Məhkəmə qərarları › İş №2(023)-653/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-653/2025

06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-653/2025 06.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «doğumun qeyd edilmə faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1960-cı ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuş Ərizəçi xx.xx.2010-cu ildə vəfat etmiş X8 ilə xx.xx.2009-cu ildə vəfat etmiş X9 övladı olması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X8, anası İsmayılova (Qədnbərova) Ayşa Yusif qızı olmaqla xx xxxxxx 1960-cı ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. O anadan olarkən valideynlərinin nikahı rəsmiləşdirilməmişdir. Onlar xx.xx.1965-ci ildə nikaha daxil olmuşlar. X6 xx.xx.2009-cu ildə, atası X8 xx.xx.2010-cu ildə vəfat etmişdir. Valideynlərinin ölümündən sonra onlardan miras qalan daşınmaz əmlaka dair vərəsəliyi notariat orqanında qəbul etmək istəyərkən, ondan doğum haqqında şəhadətnamə tələb olunmuşdur. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, ona məxsus doğum akt qeydi aşkar edilməmişdir. Ona görə də notariat orqanında vərəsəliyin qəbulu mümkün olmamışdır. X1 ilə İsmayılova (Qəmbərova) Ayşa Yusif qızının övladı olmasını, yəni onların qohumluq münasibəti faktini təsdiq edən lazımi sənedləri başqa qaydada ala bilmir. Ona görə də hesab edir ki, onun xx.xx.2010-cu ildə vəfat etmiş X8 ilə xx.xx.2009-cu ildə vəfat etmiş X9 övladı olmağı faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Ərizəçi dəqiqləşdirmə ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.2010-cu ildə vəfat etmiş X8, anası xx.xx.2009-cu ildə vəfat etmiş X19 olmaqla xx xxxxxx 1960-cı ildə Qazax rayonunun Aslanbəyli kəndində doğulmasının qeydə alınması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, bildirdi ki, o doğulan zaman valideyinlərinin nikahları olmamış ona görə də, ona doğum haqqında şəhadətnamə almamışlar. Qeyd etdiklərini nəzərə alaraq, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək ərizənin təmin olunmasını xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini, onun nümayəndəsini (vəkilini) və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Ərizəçi onun qudasıdır. Ərizəçinin atası X8, anası isə X19 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynıdır. Ərizəçinin atası X8, anası isə X19 olmuş və onlar vəfat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Onların valideynləri X8 və X19 olmuş və onlar vəfat etmişlər. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960- il tarixdə andan olmuşdur. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X8 ilə X20 xx.xx.1965ci il tarixdə 26 saylı nikahın bağlanması haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, Ərizəçi ilə X17 xx.xx.1986-cı il tarixdə 14 saylı nikahın bağlanması haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan 15 saylı Tovuz ərazi idarəsinin arayışından görünür ki, X4 Qazax rayonu Aslanbəyli kəndində .2345 ha torpaq sahəsi xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ərizəçi Qazax rayonu Aslanbəyli kəndində 1.1726 ha torpaq sahəsi xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ərizəçi Qazax rayonu Aslanbəyli kəndində 1.4338 ha torpaq sahəsi xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ərizəçi Qazax rayonu Aslanbəyli kəndində 0.5474 ha torpaq sahəsi xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ərizəçi Qazax rayonu Aslanbəyli kəndində 0.4613 ha torpaq sahəsi xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ərizəçi Qazax rayonu Aslanbəyli kəndində 0.143 ha torpaq sahəsi xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 ilə X13 birgə nikahlarından X8, X5, Ərizəçi və X7 adlı övladları vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maraqlı şəxs məktubdan görünür ki, Ərizəçi doğum faktının müəyyən edilməsi tibbi şəhatətnamə və ya məhkəmə qətnaməsi əsasında qeydə alındığını qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1965-ci il tarixdə doğulmuş, ata qrafasında X8, ana qrafasında isə kimi qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1949-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1960-cı ildə Qazax rayonu Aslanbəyli kəndində anadan olmuş Ərizəçi doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, X8 ilə İsmayılova (Qədnbərova) Ayşa Yusif qızı xx.xx.1965-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ərizəçi isə xx xxxxxx 1960-cı il tarixdə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Ərizəçi doğulan zaman X8 ilə İsmayılova (Qədnbərova) Ayşa Yusif qızının rəsmi nikahları olmamış və bu səbəbdən də Ərizəçi doğum haqqında şəhadətnamə verilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Ərizəçi oğlunun xx xxxxxx 1960-cı il tarixdə Qazax rayonunun Aslanbəyli kəndində doğulmasının və doğum akt qeydində anasının X19, atasının isə X8 qeyd olunması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi xx xxxxxx 1960-cı il tarixdə Qazax rayonun Aslanbəyli kəndində doğulmasının və doğum akt qeydində anasının X19, atasının isə X8 qeyd olunması faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar