Məhkəmə qərarları › İş №2(023)-479/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-479/2025

04.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-479/2025 04.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı Adığözəl oğlunun, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı Adığözəl oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə dair çıxarışın verilməsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinə həvalə edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Adığözəl oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə dair çıxarışın verilməsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 Nəbi oğlu ilə Qazax rayonu Daş Salahlı kəndində yerləşən 2810 kvm kənd təsərufatı təyinatlı torpaq sahəsinin alqısatqısına dair aralarında bağlanmış 17 oktyabr 2002-ci il tarixli əqdin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə dair çıxarışın verilməsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 15 saylı Ərazi dairəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, İddiaçılar Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 Aydin oğlu, Cavabdeh5 Aydin oğlunun cavabdeh İddiaçı Adigözəl oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətində olan və Qazax rayonu Daş Salahlı kəndi ərazisində yerləşən 0.281 ha kənd təsərrüfatı təyinatlı onlara sahəsindən cavabdeh İddiaçı çıxarılaraq, torpaq sahəsinin bizə qaytarılmasına və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi məqsədilə mülki işlərin bir icraatda birləşdirilməsini etiraz etmədiylərini bildirdilər. Məhkəmə mülki işlərin materiallarını araşdıraraq hesab edir ki, mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-239/2025 saylı qərardadından görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdeh İddiaçı Adığözəl oğluna qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmiş və iş ürzə məhkəmə-texniki ekspertiza təyin edilmişdir.. İş materiallarında olan İddiaçı Adığözəl oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə dair çıxarışın verilməsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinə həvalə edilməsi”tələbinə dair və iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdeh İddiaçı Adığözəl oğluna qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizələrindən görünür ki, hər iki iddia tələbləri üzrə mübahisə predmeti mübahisəli torpaq sahəsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, mülki işlərə baxılma tezliyinin təmin olunması, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və tərəflərin hüquqlarının təmin edilməsinin zərurətini nəzərə alaraq, hesab edir ki, mülki işlər bir icraatda birləşdirilərək baxılması məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Adığözəl oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə dair çıxarışın verilməsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinə həvalə edilməsi” tələbinə dair Qazax rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlunun icraatında olan 2(023)-479/2025 saylı mülki iş iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdeh İddiaçı Adığözəl oğluna qarşı “mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair Qazax Rayon Məhkəməsinin hakimi X1 icraatında olan 2(023)-239/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan 10 gün müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar