Məhkəmə qərarları › İş №2(023)-558/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-558/2023

27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-558/2023 27.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 25 avqust 2017-ci il tarixdə Qazax şəhərində ev şəraitində qız uşağı doğması faktının müəyyən olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, X1 ilə faktiki evlənməklə, xx.xx.2001-ci ildə nikahlarını Qazax rayon Qeydiyyat Şöbəsində 50 saylı qeydlə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.1998-ci ildə X12, xx.xx.2000-ci ildə X7, xx.xx.2002-ci ildə X5, xx.xx.2004-cü ildə X8, xx.xx.2007-ci ildə X6, xx.xx.2009-cu ildə X2, xx.xx.2011-ci ildə X3 adlı uşaqları doğulmuşdur. xx.xx.2017-ci il tarixdə Qazax şəhərində bir qız uşaqları doğulmuşdur. Qızları ev şəraitində doğulduğundan lazım olan tibbi sənədləri təqdim edə bilmədiklərinə görə ona doğum haqqında şəhadətnamə ala bilmir. Hazırda qızına doğum haqqında şəhadətnamə almaq üçün Qazax rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin müvafiq tibbi sənədləri təqdim edə bilmədiyinə görə şəhadətnamənin verilməsi mümkün olmamışdır. O qızına doğum haqqında şəhadətnamə almaq istəyir. Qazax rayon Qeydiyyat Şöbəsi isə ona doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş maraqlı şəxs Qazax rayon Qeydiyyat şöbəsi məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxsin müraciətini nəzərə alaraq, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən Qazax rayon Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı 3-16- 5/8-70-116/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ona doğumun qeydə alınması tibbi şəhadətnamə ilə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-ci il tarixdə Ağstafa şəhərində doğulmuşdur. İş materiallarında olan arayışdan görünür ki, X1 və Ərizəçi 25 avqust 2017-ci il tarixdə cinsi qız və ya kişi doğulan övladları barəsində Qazax rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar olunmadı. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X1 ilə Ərizəçi nikahı 16 fevral 2001-ci il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 50 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Məmmıədova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İTS üzrə Dövlət Agentliyi TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 02 mart 2023-cü il tarixli 44 saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.2017-ci il tarixdə Qazax RMX-nin Doğum Şöbəsinə heç bir müraciəti olmamışdır. İş materiallarında olan Qazax RİHB-nin Q!azax şəhər İƏD üzrə nümayəndəliyində tərtib olunmuş aktdan görünür ki, ünvan 2 ünvanında yaşayan ana Ərizəçi ev şəraitində 25 avqust 2017-ci il tarixdə sağlam qız uşağı dünyaya gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, xx.xx.1980-ci ildə Qazax rayonunda doğulmuşdur. Ərizəçi yaxın qonşusudur. 25 avqust 2017-ci il tarixdə Ərizəçi sağlam qız uşağı dünyaya gəlmişdir. Uşaq onun yanında doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, xx.xx.1991-ci ildə Qazax rayonunda doğulmuşdur. Ərizəçi yaxın qohumudur. 25 avqust 2017-ci il tarixdə Ərizəçi sağlam qız uşağı dünyaya gəlmişdir. Doğumu o qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, xx.xx.1998-ci ildə Qazax şəhərində doğulmuşdur. Ərizəçi onun anasıdır. 25 avqust 2017-ci il tarixdə anasının sağlam qız uşağı dünyaya gəlmişdir. Həmin vaxt o da evdə olmuşdur. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və digər iş materialları ilə Ərizəçi 25 avqust 2017-ci il tarixdə Qazax şəhərində ev şəraitində qız uşağı doğulması faktı tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğumun qeydə alınması üçün lazım olan sənədlər təqdim olunmadığına görə doğumun qeydə alınmasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi 25 avqust 2017-ci il tarixdə Qazax şəhərində ev şəraitində qız uşağı doğması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin həmin uşağın doğumunun qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi 25 avqust 2017-ci il tarixdə ev şəraitində doğulmuş qız uşağının doğumunun qeydə alınmasından və doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi 25 avqust 2017-ci il tarixdə Qazax şəhərində ev şəraitində qız uşağı doğması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin həmin uşağın doğumunun qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi uşağına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, Ərizəçi 25 avqust 2017-ci il tarixdə Qazax şəhərində ev şəraitində qız uşağı doğması faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi 25 avqust 2017-ci il tarixdə Qazax şəhərində ev şəraitində qız uşağı doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar