Məhkəmə qərarları › İş №2(023)-462/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-462/2025

27.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-462/2025 27.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «doğumun qeyd edilmə faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X9 anası X10 olmaqla xx xxxxxx 1955-ci il tarixdə Qazax rayonu Birinci Şıxlı kəndində anadan olmağına dair doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X1 anası X10 olmaqla xx xxxxxx 1955-ci il tarixdə anadan olmuşdur. Atası ilə anasının rəsmi nikahından X12, X13, X4, X5 və o anadan olmuşdur. O doğum şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi daha sonra isə xarici pasport almışdır. Lakin sonradan doğum haqqında şəhadətnaməmi itirmişdir. Maraqlı şəxsnə müraciət etdi lakin doğum akt qeydi aşkar edilməmişdir. Bütün sənədləri ona doğum haqqında şəhadətnamə əsasında verilmişdir. O anadan olanda ona doğum haqqında şəhadətnamə verilmişdir. Lakin həmin doğum şəhadətnaməmi itirmişdir. Ona görə də hazırda bəzi sənədlərinin əldə olunması ilə əlaqədar problemlərlə rastlaşır. Bununla əlaqədar olaraq Maraqlı şəxsnə müraciət etmişdir. Həmin şöbədə aparılan yoxlama zaman onun doğum haqqında akt qeydiyyatı tapılmadığından ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Ərizəçi dəqiqləşdirmə ərizə ilə məhkəməyə müraciət edərək, X1, anası X10 olmaqla xx xxxxxx 1955-ci il tarixdə Qazax rayonun Birinci Şıxlı kəndində doğulmasının qeydə alınması faktı barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Atasının adı Qayvalıdır, anası isə Minayədir. Əzizov X8 Şıxlı kəndində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Əzizov X8 Şıxlı kəndində anadan olmuşdur. 30 ildir ki, xaricdə yaşayırdı. Bu ilin yanvar ayında gəlmişdir. Atasının adı X11, anası isə X10 olmuş və onlar vəfat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Atasının adı Qayvalıdır, anası isə Minayədir və onlar vəfat etmişlər. Ərizəçi Qazax rayonun Birinci Şıxlı kəndində doğulmasını, X1, anasının isə X10 olmasını təsdiq edir. İş materiallarında olan Azərbaycan Respublikası qayıdış şəhadətnaməsinin surətindən görünüt ki, Ərizəçi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası qayıdış şəhadətnaməsi verilmişdir. İş materiallarında olan Qazax rayon Birinci Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə Qazax rayonun Birinci Şıxlı kəndində doğulmuşdur. 1994-cü il tarixə qədər Birinci Şıxlı kəndində yaşamış, 1994-cü il tarixdən sonra Respublikanı tərk etmişdir.X1, anası X10 olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1955-ci ildə Qazax rayonu anadan olmuş Ərizəçi doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1959-cu il tarixdə anadan olmuş, ata qrafasında X9, ana qrafasında isə X2 qeyd edilmşidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1964-cü il tarixdə anadan olmuş, ata qrafasında X9, ana qrafasında isə X2 qeyd edilmşidir. İş materiallarında olan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı qərarı ilə Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, Ərizəçi ilə X3 xx.xx.1981-ci il tarixdə 120 saylı nikahın bağlanması haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X9 ilə X10 xx.xx.1992ci il tarixdə 20 saylı nikahın bağlanması haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Qazax rayon İcra Hakimiyyəti Başçısının Birinci Şıxlı kənd ərazi vahidliyi üzrə 1991-1995-ci illərə aid 06 saylı təsərrüfat başı kitabının 174-cü səhifəsində Ərizəçi təsərrüfatı: Ərizəçi (xx.xx.1955-ci ildə anadan olub) ( ailə başçısı) X3 (xx.xx.1956-ci ildə andan olub) (arvadı) X18 (03.07. 1982cı ildə anadan olub) (oğlu) X20 (xx.xx.1984- ci ildə anadan olub) (oğlu) X16 (1986-ci ildə anadan olub) (qızı). Qazax rayon icra Hakimiyyəti Başçısının Birinci Şıxlı kənd ərazi vahidliyi üzrə 1996-2000-ci illərə aid 08 saylı təsərrüfat başı kitabının 64-cü səhifəsində Ərizəçi təsərrüfatı Ərizəçi (xx.xx.1955-ci ildə anadan olub) (ailə başçısı) X3 (xx.xx.1956-ci ildə andan olub) (arvadı) X18 (03.07. 1982-cı ildə anadan olub) (oğlu) X20 (xx.xx.1984-ci ildə anadan olub) (oğlu) anə X16 (1986-ci ildə anadan olub) (qızı). İş materiallarında olan Qazax rayon Birinci Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi X1, anası X10, bacıları X14, X7, qardaşları X13 və X12 olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1962-ci il tarixdə anadan olmuş, ana qrafasında X2 qeyd edilmşidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, X11 ilə X10 xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ərizəçi isə xx xxxxxx 1955-cı il tarixdə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuş və onun doğumu qeydə alınmışdır. Ona doğum haqqında şəhadətnamə vermişlər. Lakin uzunmüddətli xaricdə yaşamış, lakin sonra Ərizəçi doğum haqqında şəhadətnaməni itirmişdir. Hazırda Ərizəçi həmin doğum haqqında şəhadətnamənin harada olması bilinmir və Maraqlı şəxsndə Ərizəçi doğum akt qeydi yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə Qazax rayonunun Birinci Şıxlı kəndində doğulmasının və doğum akt qeydində anasının X10, atasının isə X11 qeyd olunması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə Qazax rayonun Birinci Şıxlı kəndində doğulmasının və doğum akt qeydində anasının X10, atasının isə X11 qeyd olunması faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar