Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-52/2024 13.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair mülki işə 13 avqust 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ********** qeydiyyyat nömrəli xx.xx.2023 nömrəli çıxarışa əsasən onların ümumi birgə mülkiyyətində olan Qazax rayonu Daşsalahlı kəndində yerləşən 0.1211 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0.01 ha hissəsinin zəbtdən azad edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Qazax rayonu Daşsalahlı kəndində yerləşən 0.1211 ha torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ********** qeydiyyyat nömrəli xx.xx.2023 tarixli çıxarışa əsasən onların ümumi birgə mülkiyyətinə verilmişdir. Bu torpaq sahəsi onların mülkiyyətində olsa da, qonşuluqda həyətyanı torpaq sahəsi olan cavabdeh tərəfindən 0.01 ha torpaq sahəsi zəbt edilmişdir. Bundan başqa cavabdeh zəbt etdiyi torpaq sahəsini daş hasarla bağlamışdır. Onlar torpaq sahəsinin zəbtdən azad edilməsini və zəbt edilmiş torpaq sahəsində qanunsuz tikilmiş daş hasarın onların mülkiyyətində olan torpaq sahəsinə düşən hissəsinin sökülməsini tələb edirlər. Lakin cavabdeh bunu etməkdən imtina edir. Cavabdeh bu qanunsuz hərəkətləri ilə onlara zərər vurmaqda davam edir. Tələb etmələrinə baxmayaraq bu qanunsuzluqlara son qoymur. Cavabdehin bu qanunsuzluqları davam etməsi nəticəsində, ümumi torpaq sahəsindən istifadə edilir. Bu əsassız istifadə nəticəsində torpaq sahəsinə zərər dəymişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ********** qeydiyyyat nömrəli xx.xx.2023 nömrəli çıxarışa əsasən onların mülkiyyətində olan Qazax rayonu Daşsalahlı kəndində yerləşən 0.1211 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 0.01 ha hissəsinin zəbtdən azad edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, qeyd olunan torpaq sahəsi Qazax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onlara verilmişdir. Hazırda həmin torpaq sahəsinin 0.01 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilərək daş hasarla bağlanmışdır. Dəfələrlə torpaq sahəsinin zəbtdən azad edilməsini və zəbt edilmiş torpaq sahəsində qanunsuz tikilmiş daş hasarın onların mülkiyyətində olan torpaq sahəsinə düşən hissəsinin sökülməsini tələb etsələr də cavabdeh bunu etməkdən imtina edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, onun torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşir. Həmin torpaq sahəsinə dair texniki pasport və xx.xx.2019-cu il tarixli ********** saylı çıxarış mövcuddur. Həmin sənədlər verilərkən torpaq sahəsi mütəxəsislər tərəfindən ölçülmüş, koordinatları müəyyən edilmiş və torpaq sahəsi X5 yaşayış evi tam, torpaq sahəsi 2/4 hissə, X6 torpaq sahəsi ¼ hissə və Cavabdeh torpaq sahəsi ¼ hissə olmaqla mülkiyyətinləriə verilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qazax rayonu, Daş Salahlı kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdən İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin tərəfindən verilmiş X10 Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu Daş Salahlı kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə 5xx-xx/2227 inventar nömrə ilə İddiaçı1 adına qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qazax rayonu, Daş Salahlı kəndində 0,08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X5 yaşayış evi tam, torpaq sahəsi 2/4 hissə, X6 torpaq sahəsi ¼ hissə və Cavabdeh torpaq sahəsi ¼ hissə olmaqla xx.xx.2019-cu il tarixdən mülkiyyətlərindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsinin tərəfindən verilmiş X10 Texniki Pasportun surətindən görünür ki, Qazax rayonu Daş Salahlı kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə 501-38/365 inventar nömrə ilə X1 adına qeydə alınmışdır. Qazax Rayon Məhkəməsinin 2(023)-86/2011-ci il tarixli 09 mart 2011-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsindən və X2 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və zəbt olunmuş torpaq sahəsinin azad olunması tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı1 və Cavabdeh faktiki istifadələri kimi təqdim etdikləri torpaq sahələri tərəflərin iştirakı ilə GPS ölçmə aləti vasitəsi ilə ölçüldü. X3 Uçotu İnformasiya sistemi məlumatlarına əsasən Cavabdeh faktiki istifadəsi kimi təqdim edilən torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilmiş **********07-10301 reyestr nömrəli çıxarışda olan torpaq sahəsi ilə üst-üstə düşmə halı yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3182 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsil şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 308/2024 saylı mütəxəssis rəyinə əsasən iddiaçı X4 və Cavabdeh faktiki istifadələri kimi təqdim etdikləri torpaq sahələri tərəflərin iştirakı ilə GPS ölçmə alətinə əsasən Cavabdeh faktiki istifadəsi kimi təqdim edilən torpaq sahəsi iddiaçı X4 mülkiyyətinə verilmiş **********07-10301 reyestr nömrəli çıxarışda olan torpaq sahəsi ilə üst-üstə düşmə halının olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Qazax rayonu, Daş Salahlı kəndində 0,12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyət hüququ əsasında qeydə alınmışdır. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Qazax rayonu, Daş Salahlı kəndində 0,08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X5 yaşayış evi tam, torpaq sahəsi 2/4 hissə, X6 torpaq sahəsi ¼ hissə və Cavabdeh torpaq sahəsi ¼ hissə olmaqla mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh onlara verilmiş torpaq sahəsini zəbt etdiyini iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçıların tələbi mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi bağlı olduğundan həmin münasibətlərə mülki və torpaq qanunvericiliyinin torpağa mülkiyyət hüququ ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Kostitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Kostitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır,mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında”Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası ММ-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-сi maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası ММ-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası ММ-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin təqdim edilmiş mütəxəssis rəyində iddiaçı X4 və Cavabdeh faktiki istifadələri kimi təqdim etdikləri torpaq sahələri tərəflərin iştirakı ilə GPS ölçmə alətinə əsasən Cavabdeh faktiki istifadəsi kimi təqdim edilən torpaq sahəsi iddiaçı X4 mülkiyyətinə verilmiş **********07- 10301 reyestr nömrəli çıxarışda olan torpaq sahəsi ilə üst-üstə düşmə halının olmadığı müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçılar tərəfindən cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsi müəyyən olunmamışdır. Həmçinin iş materiallarına əlavə olunmuş Qazax Rayon Məhkəməsinin 2(023)-86/2011-ci il tarixli 09 mart 2011-ci il tarixli qətnaməsi ilə də İddiaçı1 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qazax rayon şöbəsindən və X2 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və zəbt olunmuş torpaq sahəsinin azad olunması tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 95 (doxsan beş) manat ekspertiza xərci iddiaçıların özlərinə aid edilməli, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat iddiaçılardan müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 341-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə ödənilmiş 95 (doxsan beş) manat ekspertiza xərci iddiaçılara aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-52/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-52/2024
13.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver