Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-463/2023 20.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “doğumun faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, onların ər-arvad münasibətlərindən anadan olmuş X3 25 may 1999-cu ildə və X4 11 avqust 2000-ci il tarixdə Qazax rayonunun Qarapapaq kəndində doğulması faktının müəyyən olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırılmışlar ki onların ər-arvad münasibətlərindən 25 may 1999-cu ildə X8 və 11 avqust 2000-ci ildə X9 adlı iki övladları doğulmuşdur. Uşaqları anadan olarkən onlara doğum haqqında şəhadətnamə almamışlar. Bu səbəbdən onları indiyədək qeydiyyata aldırmaq mümkün olmamış və onlar hərbi xidmətə gedə bilməmişlər. Onlar 18 yanvar 2023-cü ildə nikahlarını bağlamışlar. Buna bamayaraq uşaqlarına doğum haqqında şəhadətnamə ala bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin dəqiqləşməsinə dair ərizə verərək Ərizəçi2 ev şəraitində oğlan uşaqlarını doğması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclası zamanı Ərizəçi1 ərizəni müdafiə etmiş, verdiyi izahatında əlavə olaraq göstərmişdir ki, qanunları bilmədiklərinə görə hal-hazıradək uşaqlarına doğum haqqında şəhadətnamə almamışlar. Bu səbəbdən uşaqları məktəbə getməmişdir. Hazırda oğlanlarına doğum haqqında şəhadətnamə almaq üçün Qazax rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin müvafiq tibbi sənədləri təqdim edə bilmədiyinə görə şəhadətnamənin verilməsi mümkün olmamışdır. O, oğlanlarına doğum haqqında şəhadətnamə almaq istəyir. Qazax rayon Qeydiyyat Şöbəsi isə ona doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Odur ki, Ərizəçi2 ev şəraitində oğlan uşaqlarını doğması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi2 ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş maraqlı şəxs Qazax rayon Qeydiyyat şöbəsi məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxsin müraciətini nəzərə alaraq, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən Qazax rayon Qeydiyyat Şöbəsinin Ərizəçi1 ünvanladığı 3-16- 5//8-Ə-69-102/2023 saylı, xx.xx.2023-cü il tarixli və 3-16-5//8-Ə-69-101/2023 saylı, xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, doğumun qeydə alınmasının tibbi şəhadətnamə ilə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1974-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1978-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X1 nikahı 18 yanvar 2023-cü il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, X4 doğum haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə 2000-xx.xx.2023-cü ilədək “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bərpa doğum haqqında akt qeydləri üzrə yoxlama aparılmış və X4 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan arayışdan görünür ki, X3 doğum haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə 1999-xx.xx.2023-cü ilədək “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bərpa doğum haqqında akt qeydləri üzrə yoxlama aparılmış və X3 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Qazax rayon Qarapapaq kəndində tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Qazax rayon Qarapapaq kənd sakinləri X8 xx.xx.1999-cu ildə, X9 xx.xx.2000-ci ildə Qarapapaq kəndində ev şəraitində doğulmuşlar. Ataları Ərizəçi1, anaları Ərizəçi2dır. İş materiallarında olan Qazax RİHB-nin Ağköynək kənd İƏD üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Qazax rayon Qarapapaq kənd sakinləri X8 xx.xx.1999-cu ildə, X9 xx.xx.2000-ci ildə Qarapapaq kəndində yaşadıqları evdə doğulmuşlar. Hər iki vətəndaşın ataları Ərizəçi1, anaları Ərizəçi2dır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, xx.xx.1969-cu ildə Qazax rayonunda doğulmuşdur. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 yaxın qonşusudur. Onların xx.xx.1999-cu ildə X8 və xx.xx.2000-ci ildə X9 adlı övladları Qarapapaq kəndində ev şəraitində doğulmuşlar. Uşaqlar doğularkən o da orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, xx.xx.1976-cı ildə Qazax rayonunun Ağköynək kəndində doğulmuşdur. ƏrizəçilərƏrizəçi1 və Ərizəçi2 yaxın qonşusudur. Onların xx.xx.1999-cu ildə X8 və xx.xx.2000-ci ildə X9 adlı övladları Qarapapaq kəndində ev şəraitində doğulmuşlar. Uşaqlar doğularkən o da orada olmuşdur, uşaqların köbəyini kəsmiş, onları bələmişdir. Məhkəmə, ərizəçilərin izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və digər iş materialları ilə Ərizəçi2 xx.xx.1999-cu ildə və xx.xx.2000-ci ildə Qazax rayonunun Qarapapaq kəndində ev şəraitində iki oğlan uşağının doğulması faktı tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi1 doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğumun qeydə alınması üçün lazım olan sənədlər təqdim olunmadığına görə doğumun qeydə alınmasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi2 xx.xx.1999-cu ildə və xx.xx.2000-ci ildə Qazax rayonunun Qarapapaq kəndində ev şəraitində oğlan uşaqları doğması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin həmin uşağın doğumunun qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi2 xx.xx.1999-cu il tarixdə və xx.xx.2000-ci il tarixdə ev şəraitində doğulmuş oğlan uşaqlarının doğumunun qeydə alınmasından və doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi2 xx.xx.1999-cu il tarixdə və xx.xx.2000-ci il tarixdə Qazax rayonunun Qarapapaq kəndində ev şəraitində oğlan uşaqları doğması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin həmin uşaqların doğumunun qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi uşaqlarına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, Ərizəçi2 xx.xx.1999-cu il tarixdə və xx.xx.2000-ci il tarixdə Qazax rayonunun Qarapapaq kəndində ev şəraitində oğlan uşaqları doğması faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi2 xx.xx.1999-cu il tarixdə və xx.xx.2000-ci il tarixdə Qazax rayonunun Qarapapaq kəndində ev şəraitində oğlan uşaqları doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-463/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-463/2023
20.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver