Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-501/2025 09.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qohumluq faktının müəyyən edilməsi tələbinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə 09 aprel 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1952ci ildə anadan olmuş Ərizəçi1 və xx.xx.1960-cı ildə anadan olmuş Ərizəçi2 xx.xx.2007ci ildə vəfat etmiş X11 övladları olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəsini onunla əsaslandırmışlar ki, X7, anası X5 olmaqla xx.xx.1952-ci ildə Ərizəçi1 və xx.xx.1960-cı ildə Ərizəçi2 Qazax rayonunun Kosalar kəndində anadan olmuşlar. Onlar anadan olarkən valideynlərinin nikahı rəsmiləşdirilmədiyindən, onların doğum haqqında şəhadətnamələrdəki ata qrafaları boş saxlanılmış, eyni zamanda şəhadətnamələrdə soyadları ananın soyadı ilə, yəni Əsgərov kimi qevd olunmuşdur. Valideynləri xx.xx.1984-cü ildə nikaha daxil olmuşlar. X7 xx.xx.2007-ci ildə, anası X5 xx.xx.2008-ci ildə vəfat etmişdir. Hazırda valideynlərindən miras qalmış daşınmaz əmlaka dair vərəsəliyi qəbul elmək istəyərkən, onların doğum haqqında şəhadətnamələrindəki ata qrafasında X7nun adı göstərilmədiyinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsələr də, bunun müsbət nəticəsi olmamışdır. Onların mərhum X11 doğma övladları olmasını, yəni onların qohumluq münasibəti faktini təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə etmiş, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1959-cu ildə Qazax rayonu Kosalar kəndində anadan olmuşdur. Ərizəçilər onun həmkəndlisi və qohumudur. Ərizəçilər X15 ilə X5 faktiki nikahından doğulmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1953-cü ildə Qazax rayonu Kosalar kəndində anadan olmuşdur. Ərizəçilər qonşusu və qohumudur. Ərizəçilər X15 ilə X5 faktiki nikahından doğulmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1952-ci ildə anadan olmuşdur. Ərizəçilər onun həmkəndlisidir. Ərizəçilərin X7, anası X5 olmuşdur. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadələrini və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, Ərizəçi1 23 sentyabr 1952-ci ildə Qazax rayonu Kosalar kəndində doğulmuşdur. X1r, ata qrafasında heç bir qeydiyyat aparılmamışdır. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi2 xx xxxxx 1960-cı ildə Qazax rayonu Kosalar kəndində doğulmuşdur. X1r, ata qrafasında heç bir qeydiyyat aparılmamışdır. Nikah haqqında arayışdan görünür ki, X15 ilə X2 nikahı 11 dekabr 1984-cü il tarixdə Maraqlı şəxsndə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 199 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Əsgərova soyadı verilmişdir. Ölüm haqqında arayışdan görünür ki, X15 08 mart 2007-ci il tarixdə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X5 06 yanvar 2008-ci il tarixdə ölmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmə qətnaməsi əsasında qeydə alındığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qazax rayon İHB-nın Kosalar kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2025ci il tarixli arayışlardan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü Ərizəçi1 və xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi2 həqiqətən Kosalar kənd sakini, mərhum X11 öz oğlanlarıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, xx.xx.2007-ci ildə vəfat etmiş X15 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 atası olmuşdur. Ərizəçilərin X15 ilə qohumluq faktının müəyyən edilməsi onlara atasından miras qalan əmlaka qanun üzrə vərəsə tanınması ilə bağlıdır. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, xx.xx.2007ci ildə vəfat etmiş X15 ərizəçilər Ərizəçi1 və Ərizəçi2 atası olmuşdur. Bu səbəbdən həmin fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233, 305-308, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1952-ci ildə anadan olmuş Ərizəçi1 və xx.xx.1960-cı ildə anadan olmuş Ərizəçi2 xx.xx.2007-ci ildə vəfat etmiş X11 övladları olması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-501/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-501/2025
09.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver