olmamışdır. Bununla belə iddiaçı yaşayış sahəsindən iddia etdiyi istifadə huquququna malik olmasını təsdiq edən, yəni nikah dövründə yaşadığı evin keçmiş həyat yoldaşı Cavabdeh1 mülkiyyətində olmasını və ya yaşadığı evin mülkiyyətçisi olan qaynatası Cavabdeh2 ilə istifadə hüququna dair notariat qaydasında təsdiqlənmiş razılaşmasının mövcudluğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh1 adının abonent kimi qeyd olunduğu "Azəriqaz" İstehsalat Birliyinə məxsus “Bildiriş-Xəbərdarlıq” vərəqəsini iddiaçı sübut kimi məhkəməyə təqdim etmişdir. Cavabdehin atasına məxsus fərdi yaşayış evi qazlaşdırılan zaman evdə yalnız Cavabdeh1 olduğu üçün qaz təchizatı ilə bağlı sənədləşmələr onun adına aparılmış və abonent kimi onun adı qeyd edilmişdir. Şəxsin mülkiyyət hüququ isə hər hansı kommunal xidmətlərə görə təqdim edilmiş “Bildiriş-Xəbərdarlıq” vərəqəsinə görə deyil, yalnız daşınmaz əmlakın dövlət reyestri xidmətinin məlumatlarına əsasən müəyyən edilə bilər. Nəzərə alınmalıdır ki, qaz təchizatı haqqında qanunvericiliyə görə istehlakçının qazla təchiz edilməsi haqqında müqavilə tək təbii qazla təchiz olunan (kirayə, icarə və s.) malik olan şəxslərlə də bağlanıla bilər. Hazırda qaz və elektrik enerjisinin alqı-satqısı barədə müqavilələr X3, yəni cavabdehin kiçik qardaşının adına rəsmiləşdirilmişdir. Beləliklə, şərh olunanlara əsasən Cavabdeh2 məxsus yaşayış evindən iddiaçı və onun uşaqlarının hər hansı istifadə hüquqları mövcud olmadığından yaşayış sahəsindən istifadə hüquqlarının verilməsinə dair iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə baxışında araşdırılmış sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nikah haqqında arayışdan görünür ki, İddiaçı və Cavabdeh1 05 dekabr 2007-ci ildə 23 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı uşaqlar doğulmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-909/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı ilə bağlanmış 05 dekabr 2007-ci ildə Qazax RİHB-nin Orta Salahlı kəndi üzrə nümayəndəliyinin 23 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydinin pozulması, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X1 Mahnur Natiq qızının himayəsində saxlanılması, Cavabdeh1 xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 iyul 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qazax RİHB-nın Orta Salahlı kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 həyətyanı sahəsində 2 fərdi yaşayış evi mövcuddur. Əvvəlki tikilmiş ev 1985-ci ildə, ikinci ev isə 2009-cu ildə tikilmişdir. 1985-ci ildə tikilmiş evdə Cavabdeh2, X2, X9, Cavabdeh1, X10 birgə yaşamışdır. Cavabdeh1 2006-cı ildə, X10 isə 2008-ci ildə ailə qurduqdan sonra ailəsi ilə birlikdə həmin evdə yaşamışlar. Sonradan Cavabdeh2 həyətyanı sahəsində 2009-cu ildə ikinci ev tikilmişdir və Cavabdeh1 ailəsi ilə birlikdə köçərək 2023-cü ilədək həmin evdə yaşamışlar. Hazırda 1985-ci ildə tikilmiş evdə Cavabdeh2, X2 və X10 ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ləğv olunmuş DT və XK-i tərəfindən verilmiş elektron baza məlumatlarında Cavabdeh2 Ziyaddin oğlunun ümumi birgə adına Qazax rayonu Qazaxbəyli kəndində JN : 259 nömrəli dövlət aktı ilə 1.67 ha kənd təsərrüfatı təyinatlı və JN : 52F nömrəli şəhadətnamə ilə 0.12 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Adına keçmiş DTİ və MHQİ-si tərəfindən verilmiş 58 nömrəli qeydiyyat vəsiqəsi əsasında Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir, lakin hüquqları dövlət reyestrində qeydiyyata alınmadığı üçün həmin fərdi evinin hansı torpaq sahəsi üzərində yerləşməsi barədə məlumat verilməsi mümkün deyildir. Məhkəmə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun mülkiyyətində olan Qazax rayonunun Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinə tərəflərin iştirakı ilə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, bir həyətdə iki fərdi yaşayış evi mövcuddur. Cavabdeh2 deməsinə görə hazırda onun yaşadığı ev 1985-ci ildə tikilmişdir. Digər qapısı bağlı olan ev 2009-cu ildə tikilmişdir. 2009-cu ildı tikilmiş ikinci ev oğlu Cavabdeh1 məxsusdur. Hazırda oğlu Cavabdeh1 Bakı şəhərində yaşadığından evin qapısı bağlıdır. Cavabdeh2 deməsinə görə İddiaçı oğlu Cavabdeh1 ilə 17 ildir evlidirlər və ona məxsus cehiz əşyaları və digər əşyalar həmin evdə yerləşir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə əlaqədar qeyd etməyi vacib hesab edir ki, iddiaçının tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinə köçürülmə ilə bağlı olduğundan tərəflərin arasında yaranan münasibətlərə yaşayış sahəsindən istifadə ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi tərəflər arasında mübahisəli fərdi yaşayış evindən istifadə hüququ ilə münasibətlər 2007-ci ildə yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Республикасы Мənzil Мəcəlləsiнин 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə iddiaçının cavabdehlərin istifadəsində olan evə köçürülməsi ilə bağlı tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə mübahisəli fərdi yaşayış evinin kimin mülkiyyətində olması ilə bağlı məsələyə qiymət verməyi zəruri hesab edir. Belə ki, iş materialları və iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh2 Ziyaddin oğluna məxsus torpaq sahəsində inşa edilmişdir. Cavabdehin həmin toraq sahəsinə və mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmə həmçinin iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının və onun əsasında da, iddiaçının subyektiv hüququnun pozulub-pozulmaması ilə bağlı iddiaçının cavabdehə qarşı iddia irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olubolmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edərək qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddiaçının tələbi əsaslıdır. Belə ki, iddiaçının nümayəndəsinin izahatından göründüyü kimi iddiaçı cavabdehin arvadı olmaqla 2010-cu ildə uşaqları ilə birlikdə cavabdehin ailə üzvləri kimi mübahisəli fərdi yaşayış evinə köçmüş və orada yaşamışlar. 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. İddiaçı uşaqları ilə birlikdə cavabdehin ailə üzvü olaraq mübahisəli mənzilə köçmüşlər və orada yaşamışlar. Ona görə də, məhkəmə iş üzrə araşdırılmış sübutların tədqiqi nəticəsində bir daha müəyyən etdi ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olmuşdur. Belə ki, iddiaçı uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə 2010-cu il tarixdə köçdüyündən, 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı mübahisəli mənzilə münasibətdə evdə yaşamaq hüququna malik olmasını təsbit etdiyi şəxslərin dairəsinə daxil olduğundan iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb etmək hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarı”nda formalaşmış hüquqi mövqeyində qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə, iddianın “iddiaçının evdən istifadə hüququnun tanınması” hissəsini də araşdıraraq qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddibüluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı (uşaqları ilə birlikdə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan, Qazax rayonunun Qazaxbəyli kəndində yeləşən (2009-cu ildə tikilmiş) fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddədə göstərilmişdir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki,məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı (uşaqları ilə birlikdə) Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan, Qazax rayonunun Qazaxbəyli kəndində yeləşən (2009-cu ildə tikilmiş) fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-430/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-430/2024
30.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver