Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-563/2025 02.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Ərizəçi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə 02 aprel 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsində, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 oktyabr 1960-cı ildə Qazax rayonu İkinci Şıxlı kəndində X3 və X4 birgə nikahından doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1960-cı il oktyabrın 01-də Qazax rayonu İkinci Şıxlı kəndində ev şəraitində doğulmuşdur. Ev şəraitində doğulduğu üçün bununla bağlı hər hansı bir tibbi arayış tərtib edilməmişdir və ona doğum haqqında şəhadətnamə alınmamışdır. X1 xx.xx.1992-ci ildə, atası X3 xx.xx.2013-cü ildə vəfat etmişdir. Valideynləri 1955-ci ildə el adəti üzrə evlənsələr də, xx.xx.1966-cı ildə nikahı rəsmiləşdirmişlər. Sovet dövrü qanunvericiliyinə uyğun olaraq, 1967-ci ildə 7 yaşında İkinci Şəıxlı kənd orta məktəbinə daxil olmuş, 1975-ci ildə məktəbin 8-ci sinfini bitirmişdir və "səkkizillik təhsil haqqında Şəhadətnamə" almışdır. 1977-ci ildə 10 illik təhsili başa vurmuşdur və attestat əldə etmişdir. Attestatı texnikuma qəbul olan zaman təqdim etdiyi üçün ərizəyə əlavə edə bilmir. Daha sonra arayış əsasında pasport, Azərbaycan müstəqil olduqdan sonra isə pasportun əsasında şəxsiyyət vəsiqəsi almışdır. Şəxsiyyət vəsiqəsində doğum tarixi yanlış olaraq XX.XX.1961-ci il kimi qeyd edilmişdir. Bunu həmin dövrdə uşaqların məktəbə 6 yaşından deyil, 7 yaşından getməli olduğu faktı sübut edir. O 1961-ci ildə doğulmuş olsaydı, 1967-ci ildə onu məktəbə qəbul etməzdilər. Onun təhsil aldığı dövrdə sinif yoldaşlarının hamısı 1960, hətta 1959-cu il təvəllüdlü olmuşdur. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən ona yaşa görə əmək pensiyası və ya müavinət təyin edilə bilmir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, onun doğum qeydi aşkar edilməmişdir və doğumun müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclası zamanı Ərizəçi ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Ərizəçi vəkili Vəkil ərizənin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş Maraqlı şəxs məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxsin müraciətini nəzərə alaraq, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, xx.xx.1960-cı ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. Ərizəçi onun həmkəndlisidir və onunla bir sinifdə oxumuşdur. Ərizəçi xx.xx.1960-cı ildə doğulmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, xx.xx.1948-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. Ərizəçi onun bacısıdır. Onlar ailədə 3 bacı 2 qardaş olmuşlar. Ərizəçi atası X3, X1 olmaqla xx.xx.1960-cı ildə doğulmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, xx.xx.1948-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. Ərizəçi onun həmkəndlisi və yaxın qohumudur. Ərizəçi atası X3, X1 olmaqla xx.xx.1960-cı ildə doğulmuşdur. Məhkəmə, ərizəçinin izahatını və şahidin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilən AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1961-ci il tarixdə Qazax rayonunun İkinci Şıxlı kəndində doğulmuşdur. İş materiallarında olan arayışdan görünür ki, XX.XX.1961-ci ildə Qazax rayonu İkinci Şıxlı kəndində anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. AZ-İ seriyalı 210694 nömrəli 15 iyul 1975-ci il tarixli Səkkizillik təhsil haqqında Şəhadətnamədən görünür ki, 1960-cı ildə anadan olmuş Ərizəçi 1975-ci ildə Qazax rayon İkinci Şıxlı kənd istehsalat təlimi verən orta məktəbdə oxumuş və 1975-ci ildə səkkizinci sinfi kafi davranış və qiymətlərlə bitirmişdir. Nikah haqqında arayışdan görünür ki, X3 ilə X4 nikahı 06 sentyabr 1966-cı ildə Qazax rayon İkinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəlikdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Bayraməliyeva soyadı verilmişdir. Ölüm haqqında arayışdan görünür ki, X5 18 fevral 1992-ci ildə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X3 27 mart 2013-cü ildə ölmüşdür. Maraqlı şəxs Ərizəçi ünvanladığı 3/16-5/-xx-xx/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubunda doğumun qeydə alınmasının tibbi şəhadətnamə ilə və ya məhkəmənin qətnaməsi əsasında qeydə alındığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası TƏBİB PHŞ-in Qazax RMX PHŞ-in verdiyi 11 fevral 2025-ci il tarixli 18-1-51\2-13-47-42-37/25 saylı tibbi arayışdan görünür ki, Ərizəçi 1961-ci il tarixdə anadan olması ilə bağlı Qazax Rayon Mərkəzi Xəstəxanası RHŞ-nin Arxiv bölməsində aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Belə ki, Ərizəçi atası X3, X1 olmaqla xx.xx.1960-cı ildə Qazax rayonu İkinci Şıxlı kəndində anadan olmuşdur. Lakin müəyyən səbəblərdən Ərizəçi doğum haqqında şəhadətnamə alınmamışdır. Hazırda doğum şəhadətnaməsinin bərpası mümkün olmamışdır. Ərizəçinin doğum şəhadətnaməsinin olmaması ərizəçiyə müəyyən sənədləşmə işlərinin aparılmasında çətinliklər yaradır. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə hesab edir ki, Ərizəçi atası X3, X1 olmaqla xx.xx.1960-cı ildə Qazax rayonu İkinci Şıxlı kəndində doğulması faktı məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunduğundan ərizə təmin edilməli və doğum faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının MPM-nin 213-214,216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi atası X3, X1 olmaqla xx.xx.1960-cı ildə Qazax rayonu İkinci Şıxlı kəndində doğulması faktı müəyyən edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-563/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-563/2025
02.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver