Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-575/2023 05.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş məbləğin subroqasiya qaydasında geri qaytarılması tələbinə dair mülki işə Qazax Rayon Məhkəməsinin binasında 05 iyun 2023-cü il tarixdə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 və Cavabdeh2 1462.03 (bir min dörd yüz altmış iki) manat məbləğində sığorta ödənişinin, 36.42 manat dövlət rüsumunun, 0.40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "xxxx" ASC nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi haqqında məlumat verməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan sənədlərdən, “Kamaz” markalı 35BH057 dövlət nömrə nişanlı avtomobil 05 yanvar 2020-ci il tarixdə 05 yanvar 2021-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış və xx.xx.2020-ci il tarixli PPA********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. İşdə olan, DİN Baş Dövlət Yol Polisi İdarəsinin 16 iyun 2020-ci il tarixli inzaibati xəta haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İşdə olan, "xxxx" MMC tərəfindən 05 avqust 2020-ci il tarixli 260325 nömrəli qiymətləndirmə aktına əsasən “Nissan Tiida” markalı 90FO827 dövlət nömrə nişanlı avtomobilə 1462.03 manat ziyan dəymişdir. İşdə olan, 22 iyul 2020-ci il tarixli təhvil-təslim aktına əsasən 1462.03 manat pul "xxxx" ASC tərəfindən ödənilmişdir. İşdə olan etibarnamədən görünür ki, Cavabdeh2 “Kamaz” markalı 35BH057 dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olmaqla idarə etməsi üçün Cavabdeh1 etibar etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 özünə məxsus “Kamaz” markalı 35BH057 dövlət nömrə nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olamayan şəxs yəni Cavabdeh1 idarə etməsi üçün vermişdir. DİN Baş Dövlət Yol Polisi İdarəsinin 16 iyun 2020-ci il tarixli inzaibati xəta haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC tərəfindən 05 avqust 2020-ci il tarixli 260325 nömrəli qiymətləndirmə aktına əsasən “Nissan Tiida” markalı 90FO827 dövlət nömrə nişanlı avtomobilə 1462.03 manat ziyan dəymişdir. 22 iyul 2020-ci il tarixli təhvil-təslim aktına əsasən 1462.03 manat pul "xxxx" ASC tərəfindən ödənilmişdir. Odur ki, iddia tələbi təmin edilməli və 1462.03 (bir min dörd yüz altmış iki) manat məbləğində sığorta ödənişinin, 36.42 manat dövlət rüsumunun, 0.40 manat bank xidməti xərci cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göstərilən Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarrnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddələrin tələbinə əsasən ödənilmiş 36.42 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1462.03 (bir min dörd yüz altmış iki) manat məbləğində sığorta ödənişi, 36.42 manat dövlət rüsumu, 0.40 manat bank xidmət xərci alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-575/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-575/2023
05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver