Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-489/2023 09.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı Ziyaddin oğlunun və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Ziyaddin oğlunun və onun nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Müşafiq oğlunun iştirakları ilə, İddiaçı Ziyaddin oğlunun Cavabdeh Ziyaddin oğluna qarşı mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsindən və onun üzərində tərəfindən tikilmiş fərdi yaşayış evindən hüquqları olmayan şəxslərin çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Ziyaddin oğlunun Cavabdeh Ziyaddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli çıxarışla mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsindən və onun üzərində inşa etdirdiyi fərdi yaşayış evindən Cavabdeh Ziyaddin oğlunun çıxarılması, 3-cü şəxslərdən azad torpaq sahəsinin ona təhvil verilməsi, qanunsuz təsirlərdən, digər maneələrdən azad olunaraq sahiblik, istifadə və sərəncam hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X11 12 dekabr 2002-ci il tarixdə rəhmətə getmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 05 iyul 2019-cu il tarixli 2(104)- 2308/2019 saylı qətnaməsi ilə Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Qazax rayonu. İkinci Şıxlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi X11 ilə X7 birgə mülkiyyətinə verilmiş torpaqda X1 miras qalmış ½ hissədə payına onun birinci növbə vərəsələri X12, İddiaçı Ziyaddin oğlu və Cavabdeh Ziyaddin oğlunun payları 1/3 hissədə (İddiaçı Ziyaddin oğlu va Cavabdeh Ziyaddin oğlunun hər birinin ümumi torpaqdan payı 1/6, X2 ümumi torpaqdan payı isə 4/6 hissə) müəyyən edilməsi kimi qət edilmişdir. Anası öz payından onun xeyrinə imtina etmiş və xx.xx.2020-ci il tarixli çıxarışla 5/6 hissə İddiaçı Ziyaddin oğlunun, 1/6 hissə Cavabdeh Ziyaddin oğlunun mülkiyyətinə verilməklə paylı mülkiyyət huququ ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdir. Həmin iş üzrə Cəncə Apellyasiya Məhkəməsinin 05 iyul 2019-cu il tarixli 2(104)- 2308/2019 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli 0.12 ha torpaq sahəsində 157.1 kv/m ümumi, 104.9 kv/m yaşayış, 52.2 kv/m köməkçi sahədən ibarət fərdi yaşayış evi miras qoyanın əmlakı olmamışdır. Həmin miras qoyanın oğlu Bablul Mahmudovun şəxsi vəsaiti hesabına tikilmişdir. Miras qoyanın torpaq sahəsində iki otaqlı fərdi yaşayış evi olmuş və həmin ev yararsız vəziyyətə düşmüşdür. Bu hallar Azarbacan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının asaslandırıcı hissəsində də qeyd edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnamə və qərarı ilə yuxarıda qeyd edilən əsaslara görə torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış sahəsi tərəfindən tikildiyi üçün miras əmlaka daxil edilməmişdir və onun tərəfindən tikilməsi öz təsdiqini tapmışdır. Bundan sonra çıxarışla mülkiyyətinda olan Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən torpaq sahəsinin 5/6 hissəsindən və üzərində tikdirdiyi fərdi yaşayış evindən istifadə edə bilmədiyi üçün adına Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən, paylı mülkiyyət hüququ ilə onlara məxsus torpaq sahəsinin naturada bölünməsi mümkün olmadığından, əmlakın 5/6 hissəsinin (0.10 ha) dəyəri şəklində 5000 manat, üzərində tərəlindən inşa edilmiş 157.1 kv/m fərdi yaşayış evinə dair 70000 manat kompensasiyanın digar millkiyyətçidən alınıb ona verilməsi, razılıq əldə edilmədikdə əmlakın hərracda satılması və satışdan əldə edilmiş pul vasaitinin fərdi yaşayış evina aid hissəsində dəyərinin ona verilməsi, satışdan əldə olunmuş pul vəsaitinin torpağa aid hissəsinin dəyərinin 5/6 hissəsinin X3, 1/6 hissəsinin Cavabdeh Ziyaddin oğluna verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.11 mart 2022-ci il tarixli 2(023)-193/2022 saylı qatnamə ilə iddia qismən təmin edilmiş, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi açıq harracdan satılması, həyətyanı torpaq sahəsinin satılmasından əldə edilən vəsaitin 5/6 hissəsi X3, 1/6 hissasi Cavabdeh verilməsi qət edilmişdir. Belə ki, hərracda iştirak edərək torpaq sahəsini satılarkən dəyəri ödənilməklə almışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Omlakın Dövlat Kadastrı va Reyestri Publik Hüquqi Şəxsi tərəfindən tam pay hilququ ilə Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin mülkiyyətçisi olmuşdur. Hazırda isə yenə də, tam pay hüququ ila ona məxsus 0.12 ha torpaq sahəsindən istifadə və sahiblik və sərəncam vermək hüquqları məhdudlaşdırlmışdır. Belə ki, Cavabdeh Ziyaddin oğlu mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsindən və onun üzərində tikdirdiyi fərdi yaşayış sahəsindən çıxmır, hatta onu öz həyətinə daxil olaraq torpaq sahəsində təmizlik işləri, səliqə- səhman və əkin işləri aparmağına mane olur. Məhkəmə iclasında İddiaçı Ziyaddin oğlu iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı Ziyaddin oğlunun nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, Cavabdeh Ziyaddin oğlu məhkəmə iclas zalında guya 1988-ci il tarixdən İddiaçı Ziyaddin oğlunun tikdirdiyi 4 otaqlı fərdi yaşayış evində yaşmasını bildirmişdir. Lakin iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinin üzərindəki fərdi yaşayış evini 1990-cı il tarixdə şəxsi istifadə üçün tikdirmişdir. Cavadehin özünə məxsus torpaq sahəsi və üzərində tikilisi olmuşdur. Belə ki, həmin torpaq sahəsini və üzərində olan tikilini 2005-ci il tarixdə satmış və Bakı şəhərinə yaşamaq üçün köçmüşdür. Bundan sonra isə 2012-ci il tarixdə iddiaçı tərəfindən tikilmiş evə iddiaçının iradəsinə zidd olaraq daxil olmuş və həmin tarixdən iddiaçı cavabdehin evdən çıxmasını tələb etsə də, çıxmamış və torpaq sahəsində onun da payının olmasını bildirmişdir. Bu səbəbdən iddiaçı paylı mülkiyyətdə olan torpaq sahəsinin hərracda satılması tələbinə dair iddia qaldırmışdır. Hərrac zamanı torpaq sahənin 1 sotu 1000 manat dəyərləndirilmiş, iddiaçı torpaq sahəsini hərracda aldığıdan, torpaq sahəsini və üzərində tikdirdiyi fərdi yaşayış evindən çıxması üçün Cavabdeh Ziyaddin oğluna 2000 manat dəyərində ödəniş etmişdir. Göründüyü kimi 12 sot torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, üzərində olan tiklinin də Ali Məhkəmənin qərarında əsaslanıdrici hissədə iddiaçı tərəfindən tikildiyi qeyd edilmişdir. Bu səbəbdən miras kütləsinə daxil olmamışdır. Hazırda iddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsindən və üzərində tikdirdiyi evdən çıxarılma tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Mülki Məcəllənin 157.2-ci madəsinə əsaǝsn Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geritələb edə bilər. Maddə. 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahasini onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azerbaycan Respublikası Torpaq Məcəlləsisinin 111-ci maddəsinə əsasən: Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq Sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə qaytarılmalıdır. Torpaqların avvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər vəqurğuların sökülməsi də daxil olmaqla) torpaqları zabt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlet tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməllərindən biri hesab edilir. Torpaq münasibətlərinin tənzimlənməsi, eləcə də, torpaq üzərində mülkiyyət hüququnun və onun ayrı-ayrı alemantlarinin yaranması qaydası Konstitusiya və Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilikləri ilə müəyyən olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (bundan sonra – Torpaq Macallasi) Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiesine, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yönəlmişdir (Torpaq Məcəlləsinin 2-ci maddəsi). Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə görə torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət Qeydiyyatı sənədlərində sərhədləri, ölçülari, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur ve dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vatandaşları va hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ila birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində serancam vermək hüquqlarından ibarətdir. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Macallanin 110-cu maddesine göre aşağıdakı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikda müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar, torpaq sahələrinin özbaşına tutulması; torpaq sahələrində qanunsuz tikinti apanlması; torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi va s. Torpaq Macallasinin 111 və 112-ci maddələrində isə Azərbaycan Respublikasında özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması və vurulan zərərin ödənilməsi tənzimlənir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların evvelki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülmesi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. İlk növbədə qeyd olumalıdır ki, Cinayət Məcəlləsinin bu normasında müeyyen olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, maddədə nəzərdə tutulan əməllərin törədilməsi iqtisadi sistemdə və ekoloji potensialın yüksəldilməsində çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik ve onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur. Qanunverici Cinayət Məcəlləsinin bu maddəsində torpaq üzerinde mülkiyyət hüququnun pozulmasını torpağın mülkiyyət formasından ve hüquqi rejimindən asılı olmayaraq, Azərbaycan Respublikasının vahid torpaq fonduna daxil edilen torpaqların bütün kateqoriyalarına aid etmişdir. Eyni zamanda, qeyd olunan normanın dispozisiyasında nazarda tutulmuş torpaq üzərində mülkiyyət hüququnun pozulması mülkiyyət hüququnun har bir elementinin - torpağa sahiblik, ondan istifadə və onun baresinde serencam vermə hüququnun pozulması kimi başa düşülməlidir. Beləliklə, Cinayət Məcəlləsinin həmin maddəsində göstərilən cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Cinayət Məcəlləsinin qeyd olunan normasında nəzərdə tutulan torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər isə torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və becərmədə ifade edilmişdir. Bu əməllər öz növbəsində qeyd olunan cinayətin obyektiv cəhəti hesab edilir. Cinayət hüququnda torpaq sahesini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahesine faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahesinin hüdudlarını müəyyən eden hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Torpaq sahəsini özbaşına dəyişdirmə şəxsin öz mülkiyyətində (sahibliyində, istifadəsində) olan torpaq sahəsini başqa mulkiyyətçiyə məxsus torpaq sahəsi ilə onun razılığı olmadan avaz etməsidir. Qanunvericiliyə müvafiq qaydada sin istifadəsina aynılmış torpaq sahəsi əvəzinə başqa torpaq sahəsini ələ keçirmə də torpaq sahəsini özbaşına dəyişdirmə hesab edilməlidir. Özbaşına becərmə dedikdə isə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin va ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi harakatlarin məcmusudur. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət qanunvericiliyi mülkiyyət formasından asılı olmayaraq, torpaq üzərində mülkiyyət hüququnun har bir elementini müdafiə edir va Azarbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün kateqoriya torpaqlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsinin təsiri altına düşür. Odur ki, yuxarıda qeyd edilən konstitusiya məhkəməsinin qərarını və Mülki Məcəllənin maddələrini rəhbər tutaraq iddia talabinin təmin edilməsini və iddiaya qarşı verilmiş etirazın asassız olmasını nəzərə alaraq Cavabdeh Ziyaddin oğlunun əməllərində cinayət tərkibinin əlamətləri olduğundan barəsində xüsusi qərar çıxarmaqla prokurora göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Ziyaddin oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Ziyaddin oğlu iddianı qəbul etməmiş və verdiyi izahatında göstərmişdir ki, o, Birinci Qarabağ müharibəsinin QAZİSİ olaraq hazırda yaşadığı mübahisəli yaşayış evinin mərhum valideynlərindən qalmış olan, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən yaşayış evində ailəsi ilə birlikdə yaşadığı üçün həmin evdə yaşamaqlarına uyğun olaraq tam təmir-tikinti işləri aparmışdır. Həmin hali sübut edəcək kifayət qədər sübutları və dəlilləri var. Belə ki, cavabdehlə aralarında olan mübahisə nəticəsində vərəsliyin bölünməsi zamanı xx.xx.2020-ci il tarixli çıxarışla 5/6 hissə cavabdehə, 1/6 hissə isə onun payına düşmüşdür. Həmin payların naturada ayrılması barədə hər hansısa bir ekspert rəyi və digər sənəd mövcud olmadığından, məhkəmə qətnamələri ilə hansı ki, həmin evin kimin tərəfindən tikilməsi halı barədə mübahisə predmeti olmadan, iddiaçının məhkəməyə vermiş olduğu iddia tələbi üzrə saxta şahidlərə istinad edilməklə guya ki, X9 tərəfindən 0,12 ha topaq sahəsinin üzərində 157.1 kv/m ümumi sahəsi olan fərdi yaşayış evinin tikilməsi halını sübuta yetirməklə, yeganə yaşayış yerindən çıxarılmağı barədə tələbləri vardır. Hamin tələblərdən ən önəmlisi olan torpağın naturada ayrılması halı mümkün olmamasına baxmayaraq, ona məxsus olan torpaq sahəsinin məhz həmin evin altında olub-olmaması halına hansı şəkildə qiymət verilməsi belə məlum deyildir. Onun müharibə əlili olmağından istifadə etməklə, digər instansiyalara şikayət etmək imkanının və sağlamlığının yerində olmamasından sui-istifadə etməklə hüquqlarını pozmaqla davam edilir. İddiaçı öz iddia ərizəsində Gənca Apellyasiya məhkəməsinin 05 iyul 2019-cu il tarixli 20104)-2308/2019 saylı qətnaməsinə istinad edilməklə bildirmişdir ki, həmin qətnamədə mübahisə predmeti olmadan, həmin evin kimin tərəfindən tikilməsi məhz kənd camaatının gözü önündə olduğu halda, kəndin icra nümayəndəsi, bələdiyyəsinin iştirakları olmadan, şəxsin istəyi ilə öz fikrini söylədiyini həmin qətnamədə göstərməklə həmin evin məhz İddiaçı tərəfindən tikilməsi hah kimi qiymatləndirilmişdir. Həmçinin həmin mübahisə olunan torpaq sahəsinin ümumi sahəsini ekspertiza keçirilməsi ilə müəyyən etmək olar ki, həmin ərazi məhz 0,12 ha deyil, həmin torpaq sahəsi 0,54 ha torpaq sahəsindən ibarətdir. İddiaçının iddiası üzrə həmin 0,12 ha torpaq sahəsinin hansı ərazidə olması və həmin torpaq sahəsinə hansı şəkildə sahib çıxması halı ona məlum deyil. Həmin torpaq sahəsi üçün keçirilmiş olan hərracdan xəbərsizdir, həmin hərracda iştirak etməmişdir. Həmin hərrac protokolu ona verilməmiş, ümumiyyətlə hərracın keçirilməsi barədə xəbərdar belə olmamışdır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Ziyaddin oğlunun nümayəndəsi Nümayəndə iddianı cavabdehlə eyni məzmunlu izahat verərək iddianı qəbul etməyərək iddianın təmin olumaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Ziyaddin oğlunun nümayəndəsi və vəkili Vəkil1 Müşafiq oğlu cavabdehlə eyni məzmunlu izahat verərək iddianı qəbul etməyərək iddianın təmin olumaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2308/20129 saylı 05 iyul 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli 2(023)-173/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddin tələbi qismən təmin edilməsi, X4 12 dekabr 2002-ci il tarixdə ölümündən sonra Qazax rayonu İkinci Şıxlı kəndində miras qalmış torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair X13 və İddiaçı Ziyaddin oğlunun adına Qazax rayon dövlət notariat kontoru tərəfindən verilmiş 23 fevral 2012-ci il tarixli, 2V-1-39 reyestr nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında İddiaçı Ziyaddin oğlu və X5 adına Azərbaycan Respublikasi Omlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 01 mart 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və Qazax rayon Dövlət Notariat kontoru tərəfindən təsdiqlənmiş 14 noyabr 2013-cü il tarixli, 40-02-620 reyestr nömrəli bağışlama müqaviləsi, həmin müqavilə əsasında Mahmudov Ziyəddin Bəhlul oğlunun adına Azərbaycan Respublikasi Omlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 26 noyabr 2013-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməsi, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə X11 ilə X8 birgə mülkiyyətinə verilmiş 0.12 ha torpaqda X4 miras qalmış ½ hissədə payına onun birinci növbə vərəsələr X25 qizi, İddiaçı Ziyaddin oğlu ya Cavabdeh Ziyaddin oğlunun payları 1/3 hissədə (İddiaçı Ziyaddin oğlu va Cavabdeh Ziyaddin oğlunun hər birinin ümumi torpaqdan payı 1/6, X6 ümumi torpaqdan payı isə 4/6 hissə) müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-441/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin MKnın 05 iyul 2019-cu il tarixli qətnaməsi dıyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Qazax rayon məhkəməsinin 2(023)-193/2022 saylı 11 mart 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Qazax rayonu, İkinci Şıxlı kəndində 0.12 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılması, Qazax rayonu, İkinci Şıxlı kəndində 0.12 ha həyətyanı torpaq sahəsinin satılmasından əldə edilən vəsaitin 5/6 hissəsi İddiaçı Ziyaddin oğluna, 1/6 hissəsi Cavabdeh Ziyaddin oğluna verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AA 514541 saylİ torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, Qazax rayonunun İkinci Şıxlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi Qazax rayon DNK, 4Ə-357, xx.xx.2020 tarixli Daşınmaz Əmlakın bağışlama müqaviləsinə əsasən İddiaçı Ziyaddin oğlunun adına qeydə alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, Qazax rayonu, İkinci Şıxlı kəndində 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci ildən ********** qeydiyyat nömrəsi ilə İddiaçı Ziyaddin oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qazax rayon İH-nin Dövlət Arxivinin verdiyi 25 yanvar 2019-cu il tarixli 21 saylı arxiv arayışından görünür ki, Qazax rayon İHB-nın İkinci Şıxlı kənd İN-yi üzrə 1996-2000-ci illərə aid 5 saylı təsərrüfatbaşı kitabının 118-ci səhifəsində Cavabdeh təsərrüfatı - Cavabdeh, Nümayəndə, X17, X14 ibarət olmuşdur. Təsərrüfatda cəmi 0,08 ha torpaq sahəsi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qazax rayon İH-nin Dövlət Arxivinin verdiyi 25 yanvar 2019-cu il tarixli 21 saylı arxiv arayışından görünür ki, Qazax rayon İHB-nın İkinci Şıxlı kənd İN-yi üzrə 2001-2005-ci illərə aid 5 saylı təsərrüfatbaşı kitabının 108-ci səhifəsində Cavabdeh təsərrüfatı - Cavabdeh, Nümayəndə, X17, X20 və X10 ibarət olmuşdur. Evin tikildiyi il 2002-ci il, ümumi sahəsi 36 kv.m, təsərrüfatda cəmi 0,08 ha torpaq sahəsi mövcud olmuşdur. Ev satılıb. (təsərrüfatbaşı kitabda sadə qələmlə qeyd olunmuşdur. İş materiallarında olan 16 noyabr 2018-ci il tarixdə Qazax rayonu, İkinci Şıxlı kəndində tərtib olunmuş aktdan görünür ki, həqiqətən qonşuları Cavabdeh Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən mərhum atası Mahmudov Ziyəddin Aslan oğlundan miras qalmış torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən son 25 ildən artıq müddətdir ki, daimi və fasiləsiz olaraq istifadə edir, habelə öz ailə üzvləri ilə bərabər (arvadı, uşaqları, gəlini və nəvələri) orada yaşayaraq təsərrüfat aparır. Həmçinin, təsdiq edirlər ki, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən mərhum Mahmudov Ziyəddin Aslan oğlundan miras qalmış torpaq sahəsi və fərdi yaşayış evindən heç bir vaxt qonşuları Cavabdeh, anası – X15, qardaşı İddiaçı Ziyəddin oğlu və qardaşı oğlu Mahmudov Ziyəddin Bəhlul oğlunun yaşayaraq istifadə etməsini görməmişlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0.12 ha torpaq sahəsində İddiaçı Ziyaddin oğlu tərəfindən fərdi yaşayış evi tikilməsi (iş materiallarına əlavə olunmuş məhkəmə qətnamələri və qərarı ilə) öz təsdiqini tapmışdır. Həmin torpaq sahəsinin 5/6 hissəsi İddiaçı Ziyaddin oğlunun və 1/6 hissəsi Cavabdeh Ziyaddin oğlunun mülkiyyətinə verilməklə payçılar arasında naturada bölünməsi mümkün olmadığından, torpaq sahəsinin Cavabdeh Ziyaddin oğluna məxsus 1/6 hissəsi hərracda iddiaçı tərəfindən alınmışdır. İddiaçı tam pay hüququ və mülkiyyət hüququ ilə ona məxsus olan Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair istifadə və sahiblik və sərəncam vermək hüquqlarının məhdudlaşdırıldığını qeyd edərək, torpaq sahəsindən və onun üzərində inşa etdirdiyi fərdi yaşayış evindən Cavabdeh Ziyaddin oğlunun çıxarılmasını tələb edir. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MM-nin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da, əmlak hüquqları sayılır: Həmin məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin Azərbaycan Respublikası Мənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri, icarədarın arvadı(əri), onların uşaqları və valideynləri, həmçinin icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsindən yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmçinin Azərbaycan Respublikası Мənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi, tərəflərin izahatlarından, həmçinin iş materiallarından məlum olur ki, Qazax rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarı ilə Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0.12 ha torpaq sahəsində İddiaçı Ziyaddin oğlu tərəfindən fərdi yaşayış evi tikilməsi (iş materiallarına əlavə olunmuş məhkəmə qətnamələri və qərarı ilə) öz təsdiqini tapmışdır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, iddiaçının iddia etdiyi sözügedən yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənəd işə əlavə edilməmiş və sözügedən evin tərəflərdən kimin mülkiyyəti kimi qeydə alınması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Ziyaddin oğlunun Cavabdeh Ziyaddin oğluna qarşı mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsindən və onun üzərində tərəfindən tikilmiş fərdi yaşayış evindən hüquqları olmayan şəxslərin çıxarılmasına dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-489/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-489/2023
09.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver