Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-45/2025 21.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «mənzildə texniki bölgü aparılması və mənzilin ona məxsus hissəsinə köçürülməyi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax şəhəri N.Nərinmanov yaşayış massivində yerləşən 49 nömrəli evin 56 saylı mənzildə bölgü apatmaqla mənzilin ona məxsus hissəsində köçürülməyi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o X1 ilə 2015-ci il tarixdə ailə qurmuşdur. Onların 29 oktyabr 2008-ci il tarixdə 488 nömrə ilə qeydə alınmış nikah qeydi Qazax rayon məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikah dövründə əldə etdiyi Qazax şəhəri N.Nərimanov yaşayış massivində yerləşən 49 nömrəli evin 56 saylı mənzilinə və “Mersedes Benz 211 CDİ” markalı ** CX *** qeydiyyat nişanlı avtomaşına Qazax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-57/2023 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali məhkəməsinin 29 yanvar 2022-ci il tarixli 2(102)-3903/2023 saylı qərarı ilə ikidə bir hissə paylar müəyyən edilmişdir. ƏMDX DƏDK VƏ X4 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********19-05101-093029, qeydiyyat nömrəsi ********** olan, 21 avqust 2024-cü il tarixli çıxarışa əsasən qeyd edilən məzilin ½ hissə onun mulkiyyətindədir. Qazax şəhəri N.Nərimanov yaşayış massivində yerləşən 49 nömrəli evin 56 saylı mənzili onlar birgə nikah dövründə əlavə qazanc kimi almışlar. Həmin mənzil 2016-ci ildə alınmış və bir gün olsun belə həmin evdə yaşamamışlar. Mənzil alınandan bir neçə gün sonra bir nəfər hərbiçi ailəsinə 250 manata kirayəyə verilmişlər. Həmin mənzil 2020-ci ildən DTX-nin Qazax rayon şöbəsinin əməkdaşına 300 manata kirayəyə vərilmişdir. Mənzil 2023-cü ildən bir nəfər gizirə 300 manata kirayəyə verilmişdir. Qonşuların deməsinə gorə həmin gizir 2024-cü ilin mart ayında mənzili Cavabdeh təhlil verilmişdir. Qaz su və işiq barəsdə bildirişlər mart ayı üçün verilmişdir. Qazax şəhəri N.Nərimanov yaşayış masivində yerləşən 49 mrəli evin 56 saylı mənzilin 1\2 hissəsi onun mülkiyyətindədir.O cavabdehə müraciət edib öz aralarında bölgü aparmağı və ona məzildə öz pay hissəsindən istifadə etməyimə imkan yaratmasını xahiş etsə cavabdeh monuəni məzilə buraxmır və öz mülkiyətində olan hissədən istifadə etməyə imkan vermir. O bunula bağlı cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlamağa cəhd edib ismarıclar göndərmiş, rəsmi məktubla müraciət etmiş, ancaq cavabdeh onun mürtaciət və ismarıclarırna cavab verməmişdir.O hazırda atasının himayəsində yaşayır. Qardaşı öz ailəsi ilə birlikdə valideynləri ilə birgə yaşayır. Fərdi yaşayış evidə darısqaldır.Qeyd olunan mənzilə köçüb öz pay hissəəsində yaşamaq istəyır. Qazax şəhəri N.Nərinmanov yaşayış massivində yerləşən 49 nömrəli evin 56 saylı mənzil üzərində ƏMDX-nin X3 15 saylı Tovuz Əraazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********19-05101-093029, qeydiyyat nömrəsi ********** olan 21 avqust 2024-cü il tarixli çıxarışa əsasən qeyd edilən mənzil ½ hissəsi onun ½ hissəsi cavabdehin mülkiyyətindədir. Ona görə də, Qazax şəhəri N.Nərinmanov yaşayış massivində yerləşən 49 nömrəli evin 56 saylı mənzildə bölgü apatmaqla mənzilin ona məxsus hissəsində köçürülməyi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil iş üzrə icraata xitam verilmısi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan İddiaçı ərizəsindən görünür ki, İddiaçı iddiadan imtina edir. Ona görə də, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalıdır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı «mənzildə texniki bölgü aparılması və mənzilin ona məxsus hissəsinə köçürülməyi» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-45/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-45/2025
21.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver