Məhkəmə qərarları › İş №2(023)-66/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-66/2024

19.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-66/2024 19.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 19 fevral 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bır dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1985-ci il tarixdən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx.xx.1967-ci il tarixdə Gürcüstan Respublikası Marnaul rayonu Əzizkənd kəndində doğulmuşdur. 24 iyun 1985-ci il tarixdə Azərbaycan Respublikası Qazax rayonu Daş Salahlı kənd sakini X13 ilə ailə qurmuşdur. Birgə nikahdan övladları doğulmuşdur. 1985-ci il tarixdən daimi olaraq Azərbaycan Respublikası Qazax rayonu Daş Salahlı kəndində yaşayır. Qazax rayon Aqrar İslahat Komissiyasının 24 mart 1997-ci il tarixli 04 saylı qərarı ilə Qazax rayonu Daş Salahlı kəndində ümümi birgə mülkiyyətlərinə torpaq sahəsi verilmiş və torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ümumi birgə mülkiyyətçi kimi adı göstərilmişdir. Seçkilərdə iştirak etmişdir. 1985-ci il tarixdən Azərbaycan Respublikası Qazax rayonu Daş Salahlı kəndində daimi yaşasa da, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almamışdır. Hazırda 4 övladı və 9 nəvəsi var. 1985ci il tarixədək Gürcüstan Respublikasında yaşamışdır. Bu gün Gürcüstan Respublikasının da vətəndaşı deyildir. Qazax rayon Daş Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 24 dekabr 2018-ci il tarixli arayısdan da görünür ki, o, 1985-ci tarixdən Qazax rayon Daş Salahlı kəndində daimi yaşayır. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi onun Azərbaycan Respublikası vətəndaşlığının alınması üçün vacibdir. Qeyd olunanları nəzərə alaraq, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, 1997-ci ildən hazıradək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Gəncə Regional Miqrasiya İdarəsinin nümayəndəsi X27 məhkəməyə göndərdiyi ərizədə və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Eyni zamanda “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) vasitəsilə yoxlanış zamanı şəxsin ölkə ərazisindən kənara giriş-çıxışı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə uyğun olaraq doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd (faktiki hala görə Gürcüstan) təqdim edilməsi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə şəxsin ölkə ərazisindən giriş-çıxışının qeydə alınıb-alınmaması barədə sorğunun göndərilməsi, müvafiq sənədlərin elektron məhkəmə sisteminə əlavə edilməsi, vətəndaşlığının olmaması və giriş-çıxışının olmamasının təsdiqlənəcəyi halda ərizənin təmin olunmasına etiraz etmir və müvafiq qərarın çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə Gürcüstan SSRİ Marnaul rayonu Əzizkənd kəndində doğulmuşdur, atası X19, anası X14r. Nigahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 ilə Ərizəçi nikahı 24 iyun 1985-ci il tarixdə Qazax rayon Daş Salahlı kənd sovetində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 49 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Vəliyeva” soyadı verilmişdir. Qazax RİHB-nın Daş Salahlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-58-11-12-21/2-338/2023 saylı arayışdan məlum olur ki, X1 qeydiyyatda olsada həqiqətən xx.xx.1985-ci il tarixdən ailə qurması ilə əlaqədar Qazax rayonu Daş Salahlı kəndində əri X6 evində yaşayır. Qazax RİHB-nın Daş Salahlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-58-11-12-21/2-1013/2023 saylı arayışdan məlum olur ki, X5 ailəsi X15, X7, X18, X16, X8 və X2 ibarətdir. Qazax rayonu Daş Salahlı kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 X15 ilə birgə nikahından xx.xx.1085-ci ildə X7, xx.xx.1987-ci ildə X9, xx.xx.1991-ci ildə X12 və xx.xx.1995-ci ildə X10 adlı uşaqlar doğulmuşdur. Həmin doğum şəhadətnamələrində X5 milliyəti azərbaycanlı qeyd edilmişdir. JN–871A KOD 50100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qazax rayonu, Daşsalahlı kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsi X15, X11, X7, X9, X12 və X3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı arayışdan məlum olur ki, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı deyildir. Gəncə şəhərindəki Gürcüstanın Baş Konsulu Qoça Qoçaşvili tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X17 vətəndaşı hesab edilmir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-38-33/2-4935/23 saylı məktubdan məlum olur ki, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Həmin Qanunun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Göründüyü kimi bu faktın müəyyən edilməsi ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi üçün zəruridir. Həmin faktın müəyyən edilməsi qanuna əsasən bilavasitə məhkəmənin səlahiyyətinə aid edilmişdir. Buna görə də ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilməz. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.1967-ci il tarixdə Gürcüstan SSRİ Marnaul rayonu Əzizkənd kəndində doğulmuş Ərizəçi 24 iyun 1985-ci il tarixdə Azərbaycan Respublikası Qazax rayonu Daş Salahlı kənd sakini X13 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və Qazax rayonu Daş Salahlı kəndinə gəlmiş, Qazax rayonu Daş Salahlı kəndində daimi olaraq indiyə qədər yaşamışdır. Bu fakt ərizəçinin izahatı, eləcə də ərizəçinin X15 ilə 24 iyun 1985-ci il tarixdə Qazax rayon Daş Salahlı kənd sovetində nikahının bağlanması, eləcə də yerli icra hakimiyyəti orqanının nümayəndəsinin verdiyi arayışla öz təsdiqini tapmışdır. Ərizəçinin vətəndaşı olması ehtimal edilən ölkələrin – Azərbaycan Respublikası və Gürcüstanın səlahiyyətli orqanlarının verdiyi arayışlarla ərizəçinin bu ölkələrdən heç birinin vətəndaşı olmadığı müəyyən edilmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Ərizəçi heç bir dövlət vətəndaşlığına mənsub olmaması və xx.xx.1985-ci ildən Azərbaycan Respublikasının ərazisində yaşaması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 307.2.10-1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixdə Gürcüstan SSRİ, Marnaul rayonu, Əzizkənd kəndində doğulmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və xx.xx.1985-ci ildən indiyədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar