Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-5/2024 20.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlunun nümayəndəsi, Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpağın zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə 20 avqust 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş Qazax rayonunun Xanlıqlar kəndində yerləşən ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 135 metr uzunluğunda 4 metr enində hissəsinin zəbtdən azad edilərək özünə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən torpaq sahəsini xx.xx.2022-ci il tarixdə alqı-satqı edərək, ********** qeydiyyat nömrəli, **********65 reyestr nömrəli çıxarışa əsasən öz adına rəsmiləşdirmişdir. Bu torpaq sahəsində mövsümi olaraq əkin işləri aparır. Cavabdeh onun torpaq sahəsinin təxminən 135 metr uzunluğu olan hissədən və 4 metr enində olan torpaq sahəsinin zəbt etmişdir. Dəfələrlə cavabdehə zəbt etdiyi torpaq sahəsini zəbtdən azad etməsini bildirsə də, cavabdeh onun torpaq sahəsindən çıxmır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia həcminin artırılması barədə ərizə verərək, Cavabdeh tərəfindən zəbt olunmuş Qazax rayonu Xanlıqlar kəndində yerləşən ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 135 metr uzunluğunda 4 metr enində (təxminən 0.540 ha) hissəsinin zəbtdən azad edilərək özünə qaytarılması, həmin zəbt olunmuş hissədə yerləşən , cavabdehə məxsus özbaşına əkilmiş fındıq kollarının və ya başqa ağacların cavabdehin hesabına çıxarılması, cavabdehin qeyd olunan torpaq sahəsindən qanunsuz istifadəsinə son qoyulması, və cavabdehdən əldən çıxmış faydaya görə 6.737 manat məbləğində pulun və ödənilmiş 88 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əsassız iddiası təmin edildiyi təqdirdə, əsassız varlanma nəticəsində ona vurduğu zərərin əvəzi olaraq cavabdehdən 11.600 manat məbləğində pulun, əldən çıxmış faydaya görə 2900 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 133.5 manat dövlət rüsumunun, ümumilikdə 14.633,5 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkın iddia qanunsuz və əsassızdır. Belə ki, 1999-cu il tarixdən Qazax rayonu Xanlıqlar kəndində 1.038404 ha kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi mülkiyyətinə almışdır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2020-cu il tarixli, ********** qeydiyyat və **********38 reyestr nömrəsi ilə Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyəti qeydiyyata alınmışdır. O 1999-cu il tarixdən həmin torpaq sahəsində fındıq ağacları əkməyə başlamışdır. İlkin iddia uzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin ilk iddia üzrə iddia etdiyi 4 metr enində və 135 metr uzunluğunda torpaq sahəsində onun 20-22 illik 58 ədəd fındıq ağacı vardır. Bu sahə 1999-cu il tarixdən onun istifadəsindədir və buna dair mülkiyyəti qeydiyyata alınmışdır. O heç kəsin torpaq sahəsini zəbt etməmişdir və ilkin iddia üzrə tələb qanunsuzdur. İlkin iddia üzrə iddiaçının şikayəti əsasında bu torpaq sahələri dəfələrlə ölçülmüşdür. Hər dəfə də burada heç bir torpaq sahəsinin zəbt edilmədiyini ona bildirmişlər. İndiyədək həmin ağacların əkilibbecərilməsinə, o cümlədən onlara qulluq olunmasına, torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunmasına, bərpa edilməsinə və s. bu kımı tədbirlərın görülməsinə ümumilikdə 11600 manat məbləğində xərc çəkmişdir. Həmin torpaq sahəsində onun tərəfindən salınmış bağa 22 ilə yaxın müddət ərzində kifayət qədər əmək sərf olunmuşdur. Ərazidə olan ağacların hər biri yüksək məhsuldarlığa qadirdir. Həmin ağacların bəhər verdiyi məhsulların satışından ildə təxminən 2900 (iki min doqquz yüz) manat məbləğində gəlir əldə edir. Hazırda isə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh sözugedən torpaq sahəsinin ona məxsus olmasını iddia edir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh onu aldadaraq əsassız varlanmaq niyyətinə düşmüşdür. Belə olduğu halda hesab edir ki, 1999-cu il tarixdən onun sahibliyində və istifadəsində olmaqla mülkiyyəti olaraq qeydiyyatda torpaq sahəsı ondan alınıb ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə verildiyi təqdirdə, ona vurduğu zərərin əvəzi olaraq 11600 (on bır min altı yüz) manat və əldən çıxmış faydada gora 2900 (iki min doqquz yüz) manat məbləğində pul tutularaq ona verilməlidir. Məhkəmə hazırlıq iclasında iddiaçı Cavabdeh iddia həcminin artırılması barədə ərizə verərək, qarşılıqlı iddiada qeyd etdiyi tələblər saxlanılmaqla ilkin iddianın təmin edilməməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən zəbt edilmiş Qazax rayonu Xanlıqlar kəndində yerləşən ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 20 kv.m hissəsinin zəbtdən azad edilərək ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, ********** qeydiyyat nömrəli, **********65 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin uzunluq hissədən 135 metr, eninə isə 4 metr hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Hazırda ekspert rəyinə əsasən müəyyən olunmuş zəbt olunan hissədə 27 ədəd fındıq kolu vardır. Onların çıxarılmasını istəyir və əldən çıxmış faydaya görə pul tələb edir. Qeyd edilənlərə əsasən, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil2 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi, Vəkil1 qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh neçə illərdir qeyd olunan torpaq sahəsini istifadə edir. Zəbt olunan torpaq sahəsində 27 ədəd fındıq kolu aşkar edildi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh dəymiş ziyanın ödənilməsinin təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, hər iki iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan xx.xx.2020-ci il tarixli, A№426749 saylı torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən 0.414606 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi DTXK Qazax rayon şöbəsi, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı JNH-300, xx.xx.1998, Qazax Rayon DNK, Alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi, 4Ə-194, xx.xx.2018, ƏDKMK-nin yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət reyestrində torpaq sahəsinin planı və ölçüsü.427758.xx.xx.2020 əsasən İddiaçı adına qeydə alınmışdır. Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən 0,414606 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən 1,038404 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-3759/2023 saylı mütəxəssis rəyindən görünür ki, tərəflərin iştirakı ilə özlərinin faktiki istifadələrində olan torpaq sahələrinin koordinatları müəyyən edildi. Baza məlumatları ilə yoxlanılan zaman məlum oldu ki, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin yol tərəfdən 37 kv.m-ə qədər hissəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür və İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsinin arx tərəfdən 20 kv.m-ə qədər hissəsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4593 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-3759/2023 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin yol tərəfdən 37 kv.m-ə qədər hissəsinin İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü və İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsinin isə arx tərəfdən 20 kv.m-ə qədər hissəsinin Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin rəyindən görünür ki, Baza məlumatlarına əsasən Cavabdeh istifadəsi kimi təqdimedilən torpaq sahəsinin İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yol tərəfdən 37 kv.m-ə qədər üst-üstə düşən hissəsinin daxilində ağaclar əkilmişdir. Ağacların bəhrə verdiyi məhsulların satışından il ərzində hansı məbləğdə gəlirin əldə oluna biləcəyini müəyyən etmək 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Qazax X2 Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Qazax rayonu Xanlıqlar kəndi ərazisində yerləşən 0.414606 ha pay torpaq sahəsində salınmış fındıq bağına baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ərazinin üst-üstə düşən 37 kv metr hissəsində təxminən 20 il bundan əvvəl 2004 cü ildən salınmış 27 ədəd fındıq ağacları vardır, bu günə kimi həmin 27 ədəd fındıq ağacına çəkilən xərc, illik məhsuldarlıq və bir ildə götürüləcək gəlir aşağıdakı kimi olmuşdur. Birinci il ağacların sahəyə əkilməsinə çəkilən xərc. Sahənin əkilməsinə, dırmığa, 5 manat, Quyuların qazılması və tinglərin basdırılması və suvarılmasına hər bir quyu üçün 0.50 manat olmaqla 27ədəd x 0.50 man = 13.5 man, Ştilin alınmasına 27 ting x 1man=27 manat, Beləliklə 1-ci il ağacların əkilməsinə çəkilən xərc 5man+13.50man+27man=45.5 manat edər. İlk dörd ildə məhsul verənə kimi çəkilən xərc. Ağacların dibinin bellənməsi və yemləmə kübrəsinin verilməsi 6 manat, suvarılması ildə 3 dəfə olmaqla 3 x 3man = 9 manat, ağacların ildə 1 dəfə budanması 5 manat, ağacların zərərvericilərə qarşı dərmanlanması (dərmanla birlikdə) 6 manat. Cəmi çəkilən xərc 9man+5man+6man=20manat x 4 ilə = 80 manat olar. Sonrakı bar verən 15 ildə ağacların dibinin bellənərək suvarma çuxurların hazırlanması, peyin və kübrə verilməsi bir ağaca 0,50 manat olmaqla 27əd x 0.50man =13.5 man, suvarma ildə 3 dəfə olmaqla 3 x 3 manat=9 manat, ağacların budanması, kolların sahədən çıxarılması xəstəlik və zərərvericilərə qarşı dərmanlanmasına (dərmanla birlikdə) hər ağaca 0.50 man olmaqla 27 əd x 0,50 man =13.5 manat. Hər ilə çəkilən xərc 13.5man + 9 man + 13.5.man = 36 manat olmaqla 36 man x 15 il = 540 manat edər. Beləliklə bağın salınmasından bu günə kimi çəkilən xərc 45,5 manat +80 manat+540 manat=665 manat edər. 27 ədəd fındıq ağacının illik məhsuldarlığı isə aşağıdakı kimidir. 27 ədəd fındıq ağacı hər birinin məhsuldarlığı təxminən 4 kq olmaqla 27əd x 4kq = 108 kq məhsul olar, fındığın bu ilki bazar qiymətinin orta hesabla 3.5 man olduğunu nəzərə alsaq 108 kq x 3.5 man = 378 man edər. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2348 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-1036/2024 saylı mütəxəssis rəyinə əsasən baza məlumatlarına əsasən Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsində, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yol tərəfdən 37 kv.m-ə qədər üst-üstə düşən hissəsinin daxilində ağaclar əkildiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən İddiaçı istifadəsində olan Qazax rayonunun Xanlıqlar kəndində yerləşən torpaq sahəsinə tərəflərin iştirakı ilə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh istifadəsində olan və İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yol tərəfdən 37 kv.m-ə qədər üst-üstə düşən hissəsində 27 ədəd fındıq ağacları vardır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən 0,414606 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Qazax rayonu Xanlıqlar kəndində yerləşən 1,038404 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh istifadə etdiyi torpaq sahəsinin yol tərəfdən 37 kv.m-ə qədər hissəsinin İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür və İddiaçı istifadə etdiyi torpaq sahəsi isə arx tərəfdən 20 kv.m-ə qədər hissəsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası MPM–in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, ilk iddiaçının tələbi mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki və torpaq qanunvericiliyinin torpağa mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Kostitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Kostitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-si maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək üçün mütəxəssis və ekspert rəyləri alınmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssis rəyinə və Azərbaycan Respublikası Məhkəmə- Ekspertizası Mərkəzinin rəylərinə əsasən Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin yol tərəfdən 37 kv.m-ə qədər hissəsinin İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü və İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsinin isə arx tərəfdən 20 kv.m-ə qədər hissəsinin Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşdüyü, həmçinin Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsində, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yol tərəfdən 37 kv.m-ə qədər üst-üstə düşən hissəsinin daxilində ağaclar əkildiyi müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan, Qazax rayonunun Xanlıqlar kəndində yerləşən 0,414606 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh istifadəsində olan torpaq sahəsinin yol tərəfdən 37 kv.m-ə qədər hissəsi zəbtdən azad edilməli, zəbt olunmuş hissədə yerləşən 27 ədəd fındıq kolları cavabdehin hesabına çıxarılmalı, cavabdehin qeyd olunan torpaq sahəsindən qanunsuz istifadəsinə son qoyulmalıdır. Məhkəmə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sahibliyində və istifadəsində olmaqla mülkiyyəti olaraq qeydiyyatda torpaq sahəsınin ondan alınıb ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə verildiyi təqdirdə, ona vurduğu zərərin əvəzi olaraq 11600 (on bır min altı yüz) manat və əldən çıxmış faydada gora 2900 (iki min doqqzu yüz) manat məbləğində pulun ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutulması və İddiaçı tərəfindən zəbt edilmiş Qazax rayonu Xanlıqlar kəndində yerləşən ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 20 kv.m hissəsinin zəbtdən azad edilərək ona qaytarılmasına dair qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssis rəyinə və Azərbaycan Respublikası Məhkəmə- Ekspertizası Mərkəzinin rəyinə əsasən İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsinin arx tərəfdən 20 kv.m-ə qədər hissəsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsinin arx tərəfdən Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 20 kv.m-ə qədər hissəsi zəbtdən azad edilməli, İddiaçı 1043 manat alınıb Cavabdeh verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və mühəndistexniki ekspertizalarının dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manatı İddiaçı, 100 (bir yüz) manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia və qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan, Qazax rayonunun Xanlıqlar kəndində yerləşən 0,414606 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh istifadəsində olan torpaq sahəsinin yol tərəfdən 37 kv.m-ə qədər hissəsi zəbtdən azad edilsin, zəbt olunmuş hissədə yerləşən 27 ədəd fındıq kolları Cavabdeh hesabına çıxarılsın, Cavabdeh qeyd olunan torpaq sahəsindən qanunsuz istifadəsinə son qoyulsun. İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsinin arx tərəfdən Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən 20 kv.m-ə qədər hissəsi zəbtdən azad edilsin, İddiaçı 1043 manat alınıb Cavabdeh verilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş ekspertizaların dəyəri olan 200 (iki yüz) manatın 100 (bir yüz) manatı İddiaçı, 100 (bir yüz) manatı isə Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-5/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-5/2024
20.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver