Məhkəmə qərarları › İş №2(023)-486/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-486/2023

18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-486/2023 18.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 30 sentyabr 2018-ci il tarixdə Qazax rayonunun Daşsalahlı kəndində ev şəraitində oğlan uşağı doğması faktının müəyyən olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, X6 ilə birgə ailə həyatlarından 30 sentyabr 2018-ci il tarixdə Qazax rayonu Daşsalahlı kəndində X9 adlı oğlu doğulmuşdur. Oğlu Polad ev şəraitində doğulduğundan lazım olan tibbi sənədləri təqdim edə bilmədiyinə görə ona doğum haqqında şəhadətnamə ala bilmir. Hazırda oğluna doğum haqqında şəhadətnamə almaq üçün Qazax rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin müvafiq tibbi sənədləri təqdim edə bilmədiyinə görə şəhadətnamənin verilməsi mümkün olmamışdır. O oğluna doğum haqqında şəhadətnamə almaq istəyir. Qazax rayon Qeydiyyat Şöbəsi isə ona doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş maraqlı şəxs Qazax rayon Qeydiyyat şöbəsi məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxsin müraciətini nəzərə alaraq, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən Qazax rayon X3 Yetər Adil qızına ünvanladığı 12/715-05/70 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ona doğumun qeydə alınması tibbi şəhadətnamə ilə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Qazax rayonunda doğulmuşdur. İş materiallarında olan arayışdan görünür ki, Binnətova (Allahverdiyeva) Yetər Adil qızından 30 sentyabr 2018-ci il tarixdə anadan olan oğlan uşağının “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Qazax rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan nikahın bağlanması haqqında arayışdan görünür ki, X7 ilə X1 nikahı 05 yanvar 2021-ci il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Binnətova soyadı verilmişdir. İş materiallarında olan Qazax rayon Daş Salahlı kənd həkim məntəqəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 134 saylı tibbi arayışdan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə valideynləri ilə Daş Salahlı həkim məntəqəsinə müraciət etmişdir. Qazax RİHB-nin Daşsalahlı kənd İƏD üzrə nümayəndəliyində tərtib olunmuş aktdan görünür ki, Qazax rayonu, Daş Salahlı kənd sakini Ərizəçi 30 sentyabr 2018-ci il tarixdə sağlam oğlan uşağı dünyaya gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, xx.xx.1948-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində doğulmuşdur. Ərizəçi yaxın qonşusudur. 30 sentyabr 2018-ci il tarixdə Ərizəçi sağlam oğlan uşağı dünyaya gəlmişdir. Uşaq doğularkən o da orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, xx.xx.1965-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində doğulmuşdur. Ərizəçi yaxın qonşusudur. 30 sentyabr 2018-ci il tarixdə Ərizəçi sağlam oğlan uşağı dünyaya gəlmişdir. Uşaq doğularkən o da orada olmuşdur. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və digər iş materialları ilə Ərizəçi 30 sentyabr 2018-ci il tarixdə Qazax rayonunun Daşsalahlı kəndində ev şəraitində oğlan uşağı doğulması faktı tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğumun qeydə alınması üçün lazım olan sənədlər təqdim olunmadığına görə doğumun qeydə alınmasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi 30 sentyabr 2018-ci il tarixdə Qazax rayonunun Daşsalahlı kəndində ev şəraitində oğlan uşağı doğması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin həmin uşağın doğumunun qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi 30 sentyabr 2018-ci il tarixdə ev şəraitində doğulmuş oğlan uşağının doğumunun qeydə alınmasından və doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi 30 sentyabr 2018-ci il tarixdə Qazax rayonunun Daşsalahlı kəndində ev şəraitində oğlan uşağı doğması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin həmin uşağın doğumunun qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi uşağına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, Ərizəçi 30 sentyabr 2018-ci il tarixdə Qazax rayonunun Daşsalahlı kəndində ev şəraitində oğlan uşağı doğması faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi 30 sentyabr 2018-ci il tarixdə Qazax rayonunun Daşsalahlı kəndində ev şəraitində oğlan uşağı doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar