Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-49/2024 23.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə 23 yanvar 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 anası X6 olmaqla xx xxxxxx 1955ci ildə Qazax rayonu İkinci Şıxlı kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Qazax rayonu İkinci Şıxlı kəndində anadan olmuşdur. X3, anası X6 olmuşdur. X3 xx.xx.2011-ci ildə, anası X6 xx.xx.1993-cü ildə vəfat etmişdir. Bildirmək istəyir ki, onun doğum şəhadətnaməsi Maraqlı şəxsndə qeydə alınmamışdır. Onun doğum şəhadətnaməsinin olmaması ona müəyyən sənədləşmələrin aparılmasına lazımdır. X8 müraciət etsələr də doğum şəhadətnaməsi aşkar edilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi məhkəməyə göndərdiyi teleqramda üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilən AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. Nikah haqqında arayışdan görünür ki, X7 ilə X1 nikahı xx.xx.1978-ci il tarixdə Qazax rayon İkinci Şıxlı kəndində qeyd etməklə, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 37 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Mustafayeva” soyadı verilmişdir. Maraqlı şəxs Ərizəçi ünvanladığı 05/70-32/4 saylı, xx.xx.2022-ci il tarixli məktubunda doğumun qeydə alınmasının tibbi şəhadətnamə ilə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə Qazax rayon İkinci Şıxlı kəndi üzrə 1952-ci ildən 1958-ci illərə dair itkin və 1956-cı ildən 1973-cü illərə dair bərpa aktlar üzrə yoxlama aparılmış, habelə “vətəndaşlıəq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Nikah haqqında arayışdan görünür ki, X13 ilə X4 nikahı xx.xx.1967-ci il tarixdə Qazax rayon İkinci Şıxlı kəndində qeyd etməklə, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Mamedova” soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1950-ci ildə və X10 xx.xx.1959-cu ildə doğulmuşdur. X3, anası X5r. Ölüm haqqında arayışdan görünür ki, X6 18 oktyabr 1993-cü ildə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X12 23 yanvar 2011-ci ildə ölmüşdür. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Belə ki, Ərizəçi X3, anası X6 olmaqla xx.xx.1955-ci ildə Qazax rayonu İkinci Şıxlı kəndində anadan olmuşdur. Lakin müəyyən səbəblərdən Ərizəçi doğum haqqında şəhadətnamə alınmamışdır. Hazırda doğum şəhadətnaməsinin bərpası mümkün olmamışdır. Ərizəçinin doğum şəhadətnaməsinin olmaması ərizəçiyə müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklər yaradır. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə hesab edir ki, Ərizəçi X3, anası X6 olmaqla xx.xx.1955-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində doğulması faktı məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunduğundan ərizə təmin edilməli və doğum faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının MPM-nin 213-214,216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilisin. Ərizəçi X3, anası X6 olmaqla xx.xx.1955-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində doğulması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-49/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-49/2024
23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver