Məhkəmə qərarları › İş №2(023)-533/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-533/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-533/2024 19.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zamin olaraq ödənilmiş pul tələbinə dair mülki işə 19 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1417,88 manat pulun və ödənilmiş 34 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" ASC-dən 24 oktyabr 2013-cü il tarixdə götürdüyü kredit müqaviləsi üzrə ona zamin durmuşdur. Qazax Rayon Məhkəməsinin 2(023)-1153/2014 saylı xx.xx.2014-cü il tarixli əmrinə əsasən 4448 manat və 20 manat dövlət rüsumu tutulması əmr edilmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)- 1153/2014 saylı xx.xx.2014-cü il tarixli əmrinə əsasən müəyyən edilmiş borcun 1417,88 manatı onun əmək haqqından tutulmuşdur. Cavabdeh onun pulunu qaytaracağını bildircə də, vədinə əməl etməmişdir. O dəfələrlə cavabdehdən pulunu tələb etsə də, müxtəlif bəhanələrlə pulunu ödəmir. Qazax rayon İcra və Probasiya şöbəsinin verdiyi xx.xx.2024cü il tarixli arayışla da bu hal öz təsdiqini tapır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə, cavabdeh X2 məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında Qazax Rayon Məhkəməsinin 2(023)-1153/2014 saylı xx.xx.2014-cü il tarixli məhkəmə əmrindən görünür ki, borclu Qazax şəhəri, N.Nərimanov qəsəbəsi 12 nömrəli evdə yaşayan Cavabdeh və zaminlər Qazax şəhəri, Azadlıq küçəsi 2 nömrəli evdə yaşayan X1 və Qazax rayonunun Çaylı kəndində yaşayan İddiaçı müştərək qaydada "xxxx" ASC-nin Qazax filialının xeyrinə 3965 manat kredit borcu və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu hesabına 20 manat pul tutulması əmr edilmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-1153/2014 saylı xx.xx.2015-ci il tarixli qərardadından görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1153/2014 saylı xx.xx.2014-cü il tarixli məhkəmə əmrindəki yanlışlıq düzəldilərək borclu Qazax şəhəri, N.Nərimanov qəsəbəsi 12 nömrəli evdə yaşayan Cavabdeh və zaminlər Qazax şəhəri, Azadlıq küçəsi 2 nömrəli evdə yaşayan X1 və Qazax rayonunun Çaylı kəndində yaşayan İddiaçı müştərək qaydada "xxxx" ASC-nin Qazax filialının xeyrinə 4448 manat kredit borcu və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu hesabına 20 manat pul tutulması kimi oxunması qərara alınmışdır. ARDNŞ “Azəriqaz” İB X4 İstismarı İdarəsinin xx.xx.2024-cü il tarixli 16 saylı arayışından görünür ki, Qazax Qaz Xidmət Sahəsinin işçisi İddiaçı aylıq əmək haqqından məhkəmə qərarı ilə 2014-cü ilin noyabr-dekabr, 2015-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə cəmi 1417,88 manat pul tutulmuşdur. Qazax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 80 saylı arayışından görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1153/2014 saylı xx.xx.2014-cü il tarixli məhkəmə əmri üzrə İddiaçı əmək haqqından 1417,88 manat pul tutularaq "xxxx" ASC-nə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunan Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının izahatı və işin digər materialları ilə müəyyən olundu ki, "xxxx" ASC-nin Qazax filialının ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, İddiaçı isə həmin kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasını təmin etmək məqsədilə ZaminBank” ASC ilə zaminlik müqaviləsi bağlamışdır. Borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə, ZaminBank” ASC ərizə ilə məhkəməyə müraciət edərək borclu və zamindən müştərək qaydada pulun tutulmasını tələb etmiş, müvafiq məhkəmə əmri çıxarılaraq icra olunması üçün Qazax rayon İcra şöbəsinə göndərilmişdir. Aparılmış icra tədbirləri nəticəsində İddiaçı ARDNŞ “Azəriqaz” İB X4 İstismarı İdarəsinin Qazax Qaz Xidmət Sahəsində işləməsi məlum olmuş və məhkəmə əmrinin icra edilməsi üçün İddiaçı aylıq əmək haqqına yönələrək, ümumilikdə 1417,88 manat pul onun əmək haqqından tutularaq "xxxx" ASC-nin hesabına ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı zamin kimi onun əmək haqqından tutulan pul məbləğini borclu Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı tələbində cavabdehdən onun əmək haqqından kreditorun xeyrinə tutulan pulun 1417,88 manat hissəsini tələb etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1417,88 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 34 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1417,88 (bir min dörd yüz on yeddi manat 88 qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34 (otuz dörd) manat alınaraq İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar