Məhkəmə qərarları › İş №2(023)-516/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-516/2023

11.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-516/2023 11.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə İddiaçı1NİN və İddiaçı2 Cavabdeh qarşı payların müəyyən edilməsi, naturada bölünməsi və mülkiyyət hüququnun verilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1NİN və İddiaçı2 Cavabdeh qarşı payların müəyyən edilməsi, naturada bölünməsi və mülkiyyət hüququnun verilməsi tələbinə dair iddias iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddələrinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli 12 №li qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarındakı dəyişikliklər edilməsi barədə 5.1. 2-ci bəndində “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddələrinə əsasən İddiaçı1NİN və İddiaçı2 Cavabdeh qarşı payların müəyyən edilməsi, naturada bölünməsi və mülkiyyət hüququnun verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı1NİN və İddiaçı2 Cavabdeh qarşı payların müəyyən edilməsi, naturada bölünməsi və mülkiyyət hüququnun verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar